Ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər!
20.04.2023 [10:09]
Dünyanın gözü önündə iki fərqli nümunə var: Azərbaycan və Ermənistan. Azərbaycan müharibənin qalib tərəfidir. Ancaq qalib statusuna baxmayaraq heç bir ilkin şərt diktə etmədən müharibə səhifəsini bağlamaq, gələcəyə baxmaq, Ermənistanla beynəlxalq prinsiplər əsasında sülh müqaviləsi imzalamaq istəyir. Ölkəmizin yaratdığı yeni reallıqlar 30 il müharibədən əziyyət çəkən regionun nəhayət, sabitliyə qovuşması, burada uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün unikal bir fürsətdir. Məğlub Ermənistan isə hələ də revanşizm əhval-ruhiyyəsindən qurtula bilməyib. 44 günlük müharibədə ordusu tar-mar olan bu ölkə manipulyasiyalara əl atmaqla, şərti sərhədlər boyunca təxribatlar törətməklə, öz ərazisinə müxtəlif missiyaları dəvət etməklə sülh prosesinə maneələr yaradır. Azərbaycanla Ermənistanın digər fərqi də bayrağa münasibətdir. Bayraq hər bir ölkədə əsas dövlət rəmzlərindən biri sayılır. Gərək, qəlbində Vətən, xalq sevgisi, şüurunda dövlət anlayışı yaşadan hər kəs həm öz ölkəsinin, həm də başqa dövlətlərin bayrağına hörmətlə yanaşsın.
Azərbaycan bayrağı uca dağlar başında
Müstəqil Azərbaycanın ay-ulduzlu üçrəngli bayrağı yaşından, cinsindən, sosial statusundan və yer üzünün hansı yerində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların hər zaman başlarının üstündə görmək istədikləri rəmzlərdən biridir. Bu bayraq hər birimizin “mənliyinə”, “kimliyinə” çevrilib. Onu başımız üstündə dalğalandıranda qəlbimiz sonsuz iftixar hissi ilə dolur, özümüzü güclü, yenilməz və bəxtəvər sanırıq. Bayrağa olan sevgimiz canımıza, qanımıza işləyib. Bu sevgi dəniz, okean qədər hüdudsuzdur. Üçrəngli bayrağımız bizi həmişə öz arxasınca aparır. 2020-ci ildə 44 günlük Vətən savaşında bütün dünya bayrağımızın cazibə qüvvəsinin şahidi oldu. Müzəffər Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin, arxa cəbhədə Orduya bacardığı dəstəyi verən milyonlarla insanın yeganə arzusu, diləyi üçrəngli bayrağımızın üç onillik ərzində işğal altında qalan şəhər və kəndlərdə dalğalanmasını görmək idi. Ordumuzun əsgər və zabitləri bayrağımızı öpərək, onu qatlayıb ürəklərinin başına qoyaraq döyüşlərə gedirdilər və ondan mənəvi güc alaraq düşmənə aman vermirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən qəhrəman hərbiçilərimiz 44 günlük müharibənin sonunda ay-ulduzlu bayrağımızı 300-dən çox azad edilmiş şəhər və kəndlərin üzərində dalğalandırmağa nail oldular. Bu sırada mənəviyyat paytaxtımız sayılan Şuşanın da yer alması son dərəcə qürurvericidir. Döyüşlərdə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə öhdəliklər götürmək məcburiyyətində qaldı. Həmin öhdəliklərə uyğun olaraq düşmən sonrakı mərhələdə Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz geri qaytardı. Müqəddəs bayrağımız həmin məkanlarda da ucaldıldı.
Bayrağımızın ucaldığı məkanların sayı getdikcə artır. İgid hərbiçilərimiz postmüharibə mərhələsində də düşmənin təxribatlarının qarşısını məharətlə alaraq bayrağımızı həm Qarabağda, həm də iki ölkə arasındakı şərti sərhədlər boyunca yeni yüksəkliklərdə dalğalandırdılar. Bir vaxtlar havadarlarının dəstəyi ilə ərazilərimizi işğal altına alan ermənilər indi uca zirvələrdə, dağların başında ucalan Azərbaycan Bayrağını görəndə vahiməyə düşürlər. Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bayrağımızın Qarabağda dalğalanmasının bizə sonsuz qürur bəxş etdiyini diqqətə çatdıraraq bildirib: “Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar”.
Separatçılara sərt mesaj: Ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da çıxıb gedəcəklər
İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, xaricdən ona dəstək verən ölkələr və qüvvələr Azərbaycanın iradəsini, qətiyyətini və gücünü görüblər. Məlumdur ki, Ermənistan üçtərəfli Bəyanatın şərtlərini pozaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərindən hərbi birləşmələrini hələ də tam şəkildə çıxartmayıb. Məğlub ölkə ərazilərimizə gizli yollarla silah-sursat keçirməyə cəhdlər göstərir. Eyni zamanda, həmin ərazilərdə “lövbər” salan separatçılar müxtəlif ssenarilər uydururlar. İflasa uğrayan R.Vardanyan layihəsini xatırlayaq. Özlərini separatçıların “liderləri” adlandıranlar tez-tez Ermənistandan, Fransadan təlimatlar almağa gedirlər və absurd iddialar səsləndirirlər. Ancaq Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar bilməlidirlər ki, bu yerlərin sahibləri azərbaycanlılardır və biz ərazilərimizdə kimlərinsə at oynatmasına imkan verməyəcəyik. Prezident İlham Əliyevin vurğuladığı kimi, separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. “Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə”, - deyə dövlətimizin başçısı bildirib.
Ermənilərin bayraq rəzilliyi
Bu günlərdə Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında dünya idman tarixində qara bir ləkə kimi qalacaq hadisə yaşanıb - açılış mərasimində Azərbaycana qarşı rəzillik edilib. Belə ki, bayraqların paradında Azərbaycan Bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb. Sonradan bu şəxsin çempionatın təşkilatçıları sırasında yer alan Aram Nikolyanın olduğu üzə çıxıb. Oxşar hadisə çempio?atın sonrakı günlərində də yaşanıb. Bu dəfə yarışın keçirildiyi zalın tavanından Azərbaycan və Türkiyənin cırılmış bayraqları asılıb.
İrəvanda mötəbər idman tədbirində Azərbaycan Bayrağını yandırmaqla , Türkiyə Bayrağına hörmətsiz yanaşmaqla ermənilər bir bayraq rəzilliyi yaşadılar. Müharibədə bayrağı əsgərlərimizin ayaqları altında tapdanan ölkənin bir vətəndaşı qalib ölkədən qisas almağın yolunu idman yarışında bayrağı yandırmaqda görür. Utanvericidir, deyilmi! Əgər erməni gəncləri belə vətənpərvər və milli təəssübkeşdirlərsə, nə üçün döyüş meydanlarında silahlarını və postlarını qoyub qaçırdılar? 44 günlük müharibədə Ermənistan ordusunun 11 min üzvü fərarilik edib. Elə bayrağımızı yandıran Aram Nikolyanın özü də fəraridir. Ermənistan mətbuatının yaydığı məlumatlara əsasən, o, çağırış vərəqəsi alsa da, gizlənərək səfərbərlikdən yayınıb. Onu buna görə həbsə alacaqdılar. Son anda “gizli əl” Aram Nikolyanı həbsdən xilas edib. Bu “gizli əl”in isə baş nazir Nikol Paşinyanın həyat yoldaşı olduğu bildirilir. Ermənistan liderinin arvadı Anna Akopyanla dırnaqarası qəhrəmanı uzun illərin sıcaq münasibətləri bağlayır. A.Akopyanın məhz Aram Nikolyanın dizayn etdiyi paltarlarla bəzənib-düzəndiyi gələn xəbərlər sırasındadır.
Baş verənlər Ermənistan dövlətinin mahiyyətini və Ermənistan cəmiyyətinin xislətini əks etdirir. O qənaəti ifadə edə bilərik ki, Ermənistan dövlət və cəmiyyət olaraq bütünlüklə azərbaycanafobiya və türkofobiya xəstəliyinə düçar olub. Bu xəstəliyi metastaz verən şişlə müqayisə edə bilərik. Bəd “xassəli şiş” onilliklərdir ki, bu ölkənin cəmiyyətini daxildən çürüdür.
İrəvanda keçirilən mötəbər çempionatın açılış mərasiminə Ermənistanın baş naziri Nikol Paşinyan və digər yüksəksəviyyəli rəsmiləri də qatılmışdılar. Bayraq rəzaləti onların gözü qarşısında yaşanıb. Bu, bayraq rəzalətində Ermənistan hakimiyyətinin də əli olduğu qənaətini ifadə etməyə əsas verir. “Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir?
Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir”, - deyə Prezident İlham Əliyev bildirib.
İrəvanda Türkiyə Bayrağı dalğalandı
Ermənilərin bayraq rəzilliyinə rəğmən, Türkiyənin Bayrağı İrəvanda dalğalandı. Bu, çempionata qatılan Türkiyə idmançılarının əzmkarlığı və peşəkarlığı sayəsində mümkün oldu. Belə ki, 45 kiloqram çəki dərəcəsində çıxış edən Cansu Bektaş rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağır atletika üzrə Avropa çepionatında qardaş ölkənin adına daha bir qızıl medalı 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör qazandırıb. O, toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub. Türkiyədən olan digər bir idmançı - Qamze Altun isə gümüş medala sahiblənib. Əlamətdar haldır ki, hər üç idmançı yarışlarda qazandıqları qələbələri azərbaycanlı qardaşlarına həsr etdiklərini bildiriblər. Prezident İlham Əliyevin bildirdiyi kimi, nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Türk dünyasının hər bir övladı belə olmalıdır. “Bu, bir daha bizim birliyimizi göstərir, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar”, - deyə Prezident İlham Əliyev qürurla bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

