Müharibə başa çatsa da...
29.12.2021 [10:05]
Ordu quruculuğu davam edir
Mübariz ABDULLAYEV
Ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə Ordumuzun mövqelərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu qəbildən olan tədbirlər sırasında hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması, yeni hərbi hissələrin inşası xüsusi yer tutur. Ölkə rəhbərliyinin yanaşması belədir ki, əsgər və zabitlərin onlara həvalə olunan vəzifələrin öhdəsindən gəlmələri üçün lazımi şərait yaradılmalıdır. Bunun təsdiqi olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində burada yaradılan yeni hərbi hissənin açılışına qatılıb. Dövlət başçımız açılış mərasimindəki çıxışında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan və ötən il oktyabrın 9-da Ordumuz tərəfindən işğaldan azad olunan Hadrutda yeni hərbi hissənin istifadəyə verilməsinin çox böyük əhəmiyyət daşıdığını xüsusi olaraq diqqətə çatdırıb.
Hadrutdan Şuşaya - Zəfərə gedən yol
Ötən il 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza ataraq düşməni diz çökdürən, 30 illik işğal faktına son qoyan və ölkəmizin ərazi bütövlüyünü təmin edən Silahlı Qüvvələrimiz hazırda bütün dünyada Müzəffər Ordu kimi tanınır. Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Verilən məlumatlara görə, İkinci Qarabağ müharibəsində düşmən tərəfdə 10 minədək əsgər və zabit fərarilik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürur hissi ilə bildirdiyi kimi, Azərbaycan Ordusunda isə belə fakta rast gəlinməyib. Qəlblərində böyük Vətən sevgisi daşıyan əsgər və zabitlərimiz daim irəliləyiblər, hər gün yeni zəfərlərə imza atıblar. “Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyəti ilə fərqlənir. Əvvəla, ərazinin coğrafi mövqeyi erməni hərbi birləşmələri üçün böyük üstünlüklər yaradırdı. Digər tərəfdən, mənfur düşmən 30 il ərzində burada güclü istehkamlar, bir neçə xəttdən ibarət müdafiə sədləri qurmuşdu. Düşmən elə zənn edirdi ki, Hadrut alınmaz qaladır. Lakin Azərbaycan Ordusu mümkünsüz görünəni reallığa çevirməyi bacardı və Hadrutu fəth etdi. Hadrutun işğaldan azad edilməsi düşmənin uydurduğu yenilməz ordu mifini darmadağın etdi. Hadrut Cəbrayıldan sonra işğaldan azad edilən ikinci böyük yaşayış məntəqəsi idi. Bu yaşayış məntəqəsinin strateji önəmini yaxşı anlayan ermənilər bir neçə gün şəhərin onların əlində olduğu barədə saxta məlumatlar yaydılar. Halbuki, həmin saxta məlumatlar yayılarkən şəhərin üzərində üçrəngli bayrağımız dalğalanırdı. Hadrut zəfərini dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil”.
Hadrut döyüşləri başqa bir nöqteyi-nəzərdən də diqqət çəkir. Müharibədən sonra bəlli oldu ki, mənfur düşmən üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədərək bütün tikililəri dağıdıblar, sərvətlərimizi talayıblar, tarixi mədəni-dini irsimizi özününküləşdirməyə çalışıblar. Azərbaycan Ordusunun xüsusi əməliyyatla işğaldan azad etdiyi Hadrutda isə bir dənə də dağılmış bina yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu, nəyi göstərir? Onu göstərir ki, biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərir”.
Daha müasir silahlar alınır
İkinci Qarabağ müharibəsi yalnız ermənilərin miflərini dağıtmadı, həm də düşmən ölkənin silahlı birləşmələrini tar-mar etdi. Bu gün reallıqda Ermənistan ordusu yoxdur. Yeni ordu formalaşdırmağa Ermənistanın nə fiziki gücü, nə də mənəvi haqqı var. Revanşistlərə aman yoxdur və bundan sonra da olmayacaq. “Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Eyni zamanda, müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan postkonflikt mərhələsində də ordu quruculuğunu davam etdirir. Ölkəmizdə postkonflikt mərhələsində də ordu quruculuğunun prioritet məsələ kimi yenə də diqqət mərkəzində saxlanıldığını bildirən Prezident İlham Əliyev deyib: “Bu gün Hadrutda yeni hərbi hissənin açılması bir daha demək istəyirəm ki, çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, - digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, - bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq”.
Orduda mühüm yenilik
Azərbaycan postkonflikt dövründə ordu quruculuğuna İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla yeni yanaşma sərgiləyir. Belə ki, müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Elə Hadrutda yaradılan hərbi hissədə də yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

