Humanizmin "kor gözü"…
01.10.2023 [13:31]
Ermənistan üçün sıraya duranlar azərbaycanlı qaçqınları görməzdən gəlirdilər
Humanizm bəşəri dəyərdir və Azərbaycan dövlətinin yürütdüyü dövlət siyasətinin ən prioritet istiqamətlərindən biridir. Xalqımız, dövlətimiz hətta onilliklərlə bizə qarşı məkrli siyasəti ilə seçilənlərə, işğalçılıq ab-havası ilə yaşayanlara qarşı yalnız qanun çərçivəsində davranır. Hüququn aliliyinin təmin olduğu ölkəmizdə bütün vətəndaşlara qarşı yalnız konstitusion çərçivədə davranış sərgilənir. O cümlədən, Qarabağdakı erməni sakinlərə qarşı…
Hələ II Qarabağ müharibəsi dövründə, ondan sonrakı vaxtda Azərbaycan bəyan etdi ki, Qarabağda yaşayan sakinlərin hüquqları ölkə qanunvericiliyi çərçivəsində təmin olunacaq. Antiterror tədbirlərindən sonra Yevlax şəhərində erməni sakinləri qəbul edən Azərbaycanın məsul nümayəndəsi dövlətimizin rəsmi mövqeyini onlara çatdırdı, reinteqrasiya proqramını təqdim etdi. Bu gün onların Qarabağı tərk etmək arzuları özlərinin seçimidir və Azərbaycan humanizm nümayiş etdirir – onların bu seçimlərini rahat və təhlükəsiz şəkildə icra olunmasına şərait yaradır.
Ermənistan isə öz xoşu və razılığı ilə Qarabağı tərk edən ermənilərin sayı ilə manipulyasiya edir, "himayədarlıq" adı altında qeyri-rəsmi "ianə" toplamağa çalışır. Bir daha vurğulayaq ki, Azərbaycan hər zaman humanizmin tərədarı olub – hətta pandemiya dövründə ÜST-ə, bir neçə ölkəyə konkret yardımları ilə, vaksinlərin göndərilməsi ilə yadda qalıb. Yəni, biz hər zaman humanizmin tərəfdarı və bunun təbliğatçısı, təşviqatçısıyıq. Sadəcə, yaranan mənzərə yenidən ikili standartların ortaya çıxdığını bariz şəkildə göstərir.
Azərbaycana yardım etməmək üçün…
Bu gün Ermənistanın "yardım müraciətləri"nə canıyananlıqla qarşılıq verənləri müşahidə edərkən yaddaşımızda 30 il öncələr baş vermiş ağır günlər canlanır – bu gün rahat, təhlükəsiz, nəyi varsa yığıb-yumurlayıb və ən əsası öz xoşu ilə Qarabağı tərk edənlərin tam əksinə olaraq 30 il qabaq azərbaycanlılar ayaqyalın, əyni çılpaq, ölüm qorxusu altında, hər şeylərini arxada buraxaraq dədə-baba yurdlarından qovulmuşdular. Dünyanın gözləri qarşısında baş vermiş bu haqsızlıq sükutla qarşılanmışdı. Bu gün Ermənistanın "yardım tələbinə" bəli deyənlər bir zamanlar bir milyon azərbaycanlının səsini eşitməmək üçün qulaqlarını bağlamışdı. Hətta Azərbaycana yardım etməmək üçün hansısa "qərarlar", "aktlar", "sənədlər" qəbul edirdilər. Bu gün Ermənistana yardım edən, "humanizm keşikçiləri" sayılan donor təşkilatlar Azərbaycanı görməzdən gəlirdilər və bir milyona yaxın insanın taleyinə qarşı biganəlikdən başqa heç nə nümayiş etdirmirdilər. Bir sıra beynəlxalq tribunalardan səslənən haqq səsimizi eşitmirdlilər. Ermənilərin işğalçı siyasətinə fərqli don geyindirməyə çalışanlar o dövrdə haqqı tapdanmış azərbaycanlalırın hüquqlarının müdafiəsinə qalxmırdılar. Amma bu gün…
Donor təşkilatları bir milyona yaxın azərbaycanlının haqqını niyə düşünmür?
Azərbaycan dövləti hər şeyi hər zaman olduğu kimi öz gücünə etdi. Bu gün də edir, dünən etdiyi kimi. Bu gün də ölkəmizdə yüz minlərlə hələ də öz evinə, torpağına qayıda bilməyən insanlar var ki, ötən 30 ildə bir dəfə də olsun donor təşkilatların yadına düşməyiblər. Onlara hər hansı bir humanitar yardım göstərilmir. Halbuki əsl onlar Ermənistanın etnik təmizləmə siyasətinin qurbanına çevrilmişdilər. Onlar öz dədə-bab yurdlarında, öz evlərində yaşamaq hüquqlarından məhrum edilmişdilər. Amma bu gün Qarabağdan çıxan ermənilərə "yardım üçün" Qərb təsisatlatı sıraya düzülüblər. Kimsə buna etiraz etmir. Amma azərbaycanlı qaçqınlar niyə yada düşmürdü və indi də düşmür? Bu ayrıseçkilik, ikili standartların bariz nümunəsidir. Bu ağızdolusu səslənən "Qərb humanizmi"nin, "Qərb demokratiyası"nın "təcəssümüdür".
Azərbaycan hər bir işini öz imkanları ilə görür
Azərbaycan dövləti 1993-2019 cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərcləyib. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı dövlət neft fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb. 2020-2023-cü illərdə belə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və s. xərclər dövlət tərəfindən ödənilir. Yəni, illərdlir bu maliyyə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilir.
Azərbaycan bütün bunlarla yanaşı II Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizdə törədilən erməni vandalizminin, erməni vəhşiliklərinin nəticələrinin aradan qaldırılması üçün səy göstərir. İşğal dövründə bütün ərazilərimiz dağıdılıb, evlər də daxil olmaqla infrastruktur bərbad və yaşanmaz hala salınıb. Azərbaycan bu gün Qarabağda həyatı yenidən canlandırır. Bunu da öz gücünə, öz maliyyə imkanları ilə edir.
Ermənistan isə yenə çirkin oyunlarını davam etdirir – Avropa Komissiyasına yardım müraciətində Qarabağdan gələnlərin sayının 100 minin üstündə göstərmələri bunun sübutudur. Bu kimi yalanlarla Ermənistan yeni maliyyə fırıldağı çəmbəri yaratmağa çalışır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

