Şərqdən Qərbə gedən yollar Azərbaycanda kəsişir
18.10.2022 [10:14]
Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz geniş Avrasiya məkanında təbii körpü rolunu oynayır. Müxtəlif istiqamətlərə gedən yollar məhz respublikamızın ərazisində kəsişir.
Buna görə də ta qədim zamanlardan Azərbaycan üzərindən keçən marşrutlar öz optimallığı ilə diqqət çəkib. Bu gün isə müstəqil Azərbaycan siyasi qətiyyət göstərməklə və infrastruktur təminatını daha da gücləndirməklə özünün təbii-coğrafi üstünlüyünü daha da möhkəmləndirir.
Avrasiyada mühüm nəqliyyat hablarından biri
Müstəqillik dövründə, xüsusilə də son 19 ildə Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki dəhlizin funksionallığının artmasına, tərəfdaşlarla fəaliyyətlərin uzlaşdırılmasına və tariflərin optimallaşdırılmasına, hüquqi bazanın təkmilləşdirilməsinə güclü siyasi iradə göstərir. Təhlükəsizlik mühiti, uzunmüddətli sabitlik, rahat infrastruktur , dəhlizlərin bir-birinə inteqrasiya edilməsi, quru və su yolları ilə daşımaların mümkünlüyü ölkəmizə marağı və inamı artırır. Qeyd edək ki, ayrı-ayrılıqda bəhs olunan dəhlizlərdə 10-dan çox ölkə təmsil olunur. Azərbaycan isə yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır.
Əlverişli coğrafi mövqeyə malik ölkəmizin, həmçinin Orta Dəhliz üzrə də önəmi artır. Azərbaycan Orta Dəhliz marşrutunda Avropa ilə Asiyanı birləşdirən açar ölkələrdən biri hesab olunur. Yeni geosiyasi reallıqlar fonunda bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Çindən Avropaya gedən yük qatarları Orta Dəhlizi seçərlərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edərlər. Orta Dəhlizin şaxələndirilməsi, o cümlədən Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun inşası regionda əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün yeni imkanlar yaradacaq. Prezident İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında ölkəmizin Avrasiyada mühüm nəqliyyat hablarından birinə çevrildiyini diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb”.
Türk dünyasının birləşməsində Azərbaycanın əvəzolunmaz rolu
Gələcəkdə respublikamız öz tərəfdaşlarına ölkə ərazisindəki digər marşrutlara inteqrasiya olunacaq yeni bir dəhliz də təqdim edəcək. Söhbət Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Dəmir yolu və avtomobil yolu kimi iki seqmentdən ibarət olacaq bu dəhliz Naxçıvandan Türkiyəyə, oradan da Avropaya qədər uzanacaq. Beləliklə, Azərbaycan öz ərazisində Şərqdən Qərbə və əksinə gedən yükləri və sərnişinləri üç istiqamətə yönəldə biləcək.
Zəngəzur dəhlizinin yaradılması digər bir nöqteyi-nəzərdən-Türk dünyasının birləşdirilməsi baxımından da çox önəmlidir. Prezident İlham Əliyev belə bir fikri dəfələrlə diqqətə çatdırıb ki, zamanında müəyyən qüvvələr tarixi Azərbaycan torpaqlarını Ermənistana verməklə, həm də Türk coğrafiyasının birliyinə zərbə vurublar, onu parçalayıblar. Bu məkrli plan məqsədli şəkildə həyata keçirilib. Zəngəzur dəhlizinin yaradılması ilə bu tarixi saxtakarlığa son qoyulacaq. Yeni dəhlizin yaradılması ilə bağlı müddəa üçtərəfli Bəyanata Prezident İlham Əliyevin təkidi ilə salınıb. Bu, türk dünyasının tarixi-coğrafi bağlantısının bərpa edilməsi planlarının tərkib hissəsinə daxildir. Ümumiyyətlə, Azərbaycan Türkdilli ölkələrin yaxınlaşmasına böyük səy göstərən ölkələrdən biridir. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb. Prezident İlham Əliyev yuxarıda bəhs olunan çıxışında bildirib ki, Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

