Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünyaya humanizm dərsi…

Dünyaya humanizm dərsi…

14.02.2023 [11:07]

Türkiyəyə qardaşlıq dəstəyi

Mehriban Əliyeva: İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!

Fevralın 6-da qardaş Türkiyənin 10 vilayətində baş verən zəlzələnin miqyası çox böyükdür. Mütəxəssislər zəlzələnin dərinliyinin 7 kilometri əhatə etdiyini və enerji tutumunun 500 atom bombası gücünə bərabər olduğunu bildirirlər. İlkin hesablamalara görə, zəlzələ nəticəsində 8 minə qədər bina dağılıb, 13 minədək bina ciddi zədələnib. Təbii fəlakət 31 mindən çox insanın həyatına son qoyub, 150 mindən çox insan isə digər vilayətlərə təxliyə olunub. Statistika dəyişir. Ölən və yaralı sayının artacağı da istisna deyil.

Qardaş ölkədə insanlıq faciəsinin yaşandığı bu çətin günlərdə ayrı-ayrı dövlətlər Türkiyəyə humanitar yardımlar və xilasedicilər göndərirlər. Türkiyəyə ilk yardım göstərən ölkə isə Azərbaycan oldu.  Bu gün dünyada Azərbaycan və Türkiyə dədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. İki ölkə və xalq daim xoş günlərin sevincini birlikdə bölüşüblər, çətinliklərdə isə həmişə bir-birinə arxa, dayaq durublar. 

Azərbaycan Türkiyədə baş verən təbii fəlakəti də öz faciəsi və sınağı kimi qəbul edərək elə ilk saatlardan qardaş ölkənin yanında olduğunu bütün dünyaya bəyan edib. İlk gündən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və fəlakət zonasında axtarış işlərində iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti qardaş ölkəyə yola düşüb. İki gün ərzində 10-dək təyyarə FHN-in 725 nəfərlik şəxsi heyətini və tibbi personalı, xilasetmə avadanlıqlarını, mobil səhra hospitalına aid konteynerləri, səhra mətbəxini, generatorları, nasos stansiyalarını, avtomobilləri, tibbi avadanlıqları, dərman preparatlarını, təxirəsalınmaz yardım vasitələrini, çadırları, yataq dəstlərini, humanitar və ərzaq yardımlarını qardaş ölkəyə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyəyə ezam olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirliyin mətbuat xidmətindən KİV-ə bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Heydər Əliyev Fondunun yardımı davam edir

Hazırda ciddi sınaqla üzləşən Türkiyəyə yardım göndərən ölkələrin sayı çoxdur. Azərbaycanı fərqləndrən əsas cəhət isə odur ki, qardaş ölkəyə yardımlar yalnız dövlət səviyyəsində edilmir. Bu günlərdə bütün xalqımızın ürəyi Türkiyə ilə döyünür, dualarımız dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlıdır.

Azərbaycanda qardaş Türkiyəyə yardım kampaniyasına elə ilk günlərdən Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da qoşulub. Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Fondun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. Fevralın 14-dək davam etməsi nəzərdə tutulan yardım kampaniyasına dəstək göstərən əhali tərəfindən Bakı İdman Sarayına (Neftçilər prospekti 26a), o cümlədən Heydər Əliyev adına İdman Konsert Kompleksinə (Abbas Səhhət küçəsi 2) çoxsaylı əşya və ləvazimatlar gətirilməkdədir.  Fondun rəhbəri Mehriban xanım Əliyeva bu günlərdə özünün rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib. “Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”, - deyə paylaşımda vurğulanıb.

Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsü Azərbaycanın bütün bölgələrində böyük rəğbətlə qarşılanıb. Bu günlərdə azərbaycanlıların özlərinin şəxsi minik avtomobilləri ilə əvvəlcədən ayrılmış yerlərə ərzaq, yorğan-döşək, isti paltar daşımalarını, könüllülərin sübh tezdən axşam düşənədək gətirilən yardımları çeşidləyib qablaşdırmalarını əks etdirən fotolar Türkiyə mətbuatında gündəm olub. Budur, əsl istək, əsl ürək yanğısı. “Regional İnkişaf” İB-nin müəyyənləşdirdiyi mərkəzlərə yardımlar gətirənlər arasında müxtəlif sosial qrupların təmsilçilərini görmək mümkündür.   Qardaş ölkədə baş vermiş zəlzələ ilə bağlı cəmiyyətimizdə müşahidə edilən bu birlik, səfərbərlik xalqımızın böyüklüyünü  təcəssüm etdirir. Bunu diqqətə çatdıran Mehriban xanım Əliyeva paylaşımında vurğulayıb: “Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!”

Türkiyədən minnətdarlıq

Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən hazırlanan yardım artıq zəlzələ bölgəsinə çatdırılıb. Fond tərəfindən göndərilən humanitar yükə faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxildir.  

 Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürüni çatdıran Rəcəb Tayyib Ərdoğan bildirib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdam, millətim adımdan çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 460 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31