Qarabağa sülh...
25.01.2023 [10:04]
Azərbaycanın tələbləri əsasında gəlməlidir
Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.
Öz növbəsində Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında Laçın-Xankəndi yolundakı vəziyyət barədə məlumat verib və ölkəmizin sülh gündəliyinə növbəti dəfə diqqət çəkib.
Laçın-Xankəndi yolu bağlanmayıb
Postmüharibə dövründə müxtəlif manipulyasiyalara əl atmaqla sülhyaratma prosesini ləngidən Ermənistan azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyəti təmsilçilərinin Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına, sərvətlərimizin talanmasına və ekologiyaya ziyan vurulmasına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunda təşkil etdikləri dinc aksiyanı beynəlxalq ictimaiyyətə əyri güzgüdən təqdim edir. İddia olunur ki, guya azərbaycanlı fəallar Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində erməniləri blokadada saxlayır və burada humanitar böhran yaşanır. Halbuki belə iddiaların heç bir əsası yoxdur. Aksiyaların keçirildiyi ərazidən təqdim olunan foto və video materiallardan aydın şəkildə görünür ki, burada Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin hərəkətinə hər hansı bir maneə yaradılmır. Prezident İlham Əliyev ABŞ rəsmisi ilə telefon danışığında bütün bu kimi məqamları qarşı tərəfin diqqətinə çatdırıb. Dövlətimizin başçısı Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.
İşğalçı Ermənistan üç onillik ərzində öz nəzarətində saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət həyata keçirib. Ermənistanın dəstəklədiyi separatçı rejim Qarabağ iqtisadi rayonunda belə qeyri-qanuni iqtisadi fəaliyyəti postmüharibə dövründə də davam etdirməyə çalışır ki, bu da yolverilməzdir. Telefon danışığında dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.Azərbaycanın sülh gündəliyi
Qalib Azərbaycan müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmizin bu qəti mövqeyini Prezident İlham Əliyev postmüharibə dövründə dəfələrlə bəyan edib. Belə yanaşma respublikamızın xoş niyyəti, regionda əmin-amanlığın bərqərar olmasına verdiyi böyük önəmlə bağlıdır. Əslində, Azərbaycan ötən 30 ildə Ermənistanın havadarlarının dəstəyi ilə davam etdirdiyi işğalçılıq siyasətindən ən çox ziyan çəkən ölkədir. Buna baxmayaraq, Azərbaycan postmüharibə mərhələsində sülh danışıqlarını hər hansı bir ilkin şərtlər irəli sürmədən, hansısa üstünlüklər istəmədən davam etdirmək niyyətindədir. Respublikamız uzun sürən dağıdıcı müharibədən sonra regiona sabitlik gəlməsini, etimad mühitinin yaranmasını, təhlükəsizliyin bərqərar olmasını və bölgə ölkələri arasında əməkdaşlığın genişlənməsini istəyir. Məhz sülh müqaviləsinin imzalanması bütün bunlar üçün fundamental hüquqi əsaslar formalaşdıracaq. Nə qədər ki, iki ölkə arasında sülh sazişi yoxdur, nə qədər ki, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib, bölgədə müharibə riskləri qalacaq. 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanata və sonrakı mərhələdə əldə olunmuş razılaşmalara tam sadiqlik nümayiş etdirən Azərbaycan sülh sazişinin imzalanması məqsədilə qarşı tərəfə beş bəndən ibarət paket təqdim edib. Həmin sənəddə aşağıdakı müddəalar yer alıb:
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Respublikamız bu sənədi hazırlayarkən sırf beynəlxalq hüquqa və praktikaya əsaslanıb. Aparılan bütün danışıqlarda Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib ki, bu müddəalar əsasında sülh sazişinin mümkün qədər tez hazırlanmasının və imzalanmasının tərəfdarıdır. ABŞ rəsmisi ilə telefon danışığında Prezident
İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
Təhlükəsizliyə təminat ...
Həm Ermənistandakı qüvvələr, həm də bu ölkənin xaricdəki havadarları tez-tez Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlı “narahatlıqlarını” dilə gətirirlər. Azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda dinc aksiyalar keçirmələri Qarabağda yaşayan ermənilərin “təəssübünü” çəkənlərin fəallığını bir qədər də artırıb. Onlar bunu yalan üzərində qurulan anti-Azərbaycan təbliğatını daha da gücləndirmək üçün bir fürsət kimi dəyərləndirərək Qarabağda yaşayan ermənilərin guya blokadaya alındıqlarını, ərzaqsız, dərmansız qaldıqlarını bildirirlər. Yuxarıda sadalanan faktlar belə iddiaların heç bir əsası olmadığını sübuta yetirir. Qarabağda yaşayan ermənilərin hüquqlarına gəldikdə isə, Azərbaycan onlarla öz vətəndaşları kimi davranmaq niyyətini dəfələrlə bəyan edib. Qarabağda yaşayan müəyyən sayda ermənilərə hansısa imtiyazlar və yaxud üstünlüklər verilə bilməz. Ancaq dövlətimiz özünün bütün digər vətəndaşları kimi, onların da hüquqlarının qorunmasına tam təminat verir. Dövlətimizin başçısı Antoni Bilinkenlə telefon danışığında ölkəmizin ədalətli yanaşmasını bir daha diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04

