Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bir əsrdə iki dəfə...

Bir əsrdə iki dəfə...

27.05.2023 [10:30]

Üç ildir ki, Müstəqillik Gününü qalib xalq kimi qeyd edirik

Dünyada xalqların sayı çoxdur. Ancaq dövlət müstəqilliyi heç də onların hamısına nəsib olmayıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir həlqəni təşkil edir. Bununla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi,  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi...

Tariximizdə mühüm mərhələ

Daim azad yaşamağa can atan Azərbaycan xalqı XX yüzillikdə iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir. Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. AXC dövlət quruculuğunda, idarəetmədə bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Ancaq AXC-nin ömrü uzun olmayıb - cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşatdı və müstəqil dövlətini qurmağa can atdı. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı.

Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Ulu Öndərin missiyası

Ulu öndər Heydər Əliyevin böyük məna tutumuna malik olan bir fikri var: “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir”.

Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. O dövrdə ölkədə vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi...

Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr tezliklə müsbət məcraya yönəldi, ölkənin parçalanması, vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırıldı.

Müstəqillik tariximizin ən böyük uğuru

Xalqımızın xoşbəxtliyi həm də ondadır ki, müstəqil Azərbaycanda Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyi yüksək səviyyədə təmin edilir. 20 il bundan əvvəl-2003-cü il 15 oktyabr tarixində xalqımız Ulu Öndərin siyasi varisi İlham Əliyevə səs verərək Onu Azərbaycanın Prezidenti seçdi. Prezident İlham Əliyev ötən 20 ildə xalqın inamını yüksək səviyyədə doğruldub.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü təmin etməsidir. Bu, Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində mümkün oldu. Artıq üçüncü ildir ki, Azərbaycan Müstəqillik gününü qalib dövlət kimi qeyd edir. Rəşadətli ordumuz nəyə qadir olduğunu döyüş meydanında göstərdi və cəmi 44 gün ərzində düşmən ordusunu tar-mar etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu. Müharibədən sonrakı mərhələdə isə vaxt itirilmədən işğaldan azad edilmiş ərazilərin bərpasına və Böyük Qayıdışa start verilib. Bütün bunlar müstəqil Azərbaycanın gücünü və əzmini bütün dünyaya nümayiş etdirir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28