İlin sonunadək!
26.07.2023 [10:00]
Vasitəçilər məlum, saziş masada...
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, vasitəçilik cəhdləri də təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsas da ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Belə ki, hər görüşdən sonra və ya öncə ABŞ rəsmilərinin tərəflərlə danışıqlar aparması prosesin diqqətlə izlənildiyini deməyə əsas verir. Şuşada Qlobal Media Forumunun açılış mərasimi zamanı sualları cavablandıran Prezident İlham Əliyev bildirib ki, burada vasitəçilərlə bağlı iki prosesimiz var. Biri Azərbaycan və Ermənistanladır, birbaşa orada vasitəçi olaraq Rusiya və ABŞ var. Eyni zamanda da Brüssel formatımız var: “Bu, rəsmi danışıqlar formatı deyil, çünki danışıqlar xarici işlər nazirləri, onların heyətləri və ekspertlər səviyyəsində aparılır, Brüssel formatı isə bir balaca əlavə dəstəkverici mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, o, bu günə qədər müəyyən dərəcədə uğurlu olubdur”.
Vurğulandığı kimi, Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri iki ölkə arasında münasibətlərin normallaşma prosesinə əhəmiyyətli dərəcədə təsir göstərib. Ümumiyyətlə, Brüssel sülh formatı özünün mühüm məşqamları ilə göz oxşayır - məsələn, bu ilin may, iyun və iyul aylarında bu format əsasında baş tutan görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını rəsmən bəyan edib, 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın ərazisinin toxunulmazlığına birmənalı sadiqliyini təsdiqləyib. Sülh gündəliyi ikitərəli münasibətlərin inkişafı istiqamətində də mühüm müsbət impulslarla da yadda qalmışdı. Bunun nəticəsidir ki, Brüssel sülh gündəliyi üzrə danışıqların davam etdirilməsi nəzərdə tutulur və bu danışıqların prosesin inkişafına töhfələr verəcəyinə inam ifadə edilir.
Ermənistan son addımını atmalıdır
Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Sonuncu Brüssel görüşü zamanı əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərəsi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca münbit şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirib. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq və nümayiş etdirdiyimiz humanist mövqe məhz bu tezisə əsaslanır.
Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumunun açılış mərasimində bildirib ki, hazırda beynəlxalq vasitəçilərin səyləri kifayət deyil. Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesdə dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur: “Çünki düşünürəm ki, Ermənistan son addımını atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sonuncu mühüm məqamdır. Əgər bu addım atılsa, - danışıqlar heyəti və xarici işlər nazirləri səviyyəsində danışıqlar gedir, bilirsiniz ki, növbəti danışıqlar yaxın günlərdə Moskvada baş tutacaq, - Ermənistan bu bəndlə razılaşsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür”.
Sülh olmayacaqsa...
İki ilə yaxındır davam edən Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan imzalanan üçtərəfli Bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Bunun da altında maraqlı məqamlar yatır.
Beləliklə, Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq. Prezident İlham Əliyev bildirib ki, biz 28 il onları məcbur edə bilməmişik ki, beynəlxalq hüquqa riayət etsinlər. Yalnız bunu güc hesabına məcbur etdik: “Lakin bu halda sülh olmayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək. Lakin, eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alsaq, gələcəkdə də çətinliklər yaradacaq. Beləliklə, bildiyiniz kimi, üç vasitəçi var. Bunların hər biri kifayət qədər beynəlxalq səviyyədə mexanizmlərdən istifadə edə bilər ki, müstəqil olaraq fəaliyyət göstərsin. Biz ümid edirik ki, bu üçündən birində təkamülü, irəliləyişi görəcəyik”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

