Azərbaycan Lideri sübut etdi...
27.04.2023 [10:00]
Avropa rəsmiləri etiraf edirlər
Son vaxtlarda Prezident İlham Əliyevin xarici ölkələrin liderləri və digər yüksək səviyyəli rəsmiləri ilə təmasları daha da intensivləşib. Dövlətimizin başçısı həm Bakıda müxtəlif ölkələrdən respublikamıza təşrif gətirən çoxsaylı qonaqları qəbul edir, həm də özü tez-tez qonşu və uzaq xarici ölkələrə səfərlərə gedir. Bu görüşlərdə və səfərlərdə, təbii ki, regional və qlobal gündəliyin aktual məsələləri müzakirə edilir və yeni əməkdaşlıq münasibətlərinin təməli qoyulur. Diqqəti çəkən başqa bir önəmli məqam isə beynəlxalq səviyyədə, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanında Azərbaycanın Liderinə böyük hörmət və ehtiram göstərilməsidir.
Milli maraqlara və bəşəri dəyərlərə əsaslanan siyasət
Ölkələrin uğurları yalnız onların təbii resursları ilə şərtlənmir. Biz neft, qaz və digər sərvətlərlə zəngin olan çoxlu sayda ölkə sadalaya bilərik. Lakin onların heç də hamısı daxili və xarici siyasətdə uğur qazana bilməyiblər. Ölkələrin siyasətinin düzgün məyyənləşdirlməsində lider amili müstəsna önəm daşıyır. Bu mənada Azərbaycanı şanslı ölkə saymaq mümkündür. Zəngin iqtisadi potensial respublikamıza böyük üstünlüklər qazandırır. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın potensial imkanlarını çox məharətlə istiqamətləndirir. Dövlətimizin başçısı dəfələrlə bildirib ki, ölkənin, xalqın milli maraqları Onun üçün birinci yerdə dayanır. Prezident İlham Əliyev məhz milli maraqlardan çıxış etməklə, cəmiyyətin sosial sifarişlərini nəzərə almaqla qarşıda duran yaxın və uzaq hədəfləri müəyyənləşdirir. O heç vaxt populist vədlər vermir. Ancaq verdiyi vədləri də həmişə yüksək səviyyədə yerinə yetirir. Prezident İlham Əliyev zamanın nəbzini tutan, apardığı siyasətdə yeni çağırışları nəzərə alan və qərarları zamanında verməyi bacaran bir Liderdir. Dövlətimizin başçısı Öz nümunəsində dəfələrlə təsdiqləyib ki, Lider həm də dözüm və səbir nümayiş etdirməyi bacarmalıdır. Bu və digər keyfiyyətləri sayəsində cənab İlham Əliyev Azərbaycan xalqının yüksək etimad göstərdiyi, inandığı, gələcəyini də Onunla bağladığı Lider səviyyəsinə yüksəlib. Biz müşahidə edirik: Ayrı-ayrı ölkələrdə dövlət başçısı seçilən siyasətçilər bir sıra hallarda çox az vaxt ötəndən sonra öz populyarlıqlarını itirirlər. Prezident İlham Əliyevin timsalında isə mənzərə fərqlidir - Onun reytinqi həmişə zirvədədir.
Prezident İlham Əliyevin liderlik keyfiyyətləri Ona, həmçinin ölkə hüdudlarından kənarda da böyük hörmət və rəğbət qazandırıb. Dünyanın müxtəlif regionlarında Azərbaycan Prezidentini gözləyirlər və Onunla regional və qlobal gündəliyin ən aktual məsələləri ətrafında diskussiyalar aparırlar. Deyə bilərik ki, Prezident İlham Əliyev son vaxtlarda Avropanı fəth edir. Ayrı-ayrı ölkələrin liderlərinin Azərbaycanın dövlət başçısının “qoca qitə”də ən arzuedilən şəxslərdən biri olduğunu etiraf etmələri son dərəcə qürurvericidir.
Bəli, Azərbaycan öz ərazisinə görə kiçik ölkədir. Ancaq Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində respublikamız böyük Avrasiya coğrafiyasında əməkdaşlığa və təhlükəsizliyə sanballı töhfələr verən ölkə səviyyəsinə yüksəlib. Cənab İlham Əliyevin fəaliyyəti milli çərçivə ilə məhdudlaşmır, həm də bəşəri məzmun daşıyır. Prezident İlham Əliyev qlobal risklər fonunda Özünün birləşdirici ideyalarını diqqət mərkəzinə gətirir. Son illərdə dünyada gedən təlatümlü, bir sıra hallarda kədərli proseslər və meydana çıxan çağırışlar beynəlxalq həmrəyliyin zəruriliyini həmişəkindən daha artıq dərəcədə önə çıxarıb. Prezident İlham Əliyevin yanaşması belədir ki, qlobal təhdidlərə ancaq qlobal həmrəyliyi gücləndirməklə qalib gəlmək mümkündür. Dövlətimizin başçısının səyləri sayəsində Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri oldu. Azərbaycan Liderinin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi və səmərəli müzakirələr aparıldı. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdı, həmçinin çox sayda ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərdi.
Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır
Prezident İlham Əliyevin aprelin 25-də Bolqarıstana baş tutan uğurlu işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə növbəti dəfə dövlətimizin başçısına xüsusi rəğbət və hörmət ifadə olundu. Xəbər verildiyi kimi, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Həmin tədbirdə Avropa Komissiyasının və ayrı-ayrı ölkələrin yüksəksəviyyəli rəsmiləri Azərbaycanın “qoca qitə” üçün etibarlı tərəfdaşa çevrilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi olaraq vurğulayıblar. Açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radev tədbirə xüsusi qonaq qismində qatıldığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək vurğulayıb: “Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu”.
İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənilib. Xanım Kadri Simson imzalanmış Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğulayıb, bu məsələdə Azərbaycanın roluna toxunaraq deyib: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir”.
Hazırda Azərbaycanın Avropanın mavi yanacaq təchizatında rolunun artması Prezident İlham Əliyevin strateji baxışlarının nəticəsində mümkün olub. Zamanında respublikamızla bu sahədə əməkdaşlığa həvəs göstərən ölkələrin və beynəlxalq təşkilatların sayı çox deyildi. Çünki qaz istehsalında gəlirlilik neft müqavilələri ilə müqayisədə xeyli aşağı idi. Ancaq Prezident İlham Əliyev zamanı qabaqlayaraq ölkəmizin enerji dialoqunda ikinci mərhələnin reallaşdırılmasına, o cümlədən də müasir nəql infrastrukturu olan Cənub Qaz Dəhlizi ətrafında komanda formalaşdırmağa nail oldu. Dövlətimizin başçısının qətiyyət və müdriklik göstərərək reallaşdırmağa nail olduğu qaz layihələrinin Avropa üçün önəmi hədsiz dərəcədə böyükdür. Bunu Avropa dövlətlərinin yüksəksəviyyəli rəsmiləri də etiraf edirlər. Tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan Avropaya qazın idxalı məsələsini vurğulayaraq, bu marşrutun Avropa üçün önəmini xüsusi qeyd edib: “Mərkəzi Avropada şaxələnmə məsələsinə gəldikdə ən yaxşı, ən real və ən səmərəli həll yolu qazı Azərbaycandan idxal etməkdir. Buna heç bir şübhəmiz yoxdur. Biz özümüzə, ən azından özümüzə düzünü deməliyik”.
Digər belə etiraf isə Slovakiyanın iqtisadiyyat naziri Karel Hirmandan gəlib. Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığının yeni erasının yaranacağına əminliyini ifadə edən Slovakiyadan olan nazir bildirib: “Mən ittifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın yeni neft layihələrini xatırlayıram. Mən Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında cənab Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlayıram. İnanıram ki, biz indi qaz idxalı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik. Çünki Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06

