Qusar rayonundakı inkişaf Azərbaycan dövlətinin gücünü, qüdrətini göstərir
14.08.2010 [09:08]
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər uğurla davam etməkdədir. Respublikamızın iqtisadi gücü, maliyyə imkanları artdıqca paytaxtda və bölgələrdə həyata keçirilən yenidənqurma və abadlıq işləri sürətlənir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planının yüksək səviyyədə icrası bölgələrin hərtərəfli inkişafına təkan verir. Görülən işlər nəticəsində ən ucqar rayonlarda, hətta kəndlərdə belə böyük dəyişikliklər müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin mütəmadi olaraq bölgələrə baş tutan səfərləri zamanı görülən işlərlə yerində tanış olması dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğının birbaşa göstəricisidir. Regionların sosial-iqtisadi inkişafı çərçivəsində sürətli inkişaf yolu keçən bölgələrdən biri olan Qusar şəhərinə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısının söylədiyi kimi, rayonda sürətli inkişaf gedir: “Bildiyiniz kimi, Qusarda son illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradılması - bütün bu sahələrdə işlər yüksək səviyyədədir”.
ölkə ərazisində reallaşdırılan infrastruktur layihələrinin mühüm bir hissəsini yeni yolların tikintisi, əvvəlkilərin bərpası və yenidən qurulması təşkil edir. Prezident İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak edib. Qeyd edək ki, tikintisinə 2008-ci ildə başlanılan körpünün uzunluğu 540 metr, eni və hündürlüyü 23 metrdir. 8-9 ballıq seysmik təsirlərə, baş verə biləcək sel və daşqınlara davamlı olan körpü Şabran şəhərinin mərkəzində yaranan tıxac problemini aradan qaldırıb. Əlavə edək ki, bu, bölgələrdə yol infrastrukturunun yenidən qurulması yönündə gerçəkləşdirilən yeganə layihə deyil. Səfəri çərçivəsində dövlət başçısı, həmçinin, Samur-Həzrə yolunun açılışında da iştirak edib. Yolun tikilməsi üçün sərf olunan 6,5 milyon manat vəsait Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli Sərəncamı ilə dövlət başçısının ehtiyat fondundan ayrılıb. Uzunluğu 23 kilometr olan Samur-Həzrə yolu 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. İstifadəyə verilən hər iki yol yüksək standartlara tam uyğun olmaqla bərabər, sürücülərin və piyadaların rahatlığını və təhlükəsiz hərəkətini təmin etməyə imkan verir. Samur-Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı görülən işin əhəmiyyətini vurğulayıb: “Burada şəkillərdə göstərilir ki, əvvəlki yol hansı vəziyyətdə idi, ona heç yol demək olmazdı, insanlar əziyyət çəkirdilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində insanlara xidmət göstərəcəkdir. Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da olacaqdır”.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində sosial obyektlərin tikintisi diqqət mərkəzindədir. Belə ki, hər il onlarla yeni məktəb, tibb ocaqları, mədəniyyət mərkəzləri, idman kompleksləri tikilərək sakinlərin istifadəsinə verilir. Bu baxımdan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən və ölkə Prezidentinin baş çəkdiyi Yuxarı Zeyxur kənd orta məktəbi kənd sakinlərinə, xüsusən də, orada yaşayan məktəblilərə sevinc hissi bəxş edib.
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında da nəzərdə tutulduğu kimi, həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən biri ölkədə elektrik enerjisi hasilatının artırılması məqsədilə yeni elektrik stansiyalarının tikintisindən ibarətdir. Prezident İlham Əliyevin 2009-cu il 16 sentyabr tarixli Sərəncamı ilə kiçik su- elektrik stansiyalarının tikilməsinə daha böyük önəm verilir. çünki belə stansiyalar elektrik enerjisi istehsalında yanacağa daha çox qənaət etməyə, eyni zamanda, ətraf mühitin çirklənməsinin qarşısını almağa imkan verir. Dövlət Proqramın və Prezidentin müvafiq sərəncamlarının icrası ilə əlaqədar görülən silsilə tədbirlərin davamı olaraq dövlət başçısı İlham Əliyev “Qusar-1” kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Tikintisinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması planlaşdırılan elektrik stansiyasının istifadəyə veriləcəyi təqdirdə ildə 7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunacaq.
Azərbaycan regionlarının geniş iqtisadi inkişaf potensialını müəyyənləşdirən amillərdən biri turizmdir. Gəlirli sahə hesab olunan turizm sektorunun inkişafı məqsədilə turizm obyektlərinin tikintisi, infrastrukturun yenidən qurulması, yeni turizm marşrutlarının açılması və digər istiqamətlərdə çoxsaylı tədbirlər görülür. Bu baxımdan, Qusar rayonunda tikintisi davam etdirilən Şahdağ qış-yay turizm kompleksinin tikintisi Azərbaycanın turizm sektoruna böyük töhfə olacaq. ümumi sahəsi 2 min hektardan çox olan kompleksdə yerli və xarici turistlərə həm yay, həm də qış aylarında maraqlı istirahət günləri keçirmək üçün hər bir şərait yaradılacaq. Prezident İlham Əliyevin 6 aprel 2010-cu il Sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahənin yaxın gələcəkdə sürətli inkişafını təmin etmək istiqamətində vacib addımları müəyyənləşdirir. Bunların içərisində ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulması, daxili və xarici investisiyaların turizm sahəsinə cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin görülməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübədən istifadə olunması, turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və digər fəaliyyət istiqamətlərini göstərə bilərik. Xatırladaq ki, son 7-8 ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 4 dəfə, bu obyektlərdə ümumi yerlərin sayı isə 3 dəfə artıb. Bu isə öz növbəsində bilavasitə regionların inkişafına müsbət təsir göstərən faktor kimi çıxış edir.
Beləliklə, Prezident İlham Əliyevin də söylədiyi kimi, bu gün respublikanın hər yerində inkişaf prosesi davam edir: “Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır - bax, inkişaf budur!”.
Prezident Azərbaycan dövlətinin bu inkişafla kifayətlənməyəcəyini, daha böyük nailiyyətlər əldə etmək üçün bundan sonra da mühüm tədbirlərin həyata keçiriləcəyini vurğulayıb: “Növbəti illərdə Qusar rayonunun problemlərinin həlli üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yeni yollar çəkiləcək, kənd təsərrüfatının inkişafı, sahibkarların, fermerlərin işinin yüngülləşdirilməsi, sənaye müəssisələrinin tikilməsi üçün bütün işlər görüləcəkdir. Artıq görülən bu işlər ki var, bir rayonun timsalında onu göstərir ki, biz hər şeyə qadirik. Təki güclü iradə olsun, o da var, xalqla iqtidarın birliyi olsun, o da var və düşünülmüş siyasət olsun, o da vardır. Beləliklə, ölkəmiz qabağa gedəcək və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

