Azərbaycanda sabitlik...
23.02.2023 [10:13]
Var və olacaq!
Azərbaycan uğurlu ölkə kimi inkişaf edir. Respublikamızın milli maraqlar, qlobal çağırışlar, daxili potensial, cəmiyyətin sosial sifarişləri nəzərə alınmaqla müəyyənləşdirilən öz gündəliyi var və bu gündəliyin ardıcıllıqla həyata keçirilməsi yüksək səviyyədə təmin edilir. İndiyədək qarşıya qoyulan bütün məqsədlərə çatılıb və perspektiv inkişafla bağlı hər hansı bir tərəddüdlər yoxdur. Bəs belə uğurlu inkişafın formulu nədən ibarətdir?
Qlobal kataklizmlər fonunda diqqət çəkən möhkəm daxili sabitlik
Hazırda dünyanın müxtəlif bölgələrində arzuolunmaz kataklizmlər yaşanır. Geosiyasi gərginliklər, yeni-yeni müharibə ocaqlarının baş qaldırması, daxili ixtişaşlar, iqtisadi tənəzzül meyllərinin güclənməsi, maliyyə çatışmazlığı , ərzaq, enerji təhlükəsizliyinin təmin olunmasında ortaya çıxan çətinliklər, milli valyutaların kəskin dəyər itirməsi ayrı-ayrı ölkələrin kədərli mənzərəsini səciyyələndirir. Dünyadakı bu kimi reallıqlar fonunda Azərbaycanın sabitlik adası kimi fərqlənməsi xüsusi diqqət çəkir. Bəli, çoxlu sayda ölkə sadalaya bilərik ki, onlar məhz daxili sabitliyin pozulması səbəbindən inkişafla bağlı problemlər yaşayırlar. Bir anlığa təsəvvürümüzdə canlandıraq: Sabitliyi pozulan, qarşıdurmaların yaşandığı dövlətlərdə nə görəcəyik? Dağıntılar, sıradan çıxan infrastruktur, qardaş qanının axıdılması, insanların köç etməsi... Vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi olmayan ölkələrin tipik mənzərəsi məhz bu kimi acı təəssüf doğuran məqamlarla səciyyələnir.
Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, gələcəyə ümidlə baxır. Möhkəm sabitlik ölkənin perspektiv inkişafı üçün fundamental amil rolunda çıxış edir. Açıq deyə bilərik ki, bu gün anarxiya labrintinə düşən ayrı-ayrı ölkələrə qeyri-sabitlik kənardan, məkrli güc mərkəzləri tərəfindən ixrac olunub. “Ərəb baharı”, “rəngli inqilablar” dalğasını xatırlayaq. İqtidar-xalq həmrəyliyi zəif olan bir sıra ölkələrdə insanlar “inqilab missionerləri”nin şirin vədlərinə aldandılar və öz həyatlarını, ölkələrini təhlükələrə doğru çəkdilər. Etiraf edək ki, belə məkrli niyyətlərlə biz də üzləşmişik. Ancaq xalqımızın müdrikliyinin, uzaqgörənliyinin və iqtidarla sıx həmrəyliyinin məntiqi nəticəsi olaraq respublikamızda anarxiya törətmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı özünün, ölkənin etibarlı gələcəyini daxili sabitliyin, vətəndaş-iqtidar həmrəyliyinin qorunmasında görür. Bizə kənardan gələn “canıyananlar” lazım deyil. Qarşısıalınmaz milli gücümüz həmrəyliyimizdədir, bir-birimizə, dövlətimizə, Prezidentimizə arxa, dayaq durmağımızdadır. Biz çəkici bir zindana vursaq, bütün məqsədlərimizə çatacağıq. “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycandakı müxtəlif siyasi partiyaların ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri uzunmüddətli daxili sabitliyi şərtləndirən çox mühüm amillərdən biridir. Demokratik inkişaf yolu ilə irəliləyən respublikamızda müxtəlif platformalara malik siyasi partiyaların sərbəst fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradıb. Son vaxtlarda ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində zəruri islahatlar aparılır. Hazırda parlamentdə, hökumətdə müxtəlif siyasi partiyaların təmsilçilərinin yer almaları idarəetməyə güclü impuls verib. Qəbul olunan yeni Qanun respublikamızda siyasi partiyaların funksionallığının artmasına möhkəm hüquqi zəmin formalaşdırıb. Öz növbəsində əksər siyasi partiyalar da dövlət, xalq, Vətən qarşısında məsuliyyətlərini düzgün dəyərləndirirlər və baxışları, fəaliyyət istiqamətləri fərqli olsa da, ümummilli məsələlərdə yüksək həmrəylik nümayiş etdirməyi bacarırlar. Vətən müharibəsi günlərində 50 siyasi partiyanın bəyanat qəbul edərək Prezidentin, Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etmələri bunun təsdiqidir.
Azərbaycan Liderinin dörd qızıl qaydası
Dünya ölkələrinin və Azərbaycanın təcrübəsinə istinad etməklə bir zəruri həqiqət məqamını xüsusi qeyd etməliyik. Bu, lider amilinin böyük roludur. Elə liderlər var ki, məhz onların günahı, səbatsızlığı, səriştəsizliyi, populizmi nəticəsində rəhbərlik etdikləri ölkələr siyasi bataqlığa düşür və oradan çıxa bilmirlər. Ölkəmizin dünyadakı təlatümlər dənizində sabitlik və inkişaf adasına çevrilməsi kimi müstəsna nailiyyətə məhz Liderimizin-Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunub. Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıq formalaşıb. Bu reallıq ondan ibarətdir ki, ölkədə bütün sosial təbəqələrin nümayəndələri İlham Əliyevi özünə daha yaxın sanır və ona güvənir. Yenə də məhz ölkəmizə xas olan nadir bir cəhətdir ki, Prezidentin ifadə etdiyi fikirlər, verdiyi vədlər cəmiyyətdə etalon kimi qəbul olunur və onların həyata keçiriləcəyinə heç bir şübhə yeri qalmır. Bu isə artıq milli güc anlamına gəlir. Cəmiyyətdə Prezident İlham Əliyevə olan belə sarsılmaz inam Onun imzası ilə sözünün eyni çəkiyə malik olmasının nəticəsidir. İndiyədək elə bir hal olmayıb ki, İlham Əliyev verdiyi vədin arxasından geri dönsün. Biz ən çətin məqamlarda- zəlzələlər, daşqınlar, yanğınlar, digər belə təbii fəlakətlər zamanı Prezidentin, və onunla birlikdə birinci xanım Mehriban Əliyevanın insanların köməyinə tələsdiklərinin şahidi oluruq. Prezidentin və birinci xanımın ən xoş günlərini həssas qruplardan olan vətəndaşların-qaçqın və məcburi köçkünlərin, Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların əhatəsində keçirmələri artıq bir ənənə halını alıb. Bununla İlham Əliyev və Mehriban Əliyeva cəmiyyətə humanizm dəyərləri aşılayırlar.
Prezident İlham Əliyevin uğurlu fəaliyyəti dörd qızıl qayda əsasında qurulub. Dövlətimizin başçısı bu qaydaları belə sıralayıb:
- vaxtı düzgün seçmək;
- avantüraya getməmək;
- ölkəni risk altına salmamaq;
- mümkün dərəcədə maksimum uğura nail olmaq.
Təcrübəyə, yüksək idarəçilik kriteriyalarına əsaslanan sağlam məntiqin diktə etdiyi, bir-birini tamamlayan və nəticəyə hesablanan prinsiplərdir. Dünya Azərbaycan xalqının praqmatik və xarizmatik Liderinin bu qaydaları gözləməklə ölkəsini milli hədəflərə doğru inamla apardığının şahidi olur. Açıq deyək, buna qibtə edənlər də çoxdur.
Məqsədyönlü fəaliyyətini bəhs olunan dörd qızıl qayda əsasında quran Prezident İlham Əliyev yalnız Azərbaycan cəmiyyətinin rəğbətini qazanmayıb. Milli təəssübkeşliyi, dünya azərbaycanlılarının, o cümlədən də İranda yaşayan soydaşlarımızın milli-mədəni hüquqlarının təmin olunması, ana dilinin qorunması, Qərbi Azərbaycana qayıdış kimi məsələləri gündəmə gətirməsi və qeyd olunan istiqamətlərdə fəaliyyətlər sərgiləməsi Onu həm də bütün dünya azərbaycanlılarının inam bəslədiyi Lider səviyyəsinə yüksəldib.
Eyni zamanda, bu gün biz İlham Əliyevin bütün dünyada qlobal liderlik keyfiyyətlərinə malik bir dövlət başçısı kimi tanınmasından böyük qürur duyuruq. İlham Əliyevin irəli sürdüyü bir sıra təşəbbüslər qlobal səciyyə daşıyır və dünya ölkələrində, nüfuzlu beynəlxalq qurumlarda təqdirlə qarşılanır. Biz Prezident İlham Əliyevin xarici ölkələrə səfərlərinin timsalında Onun Avropanı, sözün əsl mənasında, fəth etdiyinə sevinirik. Avropa ölkələrinin liderləri açıq mətnlə ifadə edirlər ki, bu gün qoca qitədə Azərbaycan Prezidentini çox arzulayırlar. Biz isə əlavə edirik ki, Onu yalnız Avropada deyil, dünyanın dörd bir tərəfində arzulayırlar. Bunu müxtəlif məkanlardan İlham Əliyevə ünvanlanan dəvətlər də təsdiqləyir. Dünyada yüzlərlə dövlət var. Ancaq ərazisinə və əhali sayına görə kiçik olan Azərbaycanın Lideri elə bu günlərdə qoca qitənin və hazırda bütün dünyanın təhlükəsizlik üzrə əsas dialoq platformalarından biri sayılan Münhen Təhlükəsizlik Konfransına dəvət göndərilən 40 ölkənin dövlət və hökumət başçıları sırasında yer aldı. Bu, özlüyündə xüsusi önəm daşıyan və diqqət çəkən bir məsələdir. Bundan əvvəl isə Azərbaycan Prezidenti ilk dəfə baş tutan “Avropa siyasi birliyi” Zirvə Toplantısına (Praqa), Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə görüşünə (Əlcəzair), Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə ( Səmərqənd) dəvət almışdı. Dövlətimizin başçısı həmin tədbirlərə qatılaraq ölkəmizin reallıqlarını, gündəliyimizin əsas məsələlərini geniş auditoriyaya çatdırdı.
Avropa üçün etibarlı enerji tərəfdaşı
Prezident İlham Əliyevin uğurlu idarəçiliyi respublikamızı zirvələrə yüksəldib. Hazırda Azərbaycan regional və qlobal əməkdaşlığa mühüm töhfələr verən ölkə kimi tanınır. Fevralın əvvəlində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirildi. Qürurverici haldır ki, 2015-ci ildən etibarən Avropanın enerji təhlükəsizliyi məsələləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində məhz Bakıda müzakirə olunur. Bu isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasına dəlalət edir. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni enerji strategiyası mərhələlərlə reallaşdırılır. Enerji siyasətimizin birinci mərhələsi Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının transmilli şirkətlərin iştirakı ilə işlənilməsinə başlanılması ilə əlamətdar oldu.
Ölkəmizin enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə bundan xeyli çoxdur. Bütün bunlar Azərbaycanla Avropa arasında enerji əməkdaşlığının bundan sonra da onilliklər boyunca davam edəcəyinə ciddi əsaslar yaradır.
Xatırladaq ki, ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin respublikamıza səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmin sənədi Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen imzalayıblar. Artıq Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının yol xəritəsi sayılan Memorandumun icrasına start verilib. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edibsə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetrə çatdırılıb. Cari ildə isə ölkəmizdən qoca qitəyə mavi yanacaq ixracının həcmi ən azı 11,6 milyard kubmetrədək artırılacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Əlamətdar haldır ki, Azərbaycanın Avropada qaz tədarük etdiyi ölkələrin coğrafiyası da genişlənir.
Hazırda Azərbaycan özünün uğurlu enerji siyasətinin üçüncü mərhələsinə start verib. Bu mərhələ ölkəmizdə bərpaolunan mənbələrdən yaşıl enerji istehsalını həyata keçirmək və onun Avropa istehlakçılarına ötürülməsini təmin etməklə bağlıdır. Beləliklə, perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpaolunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə isə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Ölkəmiz artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir.
Azərbaycanda bərpaolunan mənbələrdən alınan enerjinin Avropaya ötürülməsi ilə bağlı yeni dəhlizin yaradılması istiqamətində işlərə də start verilib. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya çatdıracaq.
Qalib dövlət
Əlbəttə, Prezident İlham Əliyevin idarəçilik sükanının arxasında olduğu son 19 ildə Azərbaycan çoxlu sayda uğurlara imza atıb. Bir yazı daxilində onların hamısını sadalamaq sadəcə, mümkün deyil. Yalnız Azərbaycanın gündəliyinin mərkəzində dayanan bir məsələnin həllini tapmasının nümunəsində Prezidentin müəyyənləşdirdiyi uğurlu idarəçilik formulunun nə qədər həyati və effektiv olduğunu görə bilərik. Bəhs etmək istədiyimiz məsələ ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərin tribunalarından dünyaya bəyan edib ki, Qarabağ artıq tarixdir və burada müzakirə olunası bir məsələ yoxdur.
Bəli, biz Azərbaycanın uğur formulunun saat mexanizmi kimi dəqiq işlədiyini ölkənin ərazi bütövlüyünün təmin olunmasının timsalında bir daha izlədik. Bu məsələ təxminən üç onillik ərzində respublikamızın gündəliyinin əsas prioriteti olmuşdu. Ölkənin hər bir vətəndaşı zorla işğala məruz qalan torpaqlarımızın geri qaytarılması arzusu ilə yaşayıb nəfəs alırdı, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Müxtəlif baxış bucağından dəyərləndirdikdə keçmiş Dağlıq Qarabağ probleminin həlli çox çətin görünürdü. Ayrı-ayrı beynəlxalq təşkilatlar və güc mərkəzləri işğalçı Ermənistana havadarlıq edir, onun başının üstünə çətir tuturdular. İşğalçı Ermənistana loyal münasibət, bu ölkəyə qarşı məcburetmə tədbirlərinin görülməməsi beynəlxalq miqyasda hüququn işləməməsinin, təcavüz faktına münasibətdə ikili standartların tətbiqinin ən bariz nümunələrindən biri idi. Müxtəlif müstəvilərdə İlham Əliyevə təzyiqlər edilirdi ki, Qarabağ problemi gündəlikdən çıxardılsın, işğal məhsulu olan keçmiş status kvo qorunub saxlanılsın. Ölkə daxilində isə ayrı-ayrı qruplar Qarabağ münaqişəsinin həllinin uzanmasını hakimiyyətə qarşı təzyiq vasitəsinə çevirməyə çalışırdılar. Prezident İlham
Əliyev isə nə xaricdən gələn təzyiqlərə, nə də ölkə daxilindəki özlərini müxalifət adlandıran qrupların çabalamalarına məhəl qoymadı. Özünün müəyyənləşdirdiyi və müxtəlif taleyüklü ümummilli məsələlərin həllində sınaqdan çıxartdığı uğur formuluna uyğun davranışlar ortaya qoydu, heç bir halda avantüraya getmədi. Düşmənə əsas həmləni vurmaq, xalqına qalibiyyət sevincini yaşatmaq, həm də ata vəsiyyətini yerinə yetirmək üçün uyğun zamanın gəlməsini gözlədi. Müzəffər Liderin gözlədiyi, hazırlaşdığı, xalqımızı, gənclərimizi addım-addım yaxınlaşdırdığı seçim zamanı gəlmişdi. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə bütün keçmiş təmas xətti boyunca qətiyyətli əks-hücum əməliyyatı başladı. Bu həmlə o qədər güclü, yenilməz idi ki, düşmən cəmi 44 gündən sonra kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. İlham Əliyevin təbirincə desək, hər şeyin öz vaxtı var. Bir il qabaq tez idi, bir il sonra isə gecikə bilərdik...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49

