Dünyada böyük ehtiyac var
27.10.2022 [10:18]
Azərbaycan üzərindən keçən yollara
Mübariz ABDULLAYEV
Məlum geosiyasi gərginliklər fonunda geniş Avrasiya coğrafiyasında Azərbaycanın önəmi getdikcə artır. Burada müxtəlif faktorların rolunu sadalaya bilərik. Əlbəttə ki, Azərbaycan dövlətinin siyasi iradəsi, regional və qlobal əməkdaşlığın dərinləşməsinə güclü səy göstərməsi ölkəmizin müsbət imicinin formalaşmasını şərtləndirən əsas amil qismində çıxış edir. Azərbaycanın özünün ardıcıl və qətiyyətli siyasi iradəsini proseslərə praktiki müstəvidə sanballı töhfələr verməklə tamamlaması tərəfdaşların ölkəmizə etimadını gücləndirir.
Azərbaycan müxtəlif nəqliyyat dəhlizlərinin kəsişməsində
Yeni reallıqlar fonunda Avrasiyada Azərbaycanın önəminin artmasını şərtləndirən digər mühüm faktor isə ölkəmizin tranzit daşımaları baxımından son dərəcə əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Rusiya ilə Ukrayna arasında artan gərginliklər səbəbindən Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Rusiyadan keçən marşrutlara da təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə ayrı-ayrı ölkələr və daşıma şirkətləri Azərbaycanın imkanlarından yararlanmağa üstünlük verirlər. Təkcə 2022-ci ilin əvvəlindən bəri respublikamızda müxtəlif ölkələrin müvafiq qurumlarının yüksək səviyyəli rəsmilərinin və daşıma şirkətlərinin nümayəndələrinin iştirakı ilə nəqliyyat-logistika məsələlərinin müzakirə olunduğu bir neçə tədbir keçirilib. Məsələn, iyun ayında Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgiləri baş tutdu. Bunlar 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “Translogistica Caspian” və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” Sərgisi idi. Bundan əvvəl isə aprel ayında Qazaxıstan və Azərbaycanın dəmir yolu idarələri arasında logistika sahəsində birgə layihələrin həyata keçirilməsinə dair Saziş imzalanıb. Son vaxtlarda Gürcüstan, İran. Rusiya, Özbəkistan, Qırğızıstan və digər ölkələrin hakimiyyət orqanları da Azərbaycanla nəqliyyat sektoru ilə bağlı müzakirələri intensivləşdiriblər. Bu sırada həmçinin dünyada ikinci böyük iqtisadiyyata malik Çin də var. Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər bir yol” layihəsini dəstəkləməsi bu ölkədə yüksək dəyərləndirilir.
İndiki geosiyasi reallıqlar fonunda ölkəmizin tranzit daşımaları üçün cəlbediciliyini artıran amillər isə kifayət qədər çoxdur. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Eyni zamanda respublikamız son vaxtlarda aktuallığı artan Transxəzər (Orta dəhliz) dəhlizinin də çox mühüm həlqələrindən birini təşkil edir. Azərbaycan, həmçinin perspektivdə Zəngəzur dəhlizinin yaradılmasını hədəfləyib. Son illərdə həm bütün respublika üzrə, həm də funksional dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Prezident İlham Əliyev müxtəlif auditoriyalardakı çıxışlarında yol təsərrüfatına yönəldilən investisiyaları ölkənin gələcəyinə qoyulan sərmayələr kimi səciyyələndirib. Beləliklə, ölkə ərazisindən keçən dəhlizlər üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə, necə deyərlər, şüşə kimi hamar yollar uzanır. Bu yollar üzərində yüksək səviyyəli logistika xidmətləri təşkil olunub.
Avtomobil yolları ilə yanaşı, müxtəlif istiqamətlərə uzanan dəmir yolu xətlərində də əsaslı yenidənqurma işləri görülüb, maddi-texniki baza möhkəmləndirilib, işarəvermə xidməti yenilənib. Paralel şəkildə, su nəqliyyatının potensialının artırılması qayğısına qalınıb. Bu gün respublikamız Xəzərdə ən böyük daşıma donanmasına sahibdir. Eyni zamanda respublikamızda bütün növ sərnişin və ağır yük təyyarələrini qəbul etmək imkanlarına malik beynəlxalq səviyyəli hava limanlarının sayı getdikcə artır. Artıq regionlarda da belə hava limanları fəaliyyət göstərirlər. O cümlədən Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə cəmi iki il ərzində iki beynəlxalq səviyyəli hava limanı inşa olunaraq istifadəyə verilib. Prezident İlham Əliyev bu günlərdə Gürcüstana uğurla baş tutan işgüzar səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında Azərbaycanın tranzit imkanlarına dünyada marağın artdığına diqqət çəkərək vurğulayıb: “Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir”.
BTQ genişlənəcək
Azərbaycanın nəqliyyat-logistika imkanlarına olan böyük maraq daşımaların həcminin artmasında da özünü büruzə verir. Cari ilin əvvəlindən bəri Azərbaycanla Gürcüstan arasında yükdaşımaların həcmi 75 faiz artıb. Qarşıya çıxan çağırışlar mövcud infrastrukturun genişlənməsini tələb edir. Genişləndirilməsi nəzərdə tutulan infrastruktur obyektləri sırasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti də var. “Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə inşa olunan BTQ 2017-ci ildə istifadəyə verilib. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Avropa ilə Asiya arasında ən qısa bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Çox haqlı olaraq yeni dəmir yolu bağlantısını iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edirlər. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edir. Yeni nəqliyyat marşrutu region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına yeni imkanlar yaradıb. BTC-nin fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. “Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq”, - deyə Prezident İlham Əliyev bildirib.
15 milyon tondan 25 milyon tona
Güclü dövlət olan Azərbaycan liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Öz növbəsində ölkəmizin nəqliyyat infrastrukturunun genişləndirilməsi planları Bakı Beynəlxalq Dəniz Ticarət Limanını da əhatə edir. Bununla bağlı zəruri tədbirlərin görüldüyünü diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq”.
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Qeyd edək ki, Xəzərdə ən böyük və ən müasir ticarət limanı olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin baş planı və layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən həyata keçirilib. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir.
Xatırladaq ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib.2018-ci il mayın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib.
Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.
Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Yaşıl liman” konsepsiyasına uyğun tikilməsi diqqətəlayiq haldır. Kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25

