Obyektiv, peşəkar, müasir çağırışlara əsaslanan...
22.07.2023 [10:10]
Milli mətbuatımızın 148 illik şərəf yolu
Mətbuat dövrün, cəmiyyətin güzgüsüdür. Son 148 il ərzində Azərbaycanın keçdiyi yolun bütün mərhələləri milli mətbuatımızın səhifələrində öz əksini tapıb. Milli mətbuatımızın əsası isə görkəmli maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri sayəsində ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də nəşrə başlaması ilə qoyulub. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafınada, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb.
Milli mətbuatımız bu gün də üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Azərbaycan jurnalistləri ölkəmizin reallıqlarını uğurla təbliğ edir, respublikamız barədə informasiyaları, obyektiv şəkildə və yüksək peşəkarlıqla dünya birliyinin diqqətinə çatdırırlar. Son 200 illik tariximizdə ən böyük Zəfərə imza atdığımız 44 günlük müharibə günlərində mətbuat təmsilçiləri, necə deyərlər, qələmi süngüyə çevirmişdilər. Onlar həm Azərbaycan, həm də xarici dillərdə yaydıqları xəbərlərdə erməni yalanlarını ifşa edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda ədalətli müharibə apardığını bütün dünyaya çatdırırdılar. Könüllü olaraq döyüşlərə qatılan jurnalistlərin sayı da kifayət qədər çoxdur.
Müstəqil Azərbaycan demokratik cəmiyyət quruculuğunu özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. O cümlədən respublikamızda azad mətbuatın inkişafına, söz və fikir plüralizminin təmin olunmasına dövlət səviyyəsində güclü siyasi iradə nümayiş etdirilir. Respublikamızın mənzərəsinə diqqət çəkən Prezident İlham Əliyev “Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz”, - deyə bildirib.
Mətbuata yaradılan maneələr...
Aydın məsələdir ki, jurnalistlərin sərbəst şəkildə fəaliyyət göstərmələri ölkədəki mühitdən çox asılıdır. Müstəqilliyimizin ilk illərində respublikamızda cərəyan edən hadisələr mətbuata da siraət etdi - söhbət 1992-ci ilin mayında ölkəmizdə qeyri-qanuni yolla iqtidara gələn AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründən gedir. Həmin dövrdə həqiqəti deyən və yazan jurnalistlər təqib olunur, onların döyülməsinə, oğurlanmasına və şantaj edilməsinə rast gəlinirdi. AXC-Müsavat iqtidarının bütün təmsilçiləri özlərinin korporativ maraqlarını KİV vasitəsilə cəmiyyətə diktə etməyə çalışırdılar və düşünürdülər ki, mətbuat, jurnalistlər onların dirijor çubuğu ilə idarə olunmalıdırlar. 16 aprel 1992-ci il tarixində mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında Fərman, 15 aprel 1993-cü il tarixində bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı Sərəncam imzalandı. KİV-in sərbəst fəaliyyət dairəsini daraltmağa, jurnalistlərin fəaliyyətinə nəzarəti artırmağa, bütövlükdə medianı buxovlamağa hesablanan bu sənədlərin imzalanması o dövrdə AXC-Müsavat hakimiyyətinin mediaya qeyri-demokratik və despot münasibətinin ifadəsi idi.
Ulu Öndərin diqqət və qayğısı...
Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda Azərbaycan dilli mətbuatın inkişafını həmişə diqqət mərkəzində saxlayıb. Məhz Onun qayğısı sayəsində
1969-1982-ci illərdə Azərbaycanda yüksək peşəkarlığa malik jurnalistlər pleyadası formalaşmışdı. Ulu Öndər həmin dövrdə vaxtaşırı respublikamızda nəşr olunan qəzet və jurnalların kollektivləri ilə görüşür, jurnalistlərə öz tövsiyələrini verir, onları Azərbaycan dilinin incəliklərini qorumağa, zəngin mədəniyyətimizi təbliğ etməyə çağırırdı. Bəhs olunan illərdə respublika rəhbərliyinin KİV təmsilçilərinə qayğısı da çoxşaxəli idi.
Müstəqil Azərbaycanda söz azadlığının, KİV-ə dövlət qayğısı siyasətinin əsasını da məhz ulu öndər Heydər Əliyev qoyub. 1993-cü ilin yayında AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyətindən cana doyan xalq təkidlə ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını istədi. Xalqının təkidli tələbini qəbul edib çətin bir dövrdə Azərbaycana rəhbərlik etməyə razılıq verən Ümummilli Lider ölkə həyatının demokratikləşməsində, respublikamızın beynəlxalq arenada tanınmasında və müsbət imicinin formalaşmasında, mədəniyyətimizin təbliğində mətbuatın müstəsna rolunu yüksək dəyərləndirirdi.
Mətbuatın inkişafında yeni mərhələ
Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə milli mətbuatımıza qayğı siyasətini yeni səviyyədə davam etdirdi. Artıq Azərbaycan müstəqil dövlət idi, keçmiş ideoloji buxovlar sındırılmış, tələblər dəyişmişdi. Mətbuata yeni ab-hava gəlməli idi. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə mətbuatın problemlərini yaxından öyrənib və onların aradan qaldırılmasına yönələn tədbirlərin həyata keçirilməsinə nail oldu. Onun 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv olunması KİV üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Bütün bunlar, çox doğru olaraq Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, mətbuat təmsilçiləri Ulu Öndərin hərtərəfli diqqət və qayğısına cavab olaraq Onu “Jurnalistlərin dostu” seçiblər.
Dövlətin informasiya siyasətində varislik
Ölkəmizdə son 20 ildə bütün sahələrdə Ulu Öndərin əsasını qoyduğu siyasətin varisliyinin təmin olunduğu kimi, milli mətbuatımıza diqqət və qayğı da yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin 2003-cü ildən bəri dövlət başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Dövlət başçısının 2008-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” ilə mediamızın inkişaf istiqamətləri müəyyənləşdirilib. Respublikamızda 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır.
Respublikamızda jurnalistlərin sosial müdafiəsi də davamlı şəkildə diqqət mərkəzində saxlanılır.
Belə ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina tikilib. Həmin binadakı mənzillər 2013-cü il iyulun 22-də Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlərə paylanılıb.
Azərbaycan mediasının təmsilçiləri 2017-ci il iyulun 20-də - Milli Mətbuat Günü ərəfəsində növbəti dəfə mənzil sahibi olmağın sevincini yaşayıblar. Həmin tarixdə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Ümumilikdə, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Beləliklə, cəmi bir neçə il ərzində paytaxt Bakının Bibiheybət qəsəbəsində müasir görkəmi ilə seçilən “jurnalistlər şəhərciyi” formalaşıb.
Bütövlükdə, Azərbaycan mətbuatı dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması bu reallığın növbəti təsdiqidir. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” seçilib.
Azərbaycan mediası transformasiya prosesini uğurla keçir
Hazırda dünyanın mənzərəsi yeni reallıqlarla səciyyələnir. Qlobal miqyasda çağırışlar dəyişib. Dördüncü sənaye inqilabının təzahürləri, o cümlədən də informasiya-kommunikasiya texnologiyaları həyatımıza getdikcə daha sürətlə və daha dərindən nüfuz edir. Qloballaşma dövründə milli mədəniyyətlər, həmçinin milli mətbuatlar üçün həm imkanlar genişlənib, həm də təhdidlər artıb. Bütün bu kimi reallıqların fonunda biz milli media olaraq transformasiya prosesini elə keçməliyik ki, həm milli mətbuatımızın simasını, ənənələrimizi qoruyaq, həm də yeniliklərdən, dördüncü sənaye inqilabının qarşıya qoyduğu tələblərdən geridə qalmayaq. Deyə bilərik ki, Azərbaycan mediası transformasiya prosesini yenə də dövlət dəstəyi sayəsində uğurla keçir. Respublikamızda ənənəvi çap mediası fəaliyyətini davam etdirir. Paralel şəkildə elektron media subyektlərinin şəbəkəsi genişlənir və onların izləyicilərinin sayı getdikcə artır.
İndiki mərhələdə milli mətbuatımızın inkişafında dövlət dəstəyi mexanizmlərinin, institusional təsisatların təkmilləşdirilməsinin də önəmini isə ayrıca qeyd etmək lazımdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsaən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Yeni qurumun qarşısına indiki mərhələdə islahatlar yolu ilə milli mətbuatımızı zamanın yeni çağırışları əsasında inkişafına dəstək vermək kimi mühüm vəzifə qoyulub. Ötən qısa dövrdə qurum tərəfindən atılan addımlar, həyata keçirilən müxtəlif tədbirlər, həmçinin KİV-in fəaliyyətinə yeni yanaşmanın sərgilənməsi Medianın İnkişafı Agentliyinin qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün uğurla fəaliyyət göstərdiyini təsdiqləyir. Medianın İnkişafı Agentliyinin kollektivinin çox böyük zəhməti sayəsində 2021-ci ilin dekabrında ölkəmizdə “Media haqqında” yeni Qanun qəbul olunub. Qanunda indiki dövrün qlobal çağırışları, ölkəmizin hazırkı inkişaf mərhələsinin reallıqları, dövlətin informasiya siyasəti və s. mühüm məqamlar nəzərə alınıb.
Daha bir uğur - Media Reyestrinin yaradılması
Qısa müddətdə Media Reyestrinin yaradılması da bu sahədə əldə olunan mühüm uğurlardandır. Media Reyestri Qanunun 73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmış və MEDİA Agentliyi tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır. Media Reyestri - media subyektləri və jurnalistlər tərəfindən məlumatların daxil edilməsi, media subyektləri və jurnalistlər ilə MEDİA Agentliyi arasında elektron əlaqənin qurulması, elektron xidmətlərin alınması, Reyestrə inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla) əldə edilməsi və digər xidmətlərin göstərilməsini əhatə edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

