Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Nizam qaydalarını Bakı müəyyənləşdirir

Nizam qaydalarını Bakı müəyyənləşdirir

26.04.2023 [11:21]

Azərbaycandan regional təhlükəsizliyə növbəti töhfə...

Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi şəffaf və nizamlanan keçid üçün müvafiq şərait yaradacaq

2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan ötən 3 ilə yaxın dövr ərzində regional təhlükəsizlik arxitekturasının formalaşdırılması yönündə mühüm addımları ilə seçldi. Bütün sferalarda əməkdaşlığa əhəmiyyət verən Azərbaycan üçün əsas məsələ təhlükəsizliyin təmin edilməsi, irəliləmə prosesində olan sülh gündəliyinin təhdid altına düşməməsi, eyni zamanda, özünün ərazi bütövlüyünün hər hansı bir müzakirə obyektinə çevirilməməsi və suveren ərazilərinə nəzarəti gücləndirməkdən ibarətdir.

Bu mənada, atılan son addım, Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması olduqca böyük əhəmiyyət  kəsb edir. Bəlli olduğu kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Azərbaycan nəzarət edəcək...

Azərbaycan dövləti 44 günlük müharibədə qələbə əldə etməklə həm də qalib dövlət statusu qazındı - hər zaman sülhpərvər mövqeyini qoruyan, sabitliyi dəstəkləyən ölkəmiz yalnız Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizə aparırdı. Azərbaycan dövləti heç bir zaman işğalçı ideologiyaya malik olmayıb və bu fakt müharibə dövründə də özünü açıq şəkildə ortaya qoydu. Azərbaycan dövləti yalnız özünün ərazi bütövlüyünü bərpa etdi.

Məğlubiyyətini kapitulyasiya imzalamaqla təsdliq edən Ermənistan isə Azərbaycanın humanist münasibətindən sui-istifadə etməyə çalışır. Artıq 3 ilə yaxındır ki, imzalanan üçtərəfli bəyanatın müvafiq bəndləri yerinə yetirilmir. Əksinə, Ermənistan Laçın - Xankəndi yolu vasitəsilə Qarabağdakı silahlı tör-töküntülərinə sursat daşımağa cəhd göstərir. Dəfələrlə bununla bağlı xəbərdarlıqlar edilsə də, Ermənistan bu yoldan çəkinmir. Hətta həmin silahlarla Azərbaycana qarşı təxribatlar belə törədilir. Bu mənada, həmin sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm əhəmiyyət daşıyır. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edəcək.

Bu faktı Azərbaycan XİN-in yaydığı məlumatlar da təsdiqləyir. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadə etməsi və bunun nəticəsində təhlükəsizlik təhdidləri səbəbindən iki ölkənin sərhədində sərhəd-keçid məntəqəsi yaradıb. “Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq”, - A.Hacızadə qeyd edib.

Reinteqrasiya güclənəcək...

Ümumiyyətlə, son proseslər onu göstərdi ki, Qarabağda yaşayan erməni vətəndaşlarımız Azərbaycana reinteqrasiyanın tərəfdarıdır. Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası dövründə bu fakt əyani şəkildə sübut olundu. Bu da təsadüfi deyil. Torpaqların işğaldan azad olunmasından ötən iki ildən artıq dövr ərzində dövlətimizin apardığı meqafəaliyyət göz önündədir. Qısa zaman kəsiyində bir sıra kəndlərin yenidən qurulması, mühüm infrastrutkurların yaradılması, hətta yeni hava limanlarının, yol qovşaqlarının çəkilməsi bütün dünyanı heyrətə gətirdi. Təbii ki, bu inkişaf, bu fəaliyyət ilk növbədə Azərbaycanın öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Bununla yanaşı, görülən bu işlər həm də Qarabağda yaşayan ermənilər tərəfindən müşahidə olunur. Həmin insanlar məğlub, siyasi və iqtisadi böhrandan xilas ola bilməyən Ermənistandan fərqli olaraq Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi dəyəri və qiyməti görür. Ermənistan hakimiyyətinin qeyri-səmimi davranışları, iqtisadi gücsüzlük, verilən vədlərin quru sözdən uzağa gedə bilməməsi, yalnız şantaj və hədə-qorxu vasitələrindən istifadə etməyə çalışması, silahlı qarşıdurmaları dəstəkləməsi Qarabağda yaşayan erməniləri prosesi düzgün qiymətləndirməsinə şərait yaradır. Beləliklə də, Ermənistan və onun tör-töküntülərinin Qarabağda yaşayan ermənilər üzərində təsir imkanları itir. Bu isə reinteqrasiya prosesinin inkişafına yeni imkanlar qazandırır.

Ermənilər yeni  təxribatlar axtarışındadır

Təsadüfi deyil ki, Ermənistan hazırda bu məsələ üzərindən özünün “təxribat-təbliğat” maşınını işə salıb. Onlar prosesi fərqli məzmunlarda və istiqamətlərdə “izah etməyə” çalışsalar da, bunun xeyri olmur. Məsələn, erməni mətbuatı yazır ki, Azərbaycanın Laçın yolunda qurduğu nəzarət-keçid məntəqəsində yüklərlə yanaşı, pasport yoxlanışını da həyata keçiriləcək. “Hraparak” nəşri yazır ki, hələ bir neçə ay öncə Laçın yolunda rentgen cihazlarının quraşdırılması ilə bağlı Bakının istəyi qəbul olunmuşdu: “Məqsəd üç tondan artıq yüklərin daşınmasının qarşısını almaq idi. Bundan sonra baqajların yoxlanılması həyata keçirilirdi. Azərbaycan tərəfi prosesi onlayn rejimdə izləyirdi. Artıq nəzarət-keçid məntəqəsi qurdular.

Bu məntəqədə təkcə yük maşınlarının yoxlanılması yox, həm də pasportların yoxlanılması da həyata keçiriləcək və bunu birbaşa azərbaycanlı hərbçilər edəcəklər. Bu o deməkdir ki, Qarabağdakı erməni əhalisi ya ərazini tərk edəcəklər, ya da Azərbaycanın istədiyini qəbul edəcəklər. Bu, yaxın aylarda baş verəcək”, -deyə nəşr yazır.

Azərbaycanın mövqeyi isə şəffaf və demokratikdir. Ölkəmiz aylardır ki, Qarabağda yaşayan ermənilərlə əlaqələrin inkişafında maraqlı olduğunu ortaya qoyur. Bu sərhəd nəzarət-buraxılış məntəqəsi isə təhlükəsizliyin daha rahat və dəqiq təmin edilməsinə şərait yaradacaq. Azərbaycanın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında da göstərildiyi kimi, üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Bu nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Azərbaycan tərəfi, Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir.

Qarabağda yaşayan ermənilər reallıqları qəbul edirlər

Yerləşdiyi regionun lider dövləti Azərbaycan növbəti dəfə özünün qüdrətini nümayiş etdirdi - regionun aparıcı güc mərkəzi olaraq həm də nizam qaydalarını Bakı müəyyənləşdirir. Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin təmini isə Azərbaycanın qarantı altındadır. Bu proses artıq başlayıb. Sərhəddə nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması isə regionun siyasi reallqlarının dəyişdiyi kimi, Qarabağda yaşayan ermənilərin də reallıqları qəbul etdiyinin göstəricisidir. Onlar dərk edirlər ki, Azərbaycan dövləti tarixi ədalətsizliyə son qoyaraq öz ərazi bütövlüyünü təmin edib. Bu isə Qarabağ ermənilərinin gələcəyi üçün də mühüm bir amildir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31