Avropada ikili müdafiə tədbirləri
25.10.2025 [09:12]
Qərb ilə Şərq fərqli “təhlükəsizlik masalarında”...
4 ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın işini bir neçə istiqamətdə “çətinləşdirib”. Enerji, xammal idxalı kimi iqtisadi tendensiyalarla yanaşı, münaqişə təhlükəsizlik arxitekturasını da zədələyib. Qərb özünün təhlükəsizliyini qorumaq üçün illərdir ki, ciddi addımlar atır.
Amma təhlükəsizlik tədbirlərinin görülməsi məsələsində də bəzi ziddiyyətlər meydana çıxır - vurğulanmalıdır ki, son dövrlər bir çox məsələlərlə bağlı hətta siyasi və strateji səviyyədə Avropa məkanında ciddi fikir ayrılıqları müşahidə olunur. Bu fərqliliklər təkcə iqtisadi və enerji məsələlərində deyil, həm də təhlükəsizlik və müdafiə istiqamətində özünü qabarıq şəkildə göstərir. Qeyd edildiyi kimi, müharibənin uzanması, NATO daxilində məsuliyyət bölgüsü ilə bağlı anlaşılmazlıqlar və ABŞ-ın Avropa ilə hərbi müttəfiqliyinin müzakirə predmetlərinin dəyişməsi istiqamətində artan çağırışlar qitədə yeni proseslərə yol açıb. Paralel olaraq, Qərbi Avropa dövlətləri - xüsusilə Fransa və Almaniya müstəqil müdafiə arxitekturasının formalaşdırılması ideyasını irəli sürürlər. Digər tərəfdən isə Şərqi Avropa ölkələri NATO-nun hərbi təminatlarını öz təhlükəsizliyinin əsas dayağı hesab edir və ABŞ-la hərbi əməkdaşlığın dərinləşdirilməsində maraqlıdırlar. Bu situasiya Avropa İttifaqı daxilində vahid müdafiə konsepsiyasının yaranmasını çətinləşdirir.
“Müstəqil müdafiə” təklifi - Avropa Ordusu yalnız Qərbi qoruyacaqmı?
Qeyd edildiyi kimi, son illər Fransa prezidenti Emmanuel Makronun dəfələrlə səsləndirdiyi “Avropa ordusu” ideyası, əslində, Qərbi Avropanın NATO-dan asılılığını azaltmaq cəhdi kimi izah olunur. Paris və Berlin uzun müddətdir ki, ABŞ-dan asılı olmayan müdafiə sisteminin yaradılmasının tərəfdarı kimi çıxış edir. Lakin bu ideya Şərqi Avropa ölkələri tərəfindən soyuq qarşılanır. Polşa, Baltikyanı ölkələr və Rumıniya kimi dövlətlər Rusiyanın təhdidini real təhlükə kimi görür və ABŞ-ın qitədəki hərbi mövcudluğunu zəiflədə biləcək istənilən təşəbbüsə ehtiyatla yanaşırlar. Səbəb isə odur ki, Rusiya-Ukrayna müharibəsi Şərqi Avropa üçün yeni təhlükəsizlik reallıqları formalaşdırıb. Müharibənin bu regionda aparılması birbaşa təhdid hissini gücləndirib. Buna görə də Şərqi Avropa ölkələri öz müdafiə potensiallarını artırmaq, ordularını modernləşdirmək və birgə hərbi koordinasiyanı gücləndirmək istiqamətində addımlar atırlar. Finlandiya və İsveçin NATO-ya üzvlüyü, Polşanın silahlanmaya rekord büdcə ayırması və Baltikyanı ölkələrin ABŞ ilə hərbi sazişlərini yeniləməsi bu istiqamətdə konkret addımlardır. Region artıq “müdafiə immunitetini” artırmaqla məşğuldur və bu prosesin uzunmüddətli olması gözlənilir.
Şərqi Avropa bir masa arxasında...
Yeri gəlmişkən, dekabrın 16-da Finlandiyada Şərqi Avropa ölkələrinin müdafiə sahəsində əməkdaşlıqlarının müzakirə olunacağı yüksəksəviyyəli sammit keçiriləcək. “Yle” portalının məlumatına görə, Finlandiyanın Baş naziri Petteri Orpo bu barədə Avropa İttifaqının Brüsseldə keçirilən sammitindən sonra deyib. Onun sözlərinə görə, Finlandiyada keçiriləcək görüşdə Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstan təmsil olunacaq. “Görüşdə ittifaqın şərq sərhədində yerləşən ölkələrin müdafiəsinin gücləndirilməsi üçün konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, həmçinin Avropanın növbəti çoxillik maliyyə proqramı çərçivəsində bu ölkələr üçün maliyyələşmənin hansı yolla təmin ediləcəyi məsələləri müzakirə olunacaq”, - deyə o bildirib.
Əslində, Avropanın şərq sərhədlərinin möhkəmlənməsi ilə b?ğlı müzakirələr artıq bir neçə aydır ki, aktualdır. Hələ sentyabrın əvvəlində NATO Rusiyanın Polşa hava məkanını pozmasından sonra alyansın şərq cinahında gücləndirilmiş mövcudluğunu elan etmişdi. NATO-nun Ali Müttəfiq Qüvvələrinin Komandanlığının göstərişi ilə “Şərq Gözətçisi” Əməliyyatına start verilmişdi. Hətta Qərbi Avropa ölkələrinin bəziləri də bu əməliyyata dəstək verəcəklərini açıqlamışdılar. Polşa, müttəfiqlərin mövcud təhlükəsizlik vəziyyətini və təhdidlərə qarşı birgə tədbirləri müzakirə etməsini təmin edən NATO Nizamnaməsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələr başlatmışdı.
Finlandiyada keçiriləcək yüksək səviyyəli sammitin əsas məqsədi də Şərqi Avropa ölkələrinin müdafiə sahəsində əməkdaşlıq mexanizmlərini müzakirə etmək olacaq. Pronozlaşdırılır ki, sammitin gündəliyinə kollektiv müdafiə planlaşdırması, texnoloji mübadilə, hərbi sənaye tərəfdaşlığı və NATO ilə koordinasiya kimi məsələləri daxildir. Tədbirə Finlandiyanın ev sahibliyi etməsi təsadüfi deyil - ölkə həm Rusiya ilə sərhəddə yerləşir, həm də NATO-nun yeni üzvü kimi regionda təhlükəsizlik müzakirələrinin mərkəzinə çevrilib. Bir çox siyasi-hərbi ekspertlər iddia edirlər ki, sammitin nəticələri Avropa təhlükəsizlik arxitekturasının gələcək istiqamətlərinə ciddi təsir göstərəcək.
Qeyd edək ki, bu proseslər Avropada iki fərqli təhlükəsizlik yanaşmasının meydana gəldiyini göstərir. Qərbi Avropa ABŞ-dan nisbətən müstəqil, Avropa mərkəzli müdafiə sistemi qurmaq istəyir - Şərqi Avropa isə NATO-nun təminatlarını və Vaşinqtonun hərbi iştirakını qorumaqda qərarlıdır. Bu ziddiyyətlərin gələcəkdə Avropa İttifaqı daxilində yeni siyasi balans yaratması və qitədə müdafiə konsepsiyalarının yenidən tərtib olunmasına səbəb olması mümkündür.
Mina təhdidi artır...
Xatırladaq ki, bu ilin yayında beş şərqi Avropa ölkəsi Rusiya və Belarusla sərhəd boyunca mina kəməri yaratmağı planlaşdırdığını bəyan etmişdi. Finlandiya, Estoniya, Latviya, Litva və Polşa onsuz da sərhədlərini möhkəmləndirmək üçün baryer sistemləri və video nəzarət yaradıblar - onlar həm də, başqa bir qoruma təbəqəsinə, piyada əleyhinə minalara ehtiyac olduğunu bildirmişdi. Qeyd edək ki, son bir ildə Şərqi avropa kontingentinə daxil olan bu beş NATO ölkəsi bir-birinin ardınca 1997-ci ildə imzalanmış və iki il sonra qüvvəyə minmiş piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxdıqlarını elan etmişdilər. Qeyd edək ki, Rusiya ilə quru sərhədlərini bölüşən altı NATO ölkəsindən yalnız təxminən 200 kilometrlik sərhədə malik Norveç Ottava Konvensiyasının üzvü kimi qalmaq niyyətində olduğunu bildirmişdi. Sazişdən çıxan beş ölkə isə bu ilin sonuna qədər piyada əleyhinə minaların istehsalını və saxlanmasını, zəruri hallarda sürətli və geniş istifadəsini reallaşdıra biləcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05

