Mif, yoxsa reallıq?
24.04.2022 [11:30]
Bir tərəfdə "erməni soyqırımı" yalanı, digər tərəfdə Xocalı soyqırımı həqiqəti
Hər il 24 aprel ərəfəsində dünya ictimaiyyəti ermənilərin siyasi şousuna şahidlik edir. Qondarma "erməni soyqırımı" məsələsi yenidən gündəmə gətirilir, erməni lobbisi və millətçiləri "məzlum xalq" obrazı ilə təzminat istəyini və ərazi iddialarını təkrarlayır, tarixi siyasilərin dili ilə saxtalaşdırmağa çalışırlar. Bəzi dövlətlər, o cümlədən güc mərkəzləri isə bu məsələdən beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənən Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə etməyə cəhd göstərirlər.
Türkiyə bu məsələnin araşdırılmasının siyasilərin deyil, tarixçilərin işi olduğunu dəfələrlə bəyan və ifadə edib. Ankara arxivlərin açılmasını, komissiyanın yaradılmasını təklif etsə də, Ermənistan bunu qəbul etməyib. Çünki ermənilər bilirlər ki, qondarma soyqırımı iddialarının tarixi və hüquqi əsasları yoxdur. Apardığı tədqiqatların nəticələrini obyektiv ifadə edən tarixçilər qeyd edirlər ki, 1915-ci il 24 aprel tarixi məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlıdır, soyqırımına məruz qalan tərəf isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklərdir. Ümumiyyətlə, tarixin müxtəlif dövrlərində baş verən hadisələrə diqqət yetirdikdə əsl soyqırımının məhz ermənilər tərəfindən Azərbaycan xalqına və türklərə qarşı törədildiyi tam aşkar olur. Dünya ictimaiyyəti 107 il əvvəl baş verdiyi iddia olunan qondarma məsələyə diqqət yetirmək əvəzinə, 30 il öncə törədilmiş Xocalı soyqırımına nəzər salmalıdır. Çünki Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımıları ilə bir sırada dayanır. Bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu əksini tapıb. ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları isə Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.
Ermənilərin uydurma iddialarına siyasi məzmun verməyə çalışan qüvvələr yaxşı bilirlər ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir. Faciənin beynəlxalq hüquq normalarına əsasən dəyərləndirilməsi bunu deməyə əsas və imkan verir. Nəzər yetirək: BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, Xocalıda törədilmiş kütləvi qətliam məhz soyqırımıdır. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu, müvafiq konvensiyalara əsasən hərbi cinayət kimi xarakterizə olunur. Azad dəhliz barədə məlumatın Xocalı əhalisinin çoxuna çatdırılmaması da beynəlxalq humanitar hüququn konvensiyalarına ziddir. Konkret olaraq Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin II, III, V, IX, XVII maddələrinə ziddir. Eyni zamanda, Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Nəhayət, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən, soyqırımını törədənlər milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. Bir sözlə, faciəni törədənlər mütləq ədalət mühakiməsinə cəlb olunmalı, layiqli cəzalarını almalıdırlar. Nəzərdən qaçırmaq olmaz ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Xocalı soyqırımında iştirak ediblər və cəzasız qalıblar.
Bu gün timsah göz yaşları axıdan ermənilərin və öz geopolitik maraqları üçün bu siyasi şouya dəstək verənlərin ajiotaj yaratmaq cəhdləri artıq nəticə vermir. Ötən il ABŞ-ın prezidenti Co Bayden ciddi tarixi-siyasi səhvə yol verərək “soyqırımı” ifadəsini işlətsə də, Ermənistan bundan heç nə qazanmadı. Əksinə, tilsim qırıldı. Ona görə də artıq anlamalıdırlar ki, təkcə tarix deyil, həm də siyasi reallıqlar mifi, yalanı istisna və inkar edir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

