33 il öncə bu gün - 1990-cı il 22 iyul
22.07.2023 [10:00]
Tarixi qayıdış...
Elə günlər, elə tarixlər var ki bir xalqın, bir millətin, bir dövlətin taleyinin dəyişməsinə vəsilə olub. Elə tarixlər var ki, elə tarix boyda məsuliyyəti üzərində daşımaqla hökmlüdür. 33 il öncənin bu günü - 1990-cı ilin 22 iyulu da məhz belə tarixlərdəndir. Məhz həmin gün Azərbaycanın müstəqilliyinin xilasının, inkişafının, qüdrətinin əsası qoylulmuşdu. Bu günün rakursundan boylananda 1990-cı ilin 22 iyulunun Azərbaycan üçün əhəmiyyəti daha rahat görünür, dərk edilir...
Tarixin bu günündə - 1990-cı il iyulun 22-də ulu öndər Heydər Əliyevin doğma diyarı Naxçıvana tarixi qayıdışı baş tutdu. Bu adi bir səfər deyildi. Özünün çətin günlərini, illərini yaşayan Naxçıvan və bütövlükdə Azərbaycan üçün taleyüklü əhəmiyyət daşıyan bir səfər idi. SSRİ boyda bir dövlətin idarəsində əsaslı rol oynamış, Azərbaycanın müasir inişafının, milli intibahının əsasını qoymuş, müstəqillik arzularının gerçəyə çevrilməsi üçün bu ölkənin iqtisadi-siyasi, mədəni, hərbi - bütün sahələrini yüksək inkişafa daşımış Heydər Əliyevin Naxçıvana qayıdışı uğurlu sabahın müjdəçisi idi.
Azərbaycana qarşı qurulan məkrli planlar
Ulu Öndərin Naxçıvana budəfəki dönüşü o dövrün tarixi şəraiti, konkret desək, keçmiş ittifaq miqyasında Azərbaycana qarşı qurulan məkrli planlarla bağlı idi. 1969 - 1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev sonrakı dövrdə keçmiş ittifaq rəhbərliyində yüksək vəzifəyə irəli çəkilmişdi. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdi. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyündən və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi.
Azərbaycana qarşı bəhs etdiyimiz məkrli plan da məhz bundan sonra işə düşdü - Bu plan müəyyən maraqlı dairələr tərəfindən SSRİ-nin rəhbərliyinə gətirilən Mixail Qorbaçovla onun ətrafında cəmləşən erməni mafiyasının işbirliyi şəraitində hazırlanmışdı. Söhbət Naxçıvanın və keçmiş “Dağlıq Qarabağ”ın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsindən gedirdi. Artıq erməni təbliğat maşını da işə düşmüşdü. Aqanbekyan soyadlı akademik Fransanın paytaxtı Parisdə “Ümanite” qəzetinə verdiyi bədnam müsahibəsində “Dağlıq Qarabağ”ın iqtisadi baxımdan Ermənistanla inteqrasiyasının zəruri olduğunu “əsaslandırmağa” çalışmışdı. Bundan sonra onun dilə gətirdiyi “tezislər” ayrı-ayrı nəşrlərin manşet xəbərlərinə çevrildi. Qeyd edək ki, ermənilər əvvəllər də SSRİ rəhbərliyini “Dağlıq Qarabağ”ın və Naxçıvanın Ermənistana birləşdirilməsinin zəruriliyinə inandırmağa çalışmışdılar. Ancaq Heydər Əliyev hər dəfə belə cəhdlərin qarşısını almağa nail olmuşdu. İndi Heydər Əliyevin tutduğu vəzifələrdən getməsi erməni mafiyasını və ona bağlı olan dairələri yenidən “cəsarətləndirmişdi”.
Qəlbi hər zaman Azərbaycanla döyünən Heydər Əliyev belə çətin bir zamanda öz xalqının yanında olmaqla bağlı qəti qərara gəlmişdi. Heydər Əliyev Bakıya dönməyə qərar verdi. O, çətin günlərdə xalqı ilə bir yerdə olacaq, məkrli planların qarşısını almaq üçün birlikdə çalışacaqdı. Əslində, bu qayıdışı xalq da böyük səbirsizliklə gözləyirdi. Heydər Əliyevin həyatı və fəaliyyəti həmişə bizim qürur mənbəyimiz olub. İnsanlar bu böyük şəxsiyyətlə bir yerdə olmağı özləri üçün qürur mənbəyi sanırdılar.
İlk dayanacaq - Bakı...
Ancaq Bakıda Heydər Əliyevin qayıdışını gözləməyən və istəməyən kiçik bir kəsim də var idi. Respublikanın Moskvaya hədsiz itaətkarlıq göstərən o vaxtkı rəhbərliyi Ulu Öndərin Bakıya qayıdışını vəzifələri üçün böyük təhlükə sanırdılar. Xatırladaq ki, bunların bir çoxunun zamanında karyera qurmasında Heydər Əliyev əsas rol oynamışdı.
Ulu Öndər Bakıya dönüş qərarını bəyan etdikdən sonra respublikanın o vaxtkı rəhbərliyində, sözün əsl mənasında, çaxnaşma yaşandı. Əvvəlcə Ona yalvarırdılar ki, Bakıya qayıtmaq planından vaz keçsin və yaxud bu qərarı müəyyən bir müddətədək təxirə salsın. Yalvarışlar nəticə vermədikdə “qara piar” kampaniyası işə düşdü. Heydər Əliyev və yaxınları sui-qəsdlərlə təhdid edilirdi. Lakin nə yalvarışlar, nə də hədə-qorxular böyük şəxsiyyəti xalqı ilə bir yerdə olmaq qərarından çəkindirə bilmədi və O, 1990-cı il iyulun 20-də Bakıya gəldi. İyulun 22-də isə O artıq Naxçıvanda idi.
Naxçıvanda 80 minlik mitinq
Ulu Öndər Naxçıvanda bacısının kiçik evində yerləşmişdi. Ancaq bu kiçik ev böyük bir ziyarət məkanına çevrilmişdi. Qədim diyarın hər bir bölgəsindən bura insanlar axın edir, Heydər Əliyevlə görüşməyin xoşbəxtliyini yaşamaq istəyirdilər. İnsanlar el adətincə əziz qonaqlarına onun gəlişi münasibətilə qurbanlar kəsirdilər. 22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, Azadlıq meydanı insan selinə qərq olmuşdu. Burada təxminən 80 min insan toplaşmışdı. Hamı səbirsizliklə Ulu Öndərin meydana gəlməsini gözləyirdi. İzdiham o qədər sıx idi ki, Heydər Əliyevin kürsüyə qalxması üçün polis işə qarışıb yol açmaq məcburiyyətində qalmışdı. İzdiham Heydər Əliyevin kürsüyə qalxmasını sürəkli alqışlarla qarşıladı. Böyük şəxsiyyət isti, bürkülü havada çox danışa bilmədi. Sevinc dolu alqışlar altında etdiyi qısa çıxışı ilə soydaşlarına sonsuz məhəbbətini ifadə etdi.
Naxçıvanda sözün əsl mənasında “Xalq-Heydər” və “Heydər-Xalq” birliyi yaranmışdı. Bu sarsılmaz birlik istənilən arzuolunmaz cəhdin qarşısını almağa qadir idi. Bir nümunəyə diqqət çəkək. 24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Silahlı dəstələr ultimatum dili ilə danışır, o cümlədən də Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb edirdilər. Lakin onlar vacib bir faktoru - xalqın Heydər Əliyevə rəğbətini yaddan çıxartmışdılar. Minlərlə Naxçıvan sakini dövlətçiliyin müdafiəsinə qalxdı və Heydər Əliyevin ətrafında birləşdi. Məhz xalqın Ulu Öndərlə sıx həmrəyliyi sayəsində xəyanətkarların mənfur planı pozuldu və dövlət çevrilişi cəhdinin qarşısı alındı.
Xilas yolu - milli qurtuluşa doğru...
Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Ulu öndər Heydər Əliyev, həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu.
Bütün bunlarla yanaşı, Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Beləliklə, 22 iyulda Naxçıvandan başlayan Muxtar Respublikanı qorumağa yönələn yol 1993-cü ilin iyununda Bakıda xilaskarlıq missiyası ilə yekunlaşdı. Amma bu hələ başlanğıc idi. Onu qarşıda daha böyük məsuliyyət - müstəqil, müasir Azərbaycanı inkişaf yoluna çıxarmaq, qələbələrə daşımaq, xalqı firavanlığa qovuşdurmaq vəzifəsi gözləyirdi...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

