Moskva görüşü...
27.05.2023 [10:00]
Proses necə inkişaf edəcək - növbəti raunda hazırlıq...
Sonuncu Brüssel görüşünün ardından mayın 25-də Moskvada baş tutan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar raundu maraqla gözlənilir və izlənilirdi. Belə ki, hələ görüşə qədər bəzi siyasi mütəxəssislər, hətta xarici ölkələrin rəsmi şəxsləri dolayısı ilə hansısa ilkin razılaşmalarla bağlı rəsmiləşmələrin gözlənildiyi barədə anonslar verirdilər. Təbii ki, görüş bütün hallarda müzakirələr üçün vacib şərtdir. Amma Ermənistanın məsələyə Azərbaycan qədər həssas yanaşmaması, regional əlaqələrin inkişaf etdirilməsində maraqlı görünməməsi mənzərəyə fərqli çalarlar gətirir - baş nazir Paşinyanın hələ üçtərəfli görüşdən öncə bəzi məsələlərlə bağlı irəli sürdüyü yersiz və məntiqsiz “iddialar”ı İrəvanın fərqli “sülh tablosu”nun “axtarışında” olduğunu göz önündə canlandırır.
Azərbaycan yeni dövrün iqtisadi konfiqurasiyasının formalaşdırılmasında əhəmiyyətli rol oynayır
Azərbaycanın mövqeyi şəffaf və dəyişməzdir. Eyni zamanda, sülhü və əməkdaşlığı hədəfləyir. Bu, üçtərəfli görüşdən öncə baş tutan Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında bir daha nümayiş olundu. İclasda qonaq qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Eyni zamanda, dövlət başçısı Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurlardan, beynəlxalq miqyasda qarşılıqlı iqtisadi-siyasi əlaqələrin inkişafından bəhs etdi. Ölkəmizin regional və beynəlxalq layihələrdə iştirakından danışan Prezident İlham Əliyev vurğuladı ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır: “Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir”.
Bəli, Azərbaycan qısa müddətdə əldə etdiyi uğurlarını, hətta təşəbbüskarı olduğu layihələrin regionun inkişafına verəcəyi töhfələri təqdim edir. Ərazimizin 20 faizə yaxınının 30 il ərzində işğal altında saxlanılmasına baxmayaraq, Azərbaycan özünün iqtisadi gücünü hərtərəfli genişləndirib və müstəqil dövlət olaraq öz maraqları çərçivəsində əməkdaşlıqların inkişafında əhəmiyyətli rol oynayıb. Ölkəmizin irəli sürdüyü, təşəbbüskarı olduğu Zəngəzur dəhlizinin iqtisadi effektivliyi isə bütün dünya tərəfindən etiraf olunur - həm Rusiya, həm ABŞ, həm bütövlükdə TDT üzvü olan dövlətlər, hətta Çin və Avropa belə Zəngəzur dəhlizinin açılmasını gələcək iqtisadi əlaqələrin daha yüksək rentabelliyi üçün vacib şərt sayır. Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sisteminin, yeni iqtisadi koqfiqurasiyasının formalaşmasında ən əsas rol alan ölkələrdəndir.
Paşinyanın qeyri-adekvat “halı”...
Təəssüf ki, Ermənistanın məsələyə münasibəti fərqli və anlaşılmazdır - ümumiyyətlə, üçtərəfli görüşdən öncə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistanın baş nazirinin davranışları bir siyasətçi üçün adekvat sayıla bilməz. Erməni baş nazirin tez-tez hətta özünü çaşdırması faktı da ortada idi və bu, Rusiya dövlət başçısının gözlərindən yayınmırdı - Prezident Putinin baş nazir Paşinyana verdiyi düzəlişlər bunu sübut edir. Məsələn, Paşinyan “replika”sında “dəhliz” sözü ilə bağlı çaşqınlıq yaşadığını aşkar şəkildə ortaya qoydu. Ola bilsin ki, bu beynəlxalq termindən erməni baş nazirin xəbəri yoxdur - Paşinyanın israrla istinad etməyə çalışdığı üçtərəfli Bəyanatda yer alan məsələləri savadının verdiyi cüzi imkanlarla “təhlil etməyə” çalışması da bundan irəli gəlirdi. Belə olmasaydı, Rusiya Prezidenti erməni baş nazirin “replika”sına düzəliş etmək məcburiyyətində qalmazdı. Prezident Putin bir daha Paşinyanın diqqətinə çatdırdı ki, Azərbaycan Prezidenti beynəlxalq hüquqa və beynəlxalq konvesiyalara əsaslanaraq danışır. Sitat: “Eşitdiyim kimi, Prezident Əliyev çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər”.
Ermənistanın sülhpərvər “qiyafə”si - yalan iddialar, əsassız təbliğat...
Azərbaycan heç bir zaman işğal niyyətdə olmayıb - Prezident İlham Əliyevin hər zaman bildirdiyi kimi, 44 günlük müharibə dövründə belə Azərbaycan Ordusu yalnız özünün ərazilərini işğaldan azad etməklə kifayətlənib. Ermənistanın bizə qarşı “işağlçı” adı altında apardığı yalan kampaniyasının isə heç bir əsası ola bilməz. Azərbaycan Prezidenti də bildirdi ki, Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.
Beləliklə, Paşinyan bir daha özünü pis vəziyyətə saldı - hətta ölkəsini “sülhpərvər” qiyafədə təqdim etməyə çalışması belə uğursuz cəhddən o yana getmədi. Paşinyan iddia edir ki, Ermənistan regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazırdır. Amma bu iddia əməldə görünmür. Paşinyan niyə demir ki, üçtərəfli Bəyanatın bəndlərinin icrasından niyə boyun qaçırırlar? Sənədin imzalanmasından üç ilə yaxın zaman keçməsinə baxmayaraq, hələ də Azərbaycan torpaqlarında erməni silahlıları mövcuddur. Onlara Ermənistandan silah daşınmasının qarşısını almaq üçün Azərbaycan bir sıra ciddi tədbirlər görür. Yəni, Ermənistan özünü “əməkdaşlığa tərəfdar” kimi göstərsə də, əməldə buna riayət etmir. Hətta Azərbaycan ərazilərində aşkaralanan 2700-dən çox minanın 2021-ci il və Ermənistan istehsalı olması Paşinyanı açıq şəkildə təkzib edir...
Paşinyanın daşa dəyən “post arzusu”...
Paşinyanın görüş öncəsi əsas “narahatlıqlarından” birinin Laçın rayonu ərazisində Azərbaycanın qurduğu post olması gözlənilən idi. Aylardır həm Ermənistanın, həm də havadarlarının apardığı yalan təbliğat, “blokada şousu” ətrafında hay-küylər işə yaramamışdı və Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək bu postu qurmuşdu. Geniş tərkibli iclasdakı çıxışında Paşinyanın tez-tez bu nüansa “müraciət” etməsi isə onun sanki “kömək umması” kimi görünürdü. Amma Paşinyanın bu arzusu da puça çıxdı - Rusiya dövlət başçısının da təsdiqlədiyi kimi, Azərbaycan bütün addımlarını beynəlxalq hüquqa əsasən formalaşdırır. Bu baxımdan, Laçın rayonu ərazisindəki postla bağlı erməni iddialarının da boş və əsassız olması birinci “raundda” isbat olundu. Azərbaycanın dövlət başçısı İlham Əliyevin qətiyyətli cavabı kifayət qədər arqumentli, əsaslı və hərtərəfli idi: “Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil”.
Bəli, sözügedən sərhəd-buraxılış məntəqəsinin qurulması ermənilərin qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynayıb - Ermənistan 2020-ci il üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını təmin edirdi. Bunun qarşısını almaq üçün Azərbaycan adekvat addımlar atdı - bütün yol üzrə ermənilərin təxribatçı hərəkətlərinin qarşısı alındı, eyni zamanda, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Ötən dövr ərzində postun fəaliyyəti ilə bağlı hər hansı bir neqativ hal aşkarlanmayıb - ən azından, bu, ermənilər tərəfindən mütləq şəkildə bəyan edilərdi. Yəni, bununla ermənilər özləri də təsdiqləyirlər ki, qurulan post şəffaf, demokratik və prosedur qaydalarına uyğun şəkildə fəaliyyət göstərir. Oradan qarşılıqlı şəkildə hərəkət edən şəxslərin sənədlərinin yoxlanmasında hər hansı bir çətinliklər yaşanmayıb. Eyni zamanda, istər Beynəlxalq Qırmızı Xaç Komitəsi, istərsə də Rusiya sülhməramlı qüvvələri humanitar məqsədlərlə həmin sərhəd məntəqəsindən istifadə edirlər. Ola bilsin ki, dinc əhalinin rahat və təhlükəsiz hərəkəti üçün yaradılmış bu post bəzilərinin “maraqlarına” cavab vermir - son dövrlərdə Qarabağdakı separatçılara silah çatdırmaq üçün yeni yollar axtaranların cəhdləri də bunu göstərir. Azərbaycan isə prosesi diqqətdə saxlayır və bütün qeyri-qanuni halların qarşısı alınır.
Ermənistan - “görmür”, “hesab etmir”...
Ermənistan baş nazirinin Laçın - Xankəndi yolu ilə bağlı təsbitləri isə onun “siyasi səviyyəsini” yenə də üzə çıxarmış oldu. Erməni baş nazir iddia edir ki, Laçın-Xankəndi yolunun açıq olmasını “görmür” - hətta bu yolu açıq “hesab etmir”. Bu qədər absurd bir açıqlama nəinki bir ölkənin hökumət başçısı haqqında fikir formalaşdıra bilməz, hətta özünüifşaya xidmətə edər - demək ki, Paşinyan və onun kimiləri Azərbaycanın yaratdığı şəffaf və ədalətli mühiti sadəcə görmək istəmirlər, etiraf etmək istəmirlər. Paşinyan iddia edir ki, həm Laçın dəhlizinə, həm də “Dağlıq Qarabağa” beynəlxalq missiya göndərilsin və bu missiya “Dağlıq Qarabağ”da humanitar vəziyyəti dəyərləndirsin. Axı, hazırda həmin ərazidə missiya fəaliyyət göstərir və bu missiya birbaşa Paşinyanın xahiş-minnəti ilə regiona gəlmişdi. Həmin missiya isə hansısa “blokada” və ya başqa bir məsələ barədə mövqe sərgiləməyib. Demək ki, Paşinyanın iddiaları boş və əsassızdır.
İkinci bir tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və beləliklə Qarabağın da Azərbaycan torpağı olduğunu təsdiqləyir. Azərbaycan dövləti hər zaman bildirib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdırlar və onların hüquqları digər ölkə vətəndaşları ilə eynidir. Paşinyan və onun kimiləri mane olmasalar, Azərbaycan dövləti özünün erməni vətəndaşları ilə dialoqun səviyyəsini genişləndirər və beləliklə reinteqrasiya sürətlənər.
ABŞ danışıqları dəstəkləyir
Qeyd edək ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi beynəlxalq səviyyədə diqqətlə izlənir. Bunu ABŞ Dövlət Departamentinin Moskva görüşünə reaksiyası da təsdiqləyir. Departamentin sözçüsü Metyu Miller deyib ki, biz Bakı və İrəvanın Moskva görüşü zamanı orada olmamışıq, lakin danışıqlar bizim üçün hələ də prioritetdir: “ABŞ dövlət katibi bir neçə həftə əvvəl Vaşinqtonda hər iki tərəflə görüşüb, bundan sonra Brüsseldə danışıqlar davam edib. Biz danışıqları dəstəkləyirik. Biz razılığın əldə oluna biləcəyinə inanırıq və tərəflərin həll olunmamış məsələlərdə razılığa gəlmək üçün birgə işləməsində israr edirik”.
Dövlət katibinin yaxın günlərdə və ya həftələrdə tərəflərlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala Departamentinin sözçüsü belə cavab verib: “Dövlət katibi onlarla bir neçə həftə əvvəl görüşüb. O, onlarla əlaqə saxlamağa davam edəcək. Amma hələ ki, növbəti görüşlər barədə məlumatım yoxdur”.
Dmitri Peskov: Yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması mümkündür
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür. O qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan nümayəndələri müzakirə aparmaq üçün gələn həftənin sonunda Moskvada görüşəcəklər.
“Əsas son nəticədir. Hər şeyi həll etməkdə, yekunlaşdırmaqda problem yoxdur. Heç kim zamanın arxasınca qaçmır”, - Peskov bildirib. Onun sözlərinə görə, bu səbəbdən sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdırmaq çətindir.
Azərbaycan Prezidentinin imzası xalqının və dövlətinin maraqlarının təcəssümüdür
Hər bir halda baş tutan üçtərəfli görüş müzakirələrlə bağlı əhəmiyyət daşıyır. Görüşün mətbuata açıq hissəsində qeyd edilən məsələlər, bir həftədən sonra baş nazirlərin müavinləri səviyyəsində görüşün keçirilməsi ilə bağlı razılığın əldə olunması da müsbət qarşılanan məsələlərdəndir. Qeyd edək ki, görüşdən öncə bəzi razılaşmaların rəsmiləşdiriləcəyi ilə bağlı gözləntilər olsa da, bu, baş vermədi. Təbii ki, hansısa bir razılaşmanın rəsmiləşdirilməsi sadə məsələ deyil və Azərbaycan Prezidenti hər zaman bildirib ki, bizim sözümüz imzamız qədər dəyərlidir. Azərbaycan Prezidentinin imzası isə xalqının, dövlətinin maraqlarının təcəssümüdür...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 Fevral 20:13
Dünya
03 Fevral 19:51
Dünya
03 Fevral 19:39
Dünya
03 Fevral 19:25
Dünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08

