Tapşırıq yerinə yetirildi!
26.06.2023 [10:00]
Azərbaycan Ordusu Zəfər marşındadır
Bu gün Azərbaycan Milli Ordusunun yaranmasının 105-ci ildönümüdür. Qeyd edək ki, Azərbaycan Milli Ordusunun tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordudan başlanır. Belə ki, 1918-ci ildən başlayaraq bolşeviklərin dəstəyi ilə ermənilərin Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədli hücumları, dinc əhaliyə qarşı terror, ən əsası isə yeni yaranan milli dövlətin sərhədlərini pozması güclü ordunun yaranmasını zəruri etdi. Ordu quruculuğu və müdafiə tədbirləri böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ilə hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.
40 minlik ordu...
1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da rus general-leytenantı Əliağa Şıxlinski onun müavini, general-leytenant Süleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu quruculuğuna başlandı. Ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədi ilə AXC parlamentində 9 qanunvericilik aktı müzakirə edildi, hərbi nazirliyi kifayət qədər vəsaitlə təmin etmək üçün müvafiq qərarlar qəbul olundu. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Xəzər hərbi donanması yenidən quruldu, “Qars” və “Ərdahan” adlı gəmilər, “Astrabad”, “Araz” və “Nargin” adlı lodkalar onun sərəncamına verildi.
1969-cu ildən başlanan yol...
1918-ci ildə müstəqillik əldə edən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə Rusiya tərəfindən işğalı və Sovet İttifaqına ilhaqı o dövrdə başlanan ordu quruculuğu prosesini yarıda qoysa da, 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev milli hərbi kadrların yetişdirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi işinin yenidən əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin səyi ilə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin yaradılması respublikamızın hərbi təhsil tarixində yeni bir səhifə açdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu. Həmin dövrdə ?lu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə keçmiş ittifaqın ayrı-ayrı hərbi məktəblərinə oxumaq üçün azərbaycanlı gənclərin göndərilməsinə başlanıldı. 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci illərin axırlarına doğru isə hər il ittifaqın müxtəlif şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün ümumən 800-900 gənc kadr göndərilmişdi.
Müstəqil respublikanın milli ordusu...
1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Ordu adlanan hərbi birliklər səriştəsiz insanların fəaliyyəti nəticəsində səhv istiqamətə yönləndirilmiş, daxili siyasi mübarizəyə cəlb olunmuş, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrilmişdi. Bunun nəticəsində də Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal edildi, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İşğalçı Ermənistan torpaqlarımızı zəbt etdiyi bir zamanda Azərbaycanın Müdafiə Nazirliyinə təsadüfi, hərb sənətindən konkret anlayışı olmayan insanlar başçılıq edirdi.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ordu quruculuğu siyasətini yenidən aktuallaşdırdı. Ulu öndər Heydər Əliyevin səyi ilə qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması barədə Prezident Fərmanı imzalandı. Müasir, müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən ulu öndər Heydər Əliyev 26 iyunu Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirdi.
Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ötən 20 il ərzində Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla davam etdirib. Xüsusi qeyd olunmalıdır ki, milli təhlükəsizlik strategiyamızın ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi işi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. 17 il ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi öz bəhrəsini verdi - 2020-ci il Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Bunun əsas amilləri isə ondan ibarət idi ki,
- Ötən illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə həyata keçirilmişdi;
- Peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərin fəaliyyəti;
- Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılmışdı.
Ümumiyyətlə, həyata keçirilən hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə ortaya qoyurdu. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, müasir Azərbaycan Ordusu bu gün regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli orduları sırasına daxildir.
Ordu quruculuğu yeni mərhələdə
Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan
“HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi. Ölkəmizin xaricdən aldığı ən yeni silahlar bizə bütün maneələrin öhdəsindən gəlməyə imkan verir. Bunun arxasında isə Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi qüdrətini yüksəltmək istiqamətindəki davamlı və qətiyyətli siyasəti dayanır.
Postmüharibə dövründə də Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Vurğulandığı kimi, ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız yeni silahların alınmasına, islahatların davamlılığına zəmin formalaşdırır. Qeyd edək ki, iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində Döyüş bayrağının təqdim edilməsi mərasimindəki çıxışında bildirib ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var: “Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür”.
Görülən tədbirlər isə çoxşaxəlidir:
- 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdu. Lakin hazırkı iyun ayında büdcəyə dəyişikliklərin edilməsi layihəsi müzakirəyə çıxarıldı və sözügedən sahə üzrə xərclər 1 milyard 105 milyon manat artırıldı;
- yeni silahların alınması prosesinə uğurla start verilib;
- yeni təlimlər ordu birliklərinin daha da kompaktlaşmasına imkan yaradır.
Beləliklə, yeni dövrdə Azəbaycanın milli hərbi təhlükəsizliyi daha da möhkəmləndirilir. Prezident İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir: “Artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Fevral 19:51
Dünya
03 Fevral 19:39
Dünya
03 Fevral 19:25
Dünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07

