23 aprel - dönüş nöqtəsinə çevrilən gün
13.09.2023 [10:00]
Ağdam-Xankəndi yolu açıqdır...
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yükün Xankəndiyə çatdırılması təmin olunub. Xatırladaq ki, Qarabağ separatçılarının qəbul etmək istəməməsi səbəbindən yük maşını iki gün Bərdə şəhərində gözləməli olmuşdu. Lakin problem həll edildi və artıq ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılıb.
Separatçıların nümayəndələri humanitar yükün qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər. Belə ki, erməni medasının məlumatına görə, Ağdam-Xankəndi yolunu bağlamaq istəyən bir qrup separatçı Rusiya sülhməramlılarının xəbərdarlığından sonra ərazidən uzaqlaşdırılıblar.
XİN: İrəliləyiş kimi qiymətləndiririk
Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidinin təmin olunması Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də müsbət dəyərləndirilib. Bu barədə nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk.
Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsinə gəlincə Ayxan Hacızadə qeyd edib: “Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir. Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük avtomobilləri isə 16 gündür ki, Ağdam-Xankəndi yolunda gözləyir. Bu barədə jurnalistlərə açıqlama verən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib ki, bu yüklərin də Qarabağda yaşayan erməni əsilli sakinlərə çatdırılması istiqamətində müzakirələr davam edir.
“Humanitar böhran” şousunun sonu
Ağdam-Xankəndi yolu ilə Rusiyaya məxsus humanitar yükün Qarabağ ermənilərinə çatdırılması Laçın yolunu bir daha gündəmə gətirib. Bu il aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması tarixi hadisədir. Bu sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və beynəlxalq normalara əsaslanır. “Laçın” postunun yaradılmasına etiraz edən Ermənistan onun ləğvi üçün Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etmişdi. Lakin Məhkəmə Ermənistanın iddiasını rədd edərək bu sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın suveren hüququ olduğunu bir daha təsdiqlədi. Eləcə də, Ermənistan və Fransanın təşəbbüsü ilə avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclasında da Laçın yolu ilə bağlı aparılan müzakirələr iflasa uğradı.
Bütövlükdə, 23 apreldə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması regionda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi və dönüş nöqtəsinə çevirdi. Artıq Ermənistan Qarabağ separatçılarına nə silah-sursat daşıya bilir, nə də xarici ölkələrin təmsilçilərinin qanunsuz səfərlərini təşkil edir. Ona görə də, hazırda “humanitar böhran” şousu yaratmağa çalışır. Ağdam-Xankəndi yolunun açılması isə bu şounun da sonu deməkdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

