Bakı-Budapeşt: Çoxşaxəli mahiyyət daşıyan əlaqələr
01.02.2023 [10:26]
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana uğurlu səfəri baş tutdu. Səfər çərçivəsində keçirilən tədbirlərdə dövlətimizin başçısının və dost ölkənin Prezidenti xanım Katalin Novakın, Baş naziri Viktor Orbanın ifadə etdikləri fikirlərdən aydın şəkildə görünür ki, hər iki tərəf öz aralarındakı dostluq münasibətlərinin, yüksək siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi sahədə əməkdaşlığın dərinləşməsində də maraqlıdırlar. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq ayrılıqda götürülmüş hansısa bir istiqamətlə məhdudlaşmır. İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq, podrat layihələrində iştirak etmək imkanları kifayət qədər genişdir. Prezident İlham Əliyev yanvarın 30-da Budapeştdə mətbuata verdiyi Bəyanatında bu amili diqqətə çatdıraraq vurğulayıb ki, bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyəti göz önündədir.
Qlobal gündəlikdə dayanan əsas məsələlərdən biri - enerji təhlükəsizliyi
Artan geosiyasi gərginliklər fonunda enerji təhlükəsizliyi məsələləri bütün dünyada xüsusi əhəmiyyət daşımağa başlayıb və qlobal gündəliyin ön sıralarına çıxıb. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropanın ənənəvi qaz təchizatı zənciri qırılıb. Hazırda qoca qitədə kəskin enerji böhranı yaşanır. Avropa ölkələri Rusiyadan kəsilən mavi yanacaq tədarükünü yeni mənbələrdən qarşılamağa çalışırlar. Belə bir şəraitdə nəzərlər Azərbaycana dikilir. Bunun bir neçə səbəbini sadalamaq mümkündür
-Birincisi, ölkəmiz ədalətli enerji siyasəti həyata keçirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, tərəfdaşlarla birgə layihələrin reallaşdırılması qarşılıqlı maraqlara əsaslanmalıdır və bundan bütün tərəflər fayda götürməlidirlər. Respublikamız ən kritik məqamlarda belə özünün bu yanaşmasına sadiqlik nümayiş etdirir. İndiyədək Azərbaycanla imzalanan enerji müqavilələrinin həyata keçirilməsində hər hansı bir fors-major halı yaşanmayıb.
-İkincisi, Azərbaycan zəngin resurslara malik olan ölkədir. Azərbaycan Avropanın mavi yanacağa artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Bütövlükdə, respublikamızın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Ölkəmizdə böyük həcmlərdə qaz hasilatına “Şahdəniz” yatağının istismarına start verilməsi ilə başlanıb. Eyni zamanda, yeni yataqlar üzrə də kəşfiyyat işləri aparılıb və zəngin ehtiyatlar aşkarlanıb. 2023-cü ildə “Abşeron” yatağından, gələn il isə hər hansı bir fors-major halı yaşanmasa, “Azəri-Çıraq-Günəşli” yatağından “dərin qaz” (“deep gas”) hasilata başlanılması tam realdır. Perspektivdə, həmçinin “Ümid”, “Babək”, “Qarabağ” və digər yataqların da istismarı həyata keçiriləcək.
-Üçüncüsü, şaxələndirilmiş nəql infrastrukturuna malik olması. Dünyada Avropa məkanına mavi yanacaq ixrac etmək istəyən ölkələrin sayı çoxdur. Ancaq optimal infrastruktur olmadığına görə həmin istehsalçılar özlərinin enerji məhsullarını Avropa bazarlarına çıxartmaq imkanından məhrum qalıblar. Azərbaycan “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazı Türkiyəyə və Gürcüstana 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə ötürürdü. Azərbaycan, həmçinin titanik səylər hesabına böyük qazın Avropaya çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Müxtəlif seqmentlərdən ibarət olan Cənub Qaz Dəhlizinin inşası iki il bundan əvvəl-2020-ci il dekabrın son günlərində tamamlandı. Beləliklə, ölkəmizdən qoca qitəyə mavi yanacaq ixracı üçün geniş imkanlar yarandı. “Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanan Memorandumun icrası kifayət qədər uğurla davam edir. Əgər 2021-ci ildə ölkəmiz Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişdisə, cari ildə bu rəqəmin 12 milyard kubmetrə çatdırılması hədəflənib. Bütövlükdə, 2023-cü ildə respublikamızdan 24 milyard kubmetrə yaxın mavi yanacaq ixracı gözlənilir. İmzalanan yeni sazişdə 2027-ci ilədək respublikamızdan Avropaya qaz ixracının iki dəfə artırılması nəzərdə tutulub. Beləliklə, Azərbaycan Avropanın enerji bazarında çox ciddi aktora çevrilir.Azərbaycanla Macarıstan arasında enerji dialoqu
Son aylarda Avropanın ayrı-ayrı ölkələrində Azərbaycan qazının tədarükü ilə bağlı bir-birinin ardından önəmli tədbirlər həyata keçirilir. Belə deyə bilərik ki, Azərbaycan qazına müştəri düşən Avropa ölkələri növbəyə dayanıblar və sıralarının gəlməsini səbirsizliklə gözləyirlər. Biz Prezident İlham Əliyevin Albaniyada, Serbiyada, Bolqarıstanda və digər məkanlarda apardığı enerji dialoqunu böyük qürur hissi ilə izlədik. Belə dialoq, həmçinin Avropa İttifaqının və ayrı-ayrı dövlətlərin yüksəksəviyyəli rəsmiləri ilə Bakıda da aparılıb.
Yaxın perspektivdə Avropada Azərbaycandan qaz tədarük edəcək ölkələrdən biri də Macarıstan ola bilər. Artıq Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb. Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir. Macarıstanın Baş naziri Viktor Orban mətbuata verdiyi Bəyanatında Avropanın və ölkəsinin enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasına diqqət çəkərək vurğulayıb: “Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir”.
Azərbaycanla-Macarıstan arasında enerji dialoqu yalnız qazın tədarükünü əhatə etmir. Bu ölkənin respublikamızdan ixrac edilən mavi yanacağın digər dövlətlərə tranzitini həyata keçirmək imkanları var. Azərbaycan Prezidentinin Budapeştdə keçirdiyi görüşlərdə NABUKKO layihəsi xatırladılıb. Bu layihə müxtəlif səbəblərdən təxirə salındı. Hazırda isə Azərbaycanın səyləri ilə inşa olunan Cənub Qaz Dəhlizinin Avropada qolları yaradılır. Yeni qolların marşrutuna Macarıstan da daxildir. Prezident İlham Əliyev Macarıstanın həm də tranzit ölkəyə çevriləcəyini məmnunluq hissi ilə diqqətə çatdırıb. “Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”.
Enerji dialoqunda yeni istiqamət-yaşıl enerji
Azərbaycanla Macarıstan arasında təməli qoyulan enerji dialoqunda yeni bir istiqamətin də böyük perspektivi var. İki dost ölkə ənənəvi enerji təchizatı sahəsində olduğu kimi, bərpaolunan mənbələrdən alınan enerjinin tədarükündə də sıx əməkdaşlıq etmək niyyətindədirlər. Azərbaycanın bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Hazırda respublikamız Avropaya yeni enerji körpüsünü salmağa başla?ır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bütövlükdə, Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı hədəfləyib. 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli saziş imzalandı. Azərbaycanda bərpaolunan mənbələrdən alınacaq elektrik enerjisi bu marşrutla Avropaya, o cümlədən də Macarıstana çatdırılacaq. Bu, çox böyük sərmayə tələb edən layihədir. Burada yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi maliyyə mənbələrinin tapılmasını, həmçinin çox ciddi koordinasiyalı fəaliyyət tələb edir. “Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Digər sahələrdə əməkdaşlıq
Azərbaycanla Macarıstanın iqtisadi sahədə əməkdaşlığında enerji məsələləri daha çox aktuallıq daşısa da, digər istiqamətlərdə də belə imkanlar kifayət qədər genişdir. İki dost ölkə nəqliyyat sahəsində koordinasiyalı fəaliyyət həyata keçirir. Belə ki, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanıb. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmində kəskin artımlar müşahidə edilir. Təkcə keçən il ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmi 75 faiz artıb. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanda müasir nəqliyyat infrastrukturu qurulub. Bunun da sayəsində açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika habına çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.
Əməkdaşlıq üçün vacib olan digər istiqamət minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. İşğaldan azad olunmuş ərazilərdə bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı mina terroruna tuş gələrək ya həlak olub, ya da ki, ağır yaralanıb. Prezident İlham Əliyev bildirib ki, bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
Qalib Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə dost ölkələrin şirkətlərinin iştirakı ilə böyük bərpa və infrastruktur quruculuğu layihələri həyata keçirir. Macarıstan şirkətləri də bu sırada yer ala bilərlər. “Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17
