Üçrəngli bayrağımız!
17.11.2023 [10:00]
Milli Dirçəliş Gününə aparan yol
Bu gün Azərbaycan xalqı qürur hissi ilə Milli Dirçəliş Gününü qeyd edir. Cəmi üç onilliyi əhatə edən qısa müstəqillik tariximizdə bu günün xüsusi yeri və əhəmiyyəti var. Bu günə gedən yol isə heç də hamar olmayıb, bir sıra çətin sınaqlardan keçmişik. Xalqımızın müstəqil dövlət qurmağa, azad yaşamağa inamı və mücadilə aparması bütün çətinlikləri dəf etməyə imkan verib.
Ulu Öndərin müstəsna xidmətləri
Milli Dirçəliş Günü üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul olunmasını simvolizə edir. Dövlət rəmzləri heç də hər zaman insanların ürəyinə yatmır. Bəzən onlar bu rəmzləri məcburiyyət üzündən, diktə ilə qəbul edirlər. Məsələn, keçmiş sovet dönəmində insanlar saxta, qəlp rəmzləri qəbul etməyə məcbur idilər. Ürəklərdə isə onların heç biri üçün yer və sevgi hissləri yox idi.
Müstəqil Azərbaycanın ay-ulduzlu üçrəngli bayrağı isə yaşından, cinsindən, sosial statusundan və yer üzünün hansı nöqtəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların hər zaman başlarının üstündə görmək istədikləri rəmzlərdən biridir. Bu bayraq hər birimizin mənliyinə, kimliyinə çevrilib.
Üçrəngli bayrağımızın Azərbaycanın dövlət rəmzlərindən biri kimi təsdiqlənməsinə gedən yol isə yuxarıda qeyd etdiyimiz kimi, bir sıra çətinliklərdən keçib. Tarixə nəzər salaq. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il 9 noyabr tarixində bu bayraq ilk dəfə olaraq AXC Nazirlər Şurası tərəfindən rəsmi dövlət rəmzi kimi təsdiqlənib. Ancaq bəlli səbəblərdən Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu.
1920-ci il aprelin 28-də cümhuriyyətin süqut etməsi ilə üçrəngli bayrağımız digər atributlarımız kimi dövlət rəmzləri sırasından çıxardılaraq sovet bayrağı ilə əvəzləndi. Ancaq həmin rejimin sərt qadağalarına baxmayaraq, üçrəngli bayrağımız heç vaxt unudulmadı.
Üçrəngli bayrağımızın yenidən Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi isə bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi təsdiqlənməsinin sevincini Naxçıvan Ali Sovetinin ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan tarixi qərarla yaşadı. Sessiyada Ulu Öndərin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Bu, Heydər Əliyevin milli təəssübkeşliyinin, vətənpərvərliyinin və cəsarətinin ifadəsi idi. Bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu, qılıncının dalının da, qabağının da iti kəsdiyi bir dövrdə baş vermişdi. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
Son 20 ildə respublikamızda üçrəngli bayrağımıza həm dövlət, həm də cəmiyyət səviyyəsində münasibət daha da möhkəmlənib. Buna Prezident İlham Əliyevin imzaladığı sənədlər öz müsbət təsirini göstərib. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalayıb. Bəhs olunan sonuncu sənədə əsasən ölkəmizdə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Gününün təsis edilməsi Prezident İlham Əliyevin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi yüksək dəyərin ifadəsidir.
Qarabağda suverenliyin təmin olunması və bayrağımızın ucaldılması
Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu. 44 günlük müharibənin nəticələrinə uyğun olaraq üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında ucaldıldı.
Üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 10 min kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Buna görə də Azərbaycan Ordusu sentyabrın 19-da separatçıların yuva saldıqları ərazilərimizdə lokal xarakterli antiterror tədbirləri keçirdi və cəmi 23 saat ərzində onu uğurla tamamladı. Separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Antiterror tədbirləri Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı növbəti böyük uğurudur. 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda Azərbaycanın suverenliyi tam bərpa edilib. Prezident İlham Əliyev Onun üşün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü il tarixində üçrəngli bayrağımızı Xankəndidə də ucaltdı və bununla da xalqımıza növbəti dəfə sonsuz sevinc və qürur hissi yaşatdı.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

