Bakı - Cənubi Qafqazda sülhün, demokratiyanın və tərəqqinin paytaxtı
20.03.2022 [23:23]
Co Baydenin İlham Əliyevə təbrik məktubunn geostrateji məzmunu...
ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda vacib məsələlər və mühüm məqamlar əksini tapıb.
“Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır” ,- deyə məktubda qeyd edilib. Şübhəsiz ki, “yenilənmə” ifadəsi həm də geosiyasi məzmun daşıyır. Çünki 44 günlük müharibədə qələbə qazanan Azərbaycan yeni geostrateji reallıqlar yaradıb – Cənubi Qafqazda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühiti formalaşdırıb. ABŞ-ın da həyati maraqlarının olduğu regiondaartıq postmüharibə mərhələsidir və əməkdaşlıq üçün daha geniş imkanlar var. Azərbaycan kommunikasiyaların bərpası, “3+3” formatında yeni əməkdaşlıq platformasının yaradılması və digər istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Bu, təkcə region dövlətləri deyil, həm də bölgədənkənar qüvvələr, o cümlədən ABŞ kimi güc mərkəzləri üçün cəlbedici, faydalı və önəmlidir.
Bununla yanaşı, Azərbaycanın strateji fəaliyyəti, sabitlik – təhlükəsizlik adası vəinkişaf məkanı imici formalaşdırması dünyada, o cümlədən okeanın o tayından Cənubi Qafqaza yeni geosiyasi baxışın formalaşmasını şərtləndirir. Azərbaycanın timsalında regional geosiyasətə münasibətdə “yenilənmə” ifadəsindən istifadə olunması həm də onu göstərir ki, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib.
Bütün bu reallıqların fonunda məktubdagələcəyə strateji baxış da əks olunub: “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir”.
Məktubun geostrateji məzmunu digər bir sıra reallıqları da ifadə edir. İlk növbədə, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanındünyada böyük etimad qazanması və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınması bir daha öz təsdiqini tapır. İkinci məqam ondan ibarətdir ki, ABŞ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir, iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələri və güclü tərəfdaşlığı yüksək qiymətləndirir. Üçüncüsü, Birləşmiş Ştatların yeni reallıqlar fonunda – geosiyasi yenilənmə şəraitində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyi aydın və birbaşa ifadə edilir. “Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik” ,- deyə məktubda qeyd edilib.
Məktubda yer alan məsələlər həm də Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında rolunu, eləcə də Bakıya geosiyasi inamı əks etdirir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Güc mərkəzlərinin nümayəndələrinin görüşü Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr aparılıb. Ölkəmiz bu gün bir-biri ilə əks mövqelərdə - zidd qütblərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir. Azərbaycan beynəlxalq hüquqa hörmət və riayət olunmasının tərəfdarıdır. Nəhayət, Bakı bölgədə gərginliyin öz yerini anlaşma-uzlaşma və işbirliyinə verməsi üçün vacib təşəbbüslərlə çıxış edir. Bütün bunlara görə Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var.
Beləliklə, dialoq, diplomatiya və əməkdaşlıq məkanı olan Bakı həm də Cənubi Qafqazda sülhün, demokratiyanın və tərəqqinin paytaxtıkimi dəyərləndirilir. Bu, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi, Azərbaycanın yüksək nüfuzunun göstəricisidir.
Nəhayət, Baydenin mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi İlham Əliyevə məktubunun siyasi məzmunu Azərbaycanın regionun geostrateji gündəliyini formalaşdıran əsas - aparıcı qüvvə olduğunu göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

