Mən hərbçi olmaq istəyirəm!
27.10.2022 [10:08]
İlham Əliyev: Əsas missiyanı gənclər həyata keçirdilər
“Əsgərin çiyinlərində ağır silah-sursatını və yaralı səngər yoldaşını daşıyaraq Şuşaya doğru irəliləməsini əks etdirən kadr! Bu, Azərbaycan hərbçilərinin ümumiləşmiş bir obrazıdır”
“İşğaldan azad edilmiş Ağalıdan olan uşaqlarda hərbçi olmaq istəyi ərazi bütövlüyümüzü təmin edərək bizə sonsuz sevinc və qürur yaşadan Ordumuza, Müzəffər Ali Baş Komandana dərin rəğbət hissindən yaranıb. Qəhrəman əsgər və zabitlərimiz böyüməkdə olan gənc nəslin idealına çevrilib”
Azərbaycan Prezidenti həmişə xüsusi olaraq vurğulayır ki, 44 günlük Vətən müharibəsində əsas missiyanı mənim dövrümdə yetişmiş gənclər həyata keçirdilər.
Oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun yeni məskunlaşdırılan Ağalı kəndində orta məktəbin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşlərində diqqət çəkən hadisə yaşandı. Görüş o qədər səmimilik şəraitində keçdi ki, məktəblilər və sakinlər Dövlət Başçısı və Birinci Xanımla çoxdan tanıdıqları yaxın-doğma adamları kimi ünsiyyət qurdular, qəlblərinin dərinliklərindən gələn arzu və istəklərini ifadə etdilər. Söhbət əsnasında Prezident İlham Əliyev orta məktəbin şagirdlərinə üz tutaraq onlardan böyüyəndə hansı peşəni seçəcəklərini soruşdu. Biri oğlan, digəri isə qız olmaqla iki uşaq hərbçi olmaq istəklərini dilə gətirdilər. Onlardan biri əlavə etdi ki, biz Vətənimizi qorumalıyıq.
Son dərəcə təsirli və ibrətamiz mənzərədir. Məktəbli uşaqlar işğaldan azad olunmuş ərazilərə cəmi bir neçə ay bundan qabaq köçüblər. Yeni yanaşmalar-“ağıllı kənd” konsepti ilə inşa olunan bu kənddə sakinlər üçün bütün rahatlıqlar təmin edilib və onlar yeni həyatlarından çox məmnundurlar. Sakinlər qısa müddətdə belə şəraitin yaradılmasından razılıqlarını Dövlət Başçısına və Birinci Xanıma da bildirdilər.
Diqqət çəkən məqam isə məktəblilərin məhz hərbçi olmaq istəkləri və “Vətənimizi qorumalıyıq” demələridir. Uşaqların bu arzu və istəklə böyümələri Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi şücaətlə, qazandığı Qələbə ilə birbaşa bağlıdır. İgid hərbçilərimiz 44 gün ərzində şanlı tarix yazdılar. Onlar “Arxamızda Vətəndir!” deyib qorxunun nə olduğunu bilmədən döyüşlərə atılırdılar. Müzəffər Ali Baş Komandan bir neçə dəfə səsləndirib: Müharibə zamanı düşmən tərəfdə təxminən on min fərari qeydə alınıb. Vətən müharibəsi ermənilərin uydurduqları “yenilməz ordu” mifini tar-mar etdi. Təqdim olunan video kadrlardan da göründüyü kimi, Azərbaycan Ordusunun həmlələrindən vahiməyə düşən erməni hərbçiləri komandirlərinin əmrini gözləmədən, necə deyərlər, dabanlarına tüpürərək özbaşına döyüş postlarını, texnikalarını, silah-sursatlarını qoyub qaçırlar. Düşmən tərəfdə müşahidə edilən mənzərənin əksinə olaraq bütün müharibə zamanı Azərbaycan Ordusunda bir dənə də olsun fərarilik faktı qeydə alınmadı. Azərbaycan və erməni hərbçilərinin döyüş ruhundakı belə kəskin fərq onunla bağlı idi ki, Ermənistan işğalçılıq müharibəsi aparırdı. Azərbaycanın mübarizəsi isə haqqın, ədalətin bərpası uğrunda idi və bu amil də əsgər və zabitlərimizə əlavə güc, qüvvət verirdi. Məkrli düşmən havadarlarının dəstəyinə arxalanaraq düz 30 il ərzində torpaqlarımızı işğal altında saxladı, burada ağlasığmaz vandalizm əməlləri törətdi, tarixi-mədəni-dini irsimizə böyük ziyan vurdu. Düşmənin siyasəti qəsbkarlıq, talançılıq mahiyyəti daşıyırdı. Misli görünməmiş vəhşiliklərə əl atan, dinc sakinlərə belə rəhm etməyən, onları xüsusi qəddarlıqla qətlə yetirən erməni barbarlarını cəzalandırmaq lazım idi və bunu Azərbaycan Ordusu etdi. 300-dən çox şəhər və kənd. Müharibənin hər gününü bizləri yeni-yeni qələbə müjdələri ilə sevindirən Silahlı Qüvvələrimiz bu qədər yaşayış məntəqəsini bilavasitə döyüş meydanında düşməndən təmizləməyə nail oldu. Arzularımızın, ən ülvi duyğularımızın şəhəri olan Şuşanın işğaldan azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşanın hakim yüksəklikdə yerləşməsi düşmənə əlavə üstünlüklər qazandırırdı-şəhər ətrafında qurulan istehkamların yarılması mümkünsüz görünürdü. Ancaq igidlərimiz, aslanlarımız daşlara, qayalara sarılaraq, addım-addım dırmaşaraq 30 illik ayrılıq nisgili ilə yaşayan Şuşaya daxil oldular və ermənilərin qurduqları istehkamları yararaq şəhəri azad etdilər. Əsgərin çiyinlərində ağır silah-sursatını və yaralı səngər yoldaşını daşıyaraq Şuşaya doğru irəliləməsini əks etdirən kadr! Bu, Azərbaycan hərbçilərinin ümumiləşmiş bir obrazıdır. Şuşanın və digər ərazilərimizin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Ordumuzun bütün əsgər və zabitləri məhz belə davranardılar. Bu, bədii əsərlərdə tərənnüm edilən səhnələr yox, real döyüş epizodudur.
Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən parlaq səhifəsidir. Bu qələbə tariximizdə əbədi qalacaq və daim bizi qürurlandıracaq, yeni qələbələrə ruhlandıracaq. İşğaldan azad edilmiş Ağalıdan olan uşaqlarda hərbçi olmaq istəyi ərazi bütövlüyümüzü təmin edərək bizə sonsuz sevinc və qürur yaşadan Ordumuza, Müzəffər Ali Baş Komandana dərin rəğbət hissindən yaranıb. Qəhrəman əsgər və zabitlərimiz böyüməkdə olan gənc nəslin idealına çevrilib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

