Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Türkiyəni tək qoymadı

Azərbaycan Türkiyəni tək qoymadı

14.06.2023 [10:10]

Əsl dost dar gündə tanınar, deyiblər. Azərbaycanla Türkiyənin dostluğu buna gözəl nümunədir. İki dost ölkə tarix boyu xoş günlərin sevincini birgə yaşadıqları kimi, çətin günlərin sınağından da bir-birinə arxa, dayaq durmaqla keçiblər.

Mübariz ABDULLAYEV

Zəlzələ sınağında ilk gündən Türkiyənin yanında

Cari il fevralın 6-da Türkiyə dəhşətli zəlzələ ilə silkələndi. Qardaş ölkənin 10 vilayətində baş vermiş zəlzələ bir insanlıq faciəsidir və onun miqyası çox genişdir. Təbii fəlakət nəticəsində 46 mindən çox insan həyatını itirib, minlərlə insan müxtəlif dərəcədə bədən xəsarəti alıb. Çoxlu sayda yaşayış binası, infrastruktur obyekti dağılıb.

Təsəlli yeri ondadır ki, bu çətin günlərdə Türkiyə tək qalmadı. Türkiyəni sevən, məğrur Türk xalqına rəğbət bəsləyən ölkələr və xalqlar dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak etmək üçün tələsdilər. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Respublikamızdan Türkiyənin zəlzələ bölgələrinə dəfələrlə humanitar yardımlar göndərilib. Ümumiyyətlə, zəlzələ ilə əlaqədar Azərbaycan tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım, 22 milyon 776 min 400 manat (13 milyon 397 min 883 dollar) məbləğində isə birbaşa maliyyə yardımı göstərilib.

Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu da Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyası həyata keçirib. Prezident İlham Əliyev cari il martın 16-da Onun təşəbbüsü ilə Ankarada baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bütün Azərbaycan cəmiyyətinin səfərbər olunduğunu diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”.

Azərbaycan Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Azərbaycanın və Türkiyənin dövlət başçıları Kahramanmaraşda respublikamızın inşa edəcəyi evlərin təməlini qoyublar. Prezident Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”dəki çıxışında dəstəyə görə Azərbaycana bir daha dərin minnətdarlığını ifadə edib: “Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı”.

Siyasi dəstək

Azərbaycanın böyükmiqyaslı zəlzələ fəlakəti ilə üzləşən Türkiyəyə dəstəyi yalnız maddi və humanitar sferalarla məhdudlaşmayıb, eləcə də siyasi müstəvidə özünü göstərib. Yuxarıda qeyd etdiyimiz kimi,  Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari ilin mart ayında Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Azərbaycan Prezidentinin bu təşəbbüsü bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Zirvə görüşündə Ankara Bəyannaməsi qəbul olunub. Həmin sənəd əslində, TDT-nın gələcək fəaliyyəti üçün bir yol xəritəsidir. Sənəddə üzv dövlətlər müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, daha sıx inteqrasiyayqa nail olmaq istəklərini ifadə ediblər.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31