Maraqlar Cənubi Qafqazda uzlaşır...
07.03.2023 [10:09]
ABŞ və Aİ sülh gündəliyinə dinamiklik qazandıracaq?
Son dövrlərdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması prosesi yenidən aktuallıq qazanıb. Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən görüşlər, səsləndirilən fikirlər bunu deməyə əsas verir. Qalib ölkə olaraq təbii ki, Azərbaycanın mövqeyi və şərtləri sülh gündəliyini müəyyənləşdirən vasitəçilər üçün mühüm amildir. Bunun nəticəsidir ki, son günlərdə bununla bağlı regionda mühüm dinamizm müşahidə olunmaqdadır. Ötən ayın sonunda vasitəçi tərəflərdən biri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov patyxtımıza gəlmişdisə, son iki gündə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun səfərləri yadda qalan olub. T.Klaar tviter səhifəsində bu barədə yazıb: “Yenidən Bakıdayam. Münhendəki görüşlərdən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə substantiv görüşləri səbirsizliklə gözləyirəm. Bu gün baş verən ölümcül hadisə sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda irəliləyişin vacibliyini vurğulayır”.
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün təmin edilməsinin tərəfdarıdır”. Onun sözlərinə görə, ABŞ sülh prosesinə dəstək verir. “Sülh müqaviləsi dayanıqlı olmalıdır. Onun təşəbbüskarı ABŞ və ya digər dövlətlər deyil, tərəflərin özləri olmalıdır. Bizim məqsədimiz tərəflər arasında ünsiyyəti təmin etməkdir”, - baş müşavir bildirib.
L.Bono Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyi barədə xəbərdar olduğunu qeyd edib. Bununla belə, onun fikrincə, vasitəçilik formatından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin baş müşaviri Bakıda görüşlər keçirdikdən sonra İrəvana yola düşəcək.
“Güclər” birləşir
İstər Aİ-nin, istərsə də ABŞ proseslərin inkişafı ilə bağlı reallığı görür - iki ilə yaxındır ki, davam edən münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkənin ikiüzlü siyasət aparması, bəzən ermənipərəst ölkələrin arxasında gizlənmək arzusu və bu yolla da hansısa “üstünlük” qazanmaq cəhdləri prosesin yekunlaşmasına mane olur. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən danışan Ermənistan nəticədə üçtərəfli Bəyanata və bu Bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Əksinə, Azərbaycan torpaqlarında hələ də mövcud olan erməni silahlı birləşmələri vaxtaşırı müəyyən təxribatlar törədir və bu da sülh prosesinin uzanmasına gətirib çıxarır. Artıq Ermənistanla ciddi danışmağın vaxtı çatıb - həm Aİ-nin, həm də ABŞ-ın rəsmi dairələrinin son mövqelərinə diqqət yetirdikdə bu amili görmək mümkündür. Başqa sözlə, artıq mövcud vəziyyətin uzanmasına qarşı adekvat addımlar atılır - ABŞ ilə Aİ-nin maraqları uzlaşır. Təbii ki, burada bir çox nüanslar mövcuddur. Amma ən əsası Azərbaycanın regionda yaratdığı yeni iqtisadi reallıqlardır ki, bu da birbaşa qarşılıqlı olaraq Qərb-Şərq münasibətlərinin normallaşmasına xidmət göstərə bilər. ABŞ-ın nümayəndəsinin Bakıya növbəti səfəri isə Ağ Evin prosesdə dinamikliyi təmin etmək arzusunu da ortaya qoyur.
Ən mühüm ştrixlər Brüssel formatında əldə edilib...
Bu baxımdan, ABŞ-ın da proseslərə son dövrlərdə aktiv müdaxiləsi öz sözünü deyir. Maraqların qarşılıqlı uzlaşdırılması isə yeni formatların yaradılmasına ehtiyac qoymur - Brüssel formatı ABŞ üçün də məqbuldur. Xatırladaq ki, bir müddət öncə Ağ Evin Dövlət Departamentinin sözçüsü Ned Prays da bildirmişdi ki, ABŞ prosesin Brüssel formatında inkişafını dəstəkləyir. Ondan öncə isə ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu açıqlamışdı. Fevralın 18-də isə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilmişdi. Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasdakı çıxışında qeyd etmişdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır: “Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır”.
Yəni, ABŞ ilə Aİ-nin Brüssel formatında vahid mövqedən çıxış etməsi Azərbaycanın da maraqlarına xidmət göstərir. Çünki indiyə qədərki danışıqlar prosesində ən mühüm ştrixlər məhz Brüssel formatında əldə edilib.
Azərbaycan sülhə sadiqdir - Cənubi Qafqaz diqqət mərkəzindədir
Danışıqlar prosesində Brüssel xətti xüsusi olaraq diqqəti cəlb edir -bu sülh gündəliyi bir neçə istiqamətdə mühüm nüansları özündə əks etdirmişdi. Məsələn, Brüssel danışıqlarında müzakirə olunan və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olur. Xatırladaq ki, bu 5 təməl prinsip imzalanacaq sülhün əsas istinadgahıdır - buraya dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktorlar daxildir. Bundan başqa, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu məsələlər isə həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır.
Bu proses vasitəsilə ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini diqqətdə saxlaması, sülh gündəliyinin davamlı olması üçün atdığı addımlar da təqdirəlayiqdir. Bu hal, eyni zamanda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesin qlobal miqyasda da diqqət mərkəzində olduğunu deməyə əsas verir.
Pərviz
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10

