Süni intellektə əsaslanan sosial xidmətlər
25.10.2025 [10:27]
“SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda sosial sahədə inkişaf yolları müzakirə olunub
Oktyabrın 24-də Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Serbiya, Rumıniya, Moldova, Belarus, Xorvatiya, Norveç və Portuqaliyanın mühüm dövlət qurumlarının əməkdaşları, nüfuzlu mütəxəsislər iştirak ediblər. Ümumilikdə, dünyanın 20-yə yaxın ölkəsindən 350 nəfərin qatıldığı tədbirdə insan inkişafı və vətəndaşların sosial müdafiəsinin təmin edilməsində həyata keçirilən islahatlar, bu sahədə tətbiq edilən innovativ alətlərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb. İştirakçılar müasir rəqəmsal dövlət quruculuğu mühitində süni intellektə transformasiya, sosial xidmətlərdə süni intellektin tətbiqi imkanları, sosial inklüzivlik, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında da faydalı məsələləri müzakirə ediblər.
Son 7 ildə orta aylıq əməkhaqqı 2, orta aylıq pensiya 2,6 dəfə artıb
Konfrasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində insan amili durur. Bu ali sosial hədəflərin reallaşması üçün dövlət başçısı tərəfindən davamlı olaraq islahat paketləri icra olunur. Bu siyasət tədbirləri çərçivəsində 2018-2025-ci illər ərzində 5 böyük sosial islahat paketi icra olunub və 4 milyon vətəndaşı əhatə etməklə büdcədən əlavə 7 milyard 600 milyon manat vəsait ayrılıb.
A.Əliyev bildirib ki, qeyd olunan dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb. Dövlət sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artaraq 1,9 milyard manata yüksəlib. Ünvanlı sosial yardımın orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artırılıb. Ötən müddət ərzində əmək müqavilələrinin sayı isə 41 faiz artaraq 1 milyon 851 minə çatıb. Ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfə artıb. Bunun da böyük hissəsi özəl sektorun payına düşüb.
Həmin göstəricilər ölkəmizin sosial sahədə həm miqyas, həm də keyfiyyət baxımından əhəmiyyətli nailiyyətlərini nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, postmüharibə dövründə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi diqqət mərkəzində olub, 132 min unikal şəxsə 400 mindən çox xidmət göstərilib. Bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılıb. Bu dövr ərzində şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə 6 min 800 mənzil verilib, 28 min nəfər məşğulluq tədbirlərinə cəlb edilib.
Süni intellekt sosial məsələlərdə yeni imkanlar yaradır
Əmək və əhalinin sosial müdafiəsi naziri sosial dövlət quruculuğunda rəqəmsal həllərin imkanlarından bəhs edərək vurğulayıb ki, süni intellektə transformasiya nəticəsində sosial xidmətlərdə yeni tətbiqlər gerçəkləşməkdədir. Süni intellekt bazasına əsaslanmaqla, sosial xidmətlərin bir neçə sahəsi innovativ alətlərə inteqrasiya edilib. Belə ki, əlillik altsistemində süni intellekt əsaslı funksionallıq hazırlanaraq istifadəyə verilib. Bu funsionallıq əsasında tibbi göndərişlərdə mətn analizi həyata keçirilir, şəxsi məlumatlar və sui-istifadələrə səbəb ola bilən həssas məlumatlar avtomatik aşkar edilərək tənzimlənir. Eyni zamanda, gələcək üçün əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır. Bu mexanizm nəticəsində həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq. Süni intellekt həllərinin, həmçinin məşğulluq sahəsində fərdi məşğulluq proqramlarının hazırlanmasında, reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur.
Süni intellekt əsaslı "biznes bələdçisi” yaradılacaq
Sosial müdafiə sahəsində dayanıqlı resusrs bazasının formalaşmasında biznesin aktivliyi də mühüm əhəmiyyət kəsb edir. Biznes sektoru sosial yığımlarda əsas tərəfdaş kimi sosial sahənin inkişafını təşviq edir. Hazırda ölkədə muzdlu işçi qüvvəsinin 44 faizi KOB sektorunda çalışır. Bu baxımdan sosial sahədə rəqəmsal texnologiyaların tətbiqində sahibkarların üzərinə də ciddi vəzifələr düşür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov hesab edir ki, məhz bu çağırışlar nəzərə alınaraq KOB sektorunda daha effektiv strateji qərarların qəbulu üçün süni intellektə əsaslanan biznes analitikası sisteminin yaradılması planlaşdırılır. KOBİA süni intellekt sahəsindəki qlobal trendlərdən kənarda qalmağından süni intellektə əsaslanan həllərin biznes proseslərinə və KOB-lara yönəlmiş xidmət alətlərinə inteqrasiyasını daim diqqətdə saxlayır. Bu məqsədlə e-KOB evi portalı layihəsi çərçivəsində işlər aparılır. Portalda rəqəmsal mühitdə süni intellekt üzərindən ‘biznes bələdçisi” alətinin yaradılması nəzərdə tutulur. Yaxın gələcəkdə, həmçinin, KOB sektorunda qiymətləndirmə və strateji qərarların qəbuluna dəstək üçün süni intellektə əsas biznes analitikası sisteminin inkişafı istiqamətində addımlar atılacaq.
KOBİA-nın digər hədəfi süni intellekt texnologiyalarının KOB sektorunda tətbiqinin təşviqidir ki, bu istiqamətdə həm mövcud dəstək mexanizmləri, həm də tərəfdaş qurumlarla birgə layihələr çərçivəsində tədbirlər həyata keçirilir. KOB-lar cəmiyyətin süni intellekt texnologiyalarına hazırlıq səviyyəsini və bu sahədə bacarıqlarını artırmaq potensialına malikdir.
Rəqəmsal transformasiyayada Türkiyə-Azərbaycan modeli
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın müasir dövrdə rəqəmsal dövlət quruculuğunun sosial idarəetmədə əsas vasitəlıərdən birini çevrildiyini və öz ölkəsi tərəfindən çoxistiqamətli islahatlar həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, rəqəmsal transformasiya yalnız xidmətlərin təqdimatını deyil, eyni zamanda qərar qəbuletmə proseslərini də köklü şəkildə dəyişir. Xüsusilə, əmək həyatında süni intellekt dəstəklı sistemlərin tətbiqi dövlət idarəçiliyində səmərəliliyi artırmaqla yanaşı, işçilərin hüquqlarının daha etibarlı qorunmasına imkan yaradır. Bu baxımdan Türkiyə süni intellekti rəqəmsal dövlət infrastrukturumuza inteqrasiya etməklə sosial siyasətlərdə daha çevik, inklüziv və effektiv həllər formalaşdırmağı hədəfləyir.
A.Aydın qeyd edib ki, qarşıdakı dövrdə rəqəmsal dövlətlərin yalnız texnoloji deyil, eyni zamanda, insani, iştirakçı və sosial yönü güclü strukturlar kimi yüksələcəyini nəzərə alaraq Türkiyə region ölkələri ilə sıx işbirliyi və geniş işlək platforma qurmağı hədəfləyir. Bu platformada sözsüz ki, Azərbaycan ilk pillədə dayanır, qardaş ölkə sosial rəqəmsallaşmada Azərbaycanla birlikdə yeni uğurlara imza atacağına inandığını ifadə edib.
Süni intellekt həm iş yerlərini bağlayacaq, həm də bacarıqlara əsaslanan iş yerləri yaradacaq
“SOCGOV 2025” konfransında çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə bildirib ki, müasir texnologiyaların yaratdığı yeni çağırışlar islahatların daha da təkmilləşdirilməsini zəruri edir. Bu çərçivəyə əsaslanan “ASAN xidmət” dain innovasiyalara inteqrasiyanı artırır, eyni zamanda, qabaqcıl ölkələrlə birgə təcrübələri bölüşür.
Ü.Mehdiyevin fikrincə, süni intellektli texnologiyaların və “yaşıl keçid”ə transformasiya əmək və məşğulluq üçün də əhəmiyyətli faktorlardan biri kimi çıxış edir. Süni həllər nəticəsində yaranacaq iş yerləri, eyni zamanda, iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək. Son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri də bu sahədə ciddi araşdırmalar aparırlar və çox ciddi hesabatlar hazırlayırlar. Məsələn, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində araşdırma hesabatında qeyd olunub ki, süni intellektli texnologiyaların və “yaşıl keçid” transformasiyasının nəticəsində dünyada 90 milyondan çox iş yeri bağlanacaq, amma onun əvəzində 170 milyona yaxın yeni iş yerləri formalaşdırılacaq. Ancaq bununla yanaşı, ləğv olunan iş yerlərinə münasibətdə yeni iş yerləri, yeni bacarıqlar, yeni biliklər tələb edəcək. Bu istiqamətdə artıq istər beynəlxalq şirkətlər, təşkilatlar, istərsə də dövlətlər vətəndaşlarını hazırlamaq üçün ciddi tədbirlər həyata keçirirlər. Azərbaycan da bu istiqamətdə geridə qalmır.
Konfransda çıxış edən digər natiqlər də vurğualyıblar ki, idarəetmədə və digər sahələrdə əsas vasitəyə çevrilən süni intellekt texnologiyaları qarşıya qoyulan hədəflərə, vəzifələrə çatmağa, vətəndaşların rifahına və inkişafına nail olmağa imkan yaradır.
Beləliklə, “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfrans yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsi baxımından yeni nümunəvi platforma rolunu oynayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42

