Azərbaycan növbəti tarixi hadisə ərəfəsində...
19.10.2022 [11:31]
Zəngilan Hava limanı açılışa hazırdır
İlham Əliyev: Mən bunu burada -Araz çayının kənarında deyirəm...
Heç kim bizim daxili işimizə qarışmasın
Bizim hər zaman öz siyasətimiz olub. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq
MÜBARİZ
Xalqımızın əsrlər boyu formalaşan milli mentalitetində qonşuluq münasibətləri xüsusi yer tutur. Tarixən qonşular süfrələrimizin başında əyləşib, onlara yüksək ehtiram və hörmət bəsləmişik. Elə Azərbaycan dövlətinin xarici siyasətində də qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsi prioritet istiqamətlərdən birini təşkil edir. Prezident İlham Əliyev dəfələrlə belə bir fikri əsaslandırıb ki, hər bir dövlət, ilk növbədə, qonşularla münasibətlərini yüksək səviyyəyə qaldırmalıdır və bütün qonşu ölkələr yerləşdikləri coğrafiyanın təhlükəsizliyinə, sabitliyinə öz töhfələrini verməlidirlər. Bu baxımdan Azərbaycanın nümunəsi xüsusi diqqət çəkir. Respublikamızın işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə münasibətləri tərəfdaşlıq zəminində inkişaf edir.
Azərbaycanın milli maraqları əsasdır
Tale elə gətirib ki, ərazi baxımında çox da böyük olmayan Azərbaycanın qonşuluğunda, həm də bir sıra iri dövlətlər yerləşir. Ancaq bu amil heç bir halda ölkəmizin siyasətinə təsir göstərmir. Respublikamız böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün qonşuları ilə qarşılıqlı maraqlar əsasında tərəfdaşlıq münasibətləri qurub və bu zaman milli maraqlarımız əsas tutulub. “Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik”. Prezident İlham Əliyevin ifadə etdiyi bu fikirlərdə ölkəmizin rasional qonşuluq siyasətinin mahiyyəti öz əksini tapıb.
Azərbaycan özünün qonşuluq siyasətində hər zaman sülh və əməkdaşlıq mövqeyindən çıxış edir. Artıq arxada qalan 30 illik müstəqillik tarixində respublikamız hansısa bir qonşu dövlətə qarşı ərazi iddiası ilə çıxış etməyib və belə bir niyyəti də yoxdur. Respublikamız bütün qonşuların dövlət sərhədlərinə hörmətlə yanaşır və onlardan da belə münasibət gözləyir.
Ötən il Prezidentin Cəbrayıla səfəri zamanı “Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm” ifadəsi Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edənlərə sərt bir mesaj idi. Dövlətimizin başçısı Arazın kənarından bir daha bəyan edib ki, Azərbaycan müstəqil siyasət aparan ölkədir: “Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin”.
Əlbəttə, biz müəyyən dövrlərdə arzu etdiyimiz qonşuluq münasibətlərinə xələl gətirilməsi cəhdlərinə də şahidlik etmişik. Kimlərsə ölkəmizlə diktat dili ilə danışmaq, bizə qarşı “kiçik qardaş” münasibəti bəsləmək, imtiyazlar ummaq, öz şərtlərini irəli sürmək istəyiblər. Sərhədlərimizin yaxınlığında müəyyən təxribatlara əl atıldığına da şahidlik etmişik. Təkcə son illərdə ölkəmizin çoxsaylı böyük uğurları olub. Vətən müharibəsində şanlı qələbə əldə etmişik, 30 il düşmənin öz nəzarətində saxladığı sərhədlərimizi cızmışıq. Post-müharibə dövründə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıb. Bütün bunlar Azərbaycanın gücünü və iradəsini göstərir. Sədd heyif ki, bu qəbildən olan uğurlarımıza bəzi hallarda qısqanclıqla yanaşılır. Biz transmilli şirkətlərlə enerji müqavilələri imzalananda, Vətən müharibəsi günlərində Müzəffər Ordumuzun şücaəti sayəsində dövlət sərhədlərimizə çıxanda, ötən il Füzulidə beynəlxalq səviyyəli hava limanının açılışını edən ərəfədə belə qısqanclıqların baş qaldırdığını müşahidə etdik. Bu cür arzuolunmaz hallar indinin özündə də səngiməyib. Azərbaycan növbəti tarixi hadisə ərəfəsindədir-yaxın günlərdə Zəngilanda növbəti beynəlxalq hava limanının açılışı gözlənilir. Bu, Şərqi Zəngəzurda ilk belə infrastruktur obyektidir. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli aeroportunun açılışında olduğu kimi, Zəngilan Hava Limanının açılışında da iştirak edəcəyi bildirilir. Nə deyirsiniz, ölkəmiz üçün belə əlamətdar tarix ərəfəsində də bəzi qonşularda sözün mənfi mənasında hərəkətlənmə müşahidə edilir, hətta hərbi ritorikalar da səsləndirilir. Bu cür mənfi emosiyalarla və davranışlarla Azərbaycanı böyük işlərdən, hədəflərindən yayındırmaq mümkündürmü? Əsla! Respublikamız indiyədək belə cəhdlərə məhəl qoymayıb və məqsədlərinə doğru inamlı addımlar atıb. Necə ki, biz zamanında bəzilərinin qısqanc yanaşmalarına, təxribat cəhdlərinə rəğmən, “Əsrin müqaviləsi”nin imzalanmasına, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasına nail olduq, digər belə meqa layihələri reallaşdırdıq, bundan sonra da eyni yolu eyni əzm və qətiyyətlə davam etdirəcəyik. Milli maraqlar, suverenliyin qorunması Azərbaycan üçün qırmızı xətdir və burada kimlərəsə hansısa güzəştlərdən söhbət belə gedə bilməz.
Yeri gəlmişkən, Azərbaycanın təşəbbüslər göstərərək və böyük həcmlərdə investisiyalar yönəldərək həyata keçirməyə nail olduğu enerji və nəqliyyat layihələri, həmçinin Vətən müharibəsində qazanılan Qələbə sayəsində yaratdığı reallıqlar eyni zamanda regional əməkdaşlıq üçün yeni imkanlar açıb. Respublikamız daim qonşulara bu imkanlardan bəhrələnməyi təklif edir.
Ermənistanla qonşuluq mümkündürmü?
Azərbaycanın qonşuluq siyasətindən söhbət açarkən Ermənistanla münasibətlərimizin bugünkü vəziyyətinə və perspektivlərinə də diqqət çəkmək lazım gəlir. Bir həqiqət dərk olunmalıdır: Azərbaycan və Ermənistan bir-birilərinin qonşusu olmalarını özləri seçməyiblər. Bir halda ki, bu, dəyişilməsi mümkün olmayan reallıqdır, onunla barışmaq lazımdır. Qalib Azərbaycan 30 illik işğal dövründə üzləşdiyi bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq iradəsi nümayiş etdirir. Azərbaycanla düşmənçilik etmək işğalçı Ermənistana heç bir fayda gətirməyib. Əksinə, bu ölkə təcrid edilmiş vəziyyətə düşüb və bütün regional layihələrdən kənarda qalıb. Ermənistan 44 günlük müharibənin nəticəsində yaranan reallıqlardan faydalana bilər. Azərbaycan buna şərait yaratmağa hazır qonşudur. Ancaq Ermənistan yenə də hikkə ortaya qoyur, sərhədlərdə təxribatlara əl atır, başlanan sülh prosesini müxtəlif manipulyasiyalarla ləngitməyə cəhdlər göstərir. Bu ölkə işğal illərində öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirməyə çalışıb - sərhədləri irəli çəkib. İndi isə məğlubiyyəti ilə barışmaq istəmir və əvvəlki sərhəd xətlərini bərpa etməyə tələsmir. Hər dəfə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılanda Ermənistan rəsmiləri müxtəlif manipulyasiyalara əl ataraq diqqəti vacib məsələlərdən yayındırmağa çalışırlar. Təbii ki, belə halda qonşuluq münasibətləri də arxa plana keçir və digər vasitələrə əl atmaq məcburiyyətində qalınır. Azərbaycanın qətiyyətini görən Ermənistanda bunun hansı anlama gəldiyini yaxşı başa düşürlər.
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56

