“Qarabağ AZƏRBAYCANDIR!”
04.05.2023 [09:34]
Bu reallığı hər kəs görür, anlayır və qəbul edir...
2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Regional təhlükəsizlik arxitekturasının formalaşdırılması yönündə mühüm addımları ilə seçilən və bütün sferalarda əməkdaşlığa əhəmiyyət verən Azərbaycan üçün əsas məsələ irəliləmə prosesində olan sülh gündəliyinin təhdid altına düşməməsi, eyni zamanda, özünün ərazi bütövlüyünün hər hansı bir müzakirə obyektinə çevirilməməsi və suveren ərazilərinə nəzarəti gücləndirməkdən ibarətdir.
Bu mənada, atılan son addım, Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması olduqca böyük əhəmiyyət kəsb edir. Bəlli olduğu kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Azərbaycanın humanist mövqeyi sülh və sabitliyə əsaslanır...
Azərbaycan dövləti 44 günlük müharibədə qələbə əldə etməklə həm də qalib dövlət statusu qazanıb və hər zaman sülhpərvər mövqeyini qoruyub, sabitliyi dəstəkləyib. Ötən dövrdə aparılan danışıqlar prosesi zamanı Azərbaycanın nümayiş etdirdiyi humanist mövqe də bunu sübut edir. 10 noyabr üçtərəfli ?əyanatından ötən dövr ərzində Azərbaycan dəfələrlə Ermənistana üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün müraciət edib - qarşı tərəf isə yenə də öz ampluasında qalıb. Silahlı dəstələr Azərbaycanın suveren ərazilərindən çıxarılmayıb, Naxçıvanla quru yolun təmin edilməsi ləngidilir, üstəlik Laçın - Xankəndi yolu vasitəsilə həmin silahlılara qeyri-qanuni şəkildə sursat daşınır. Bir sözlə, məğlubiyyətini kapitulyasiya imzalamaqla təsdiq edən Ermənistan Azərbaycanın humanist münasibətindən sui-istifadə etməyə çalışır. Dəfələrlə bununla bağlı xəbərdarlıqlar edilsə də, Ermənistan bu yoldan çəkinmədi. Hətta həmin silahlarla Azərbaycana qarşı təxribatlar belə törədildi. Bu mənada, həmin sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm əhəmiyyət daşıyır. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edəcək.
Ermənistan “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir
Sülh gündəliyi ilə bağlı aparılan danışıqlar isə günün ən aktual mövzusudur - görünən budur ki, vasitəçilər sülh gündəliyini Azərbaycanın mövqeyi ilə uzlaşdırırlar. Ermənistana isə sonda bu qərara imza atmaq düşəcək. Rəsmi İrəvan nə qədər çalışsa da, başqa yolu yoxdur - İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişib. Artıq Laçın-Xankəndi yolundakı sərhəd buraxılış məntəqəsi bütün reallıqları hər kəsə nümayiş etdirib. Prezident İlham Əliyev ötən ay Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdi ki, Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib: “Yəni, qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”.
“Stepanakert” yox, XANKƏNDİ...
Vurğulanmalıdır ki, Ermənistan artıq bu reallığı qəbul edib. Təbii ki, sözügedən sərhəd buraxılış məntəqəsinin formalaşdırılması Azərbaycanın suveren hüququdur. Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.
Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövluyünü tanıyır - bunu həm ötən ilin oktyabrında Praqada, həm də Soçidə rəsmən bəyan etmişdi. Beləliklə, Ermənistanın bu gün hansısa xəyallar qurması və ya “yardım üçün” kimlərəsə müracitələr etməsi artıq “zəhmətdir”. Artıq həmin sərhəd -buraxılış məntəqəsindən keçən Azərbaycanın erməni əsilli vətəndaşlarına da izah olunur ki, onlar Xankəndidən gəlirlər və ya Xankəndiyə gedirlər. Bir sözlə, həm Qarabağ ermənilərinə, həm də bütövlükdə, Ermənistana bir daha sübut edilir ki, “Qarabağ Azərbaycandır!”
Bu, reinteqrasiyanı gücləndirəcək...
Ümumiyyətlə, son proseslər onu göstərir ki, Qarabağda yaşayan erməni vətəndaşlarımız Azərbaycana reinteqrasiyanın tərəfdarıdır. Hələ Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası dövründə bu fakt əyani şəkildə sübut olunmuşdu. Bu da təsadüfi deyil. Torpaqların işğaldan azad olunmasından ötən iki ildən artıq dövr ərzində dövlətimizin apardığı meqafəaliyyət göz önündədir. Qısa zaman kəsiyində bir sıra kəndlərin yenidən qurulması, mühüm infrastrutkurların yaradılması, hətta yeni hava limanlarının, yol qovşaqlarının çəkilməsi bütün dünyanı heyrətə gətirdi. Təbii ki, bu inkişaf, bu fəaliyyət ilk növbədə Azərbaycanın öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Bununla yanaşı, görülən bu işlər həm də Qarabağda yaşayan ermənilər tərəfindən müşahidə olunur. Həmin insanlar məğlub, siyasi və iqtisadi böhrandan xilas ola bilməyən Ermənistanda fərqli olaraq azərbycan dövlətinin öz vətəndaşlarına verdiyi dəyəri və qiyməti görür. Ermənistan hakimiyyətinin qeyri-səmimi davranışları, iqtisadi gücsüzlük, verilən vədlərin quru sözdən uzağa gedə bilməməsi, yalnız şantaj və hədlə-qorxu vasitələrindən istifadə etməyə çalışması, silahlı qarşıdurmaları dəstəkləməsi Qarabağda yaşayan erməniləri prosesi düzgün qiymətləndirməsinə şərait yaradır. Beləliklə də, Ermənistan və onun tör-töküntülərinin Qarabağda yaşayan ermənilər üzərində təsir imkanları itir. Bu isə reinteqrasiya prosesinin inkişafına yeni imkanlar qazandırır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51

