/ / Azərbaycan Prezidenti İlham Əliyev "Balkanların ləyaqətli dostu" beynəlxalq mükafatına layiq görülüb
Azərbaycan Prezidenti İlham Əliyev "Balkanların ləyaqətli dostu" beynəlxalq mükafatına layiq görülüb
28.02.2012 [01:37]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Serbiya Olimpiya Komitəsinin sədri, “Ana və Vlade Divats Fondu”nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. ölkələrimiz arasında möhkəm tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayan Prezident İlham Əliyev Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana, özünün isə Serbiyaya səfərini məmnunluqla xatırlayaraq əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında idman sahəsində də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu bildirən Vlade Divats təmsil etdiyi region üçün Azərbaycanın gördüyü işlərə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə Serbiya arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Sonra Vlade Divats Azərbaycan və Serbiya, həmçinin Balkan ölkələri arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi dəyərli töhfələrə, Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə, Belqraddakı “Taşmaydan” və “Bayraklı” parklarının yenidən qurulması və abadlaşdırılması, görkəmli Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin abidəsinin ucaldılması, Novi Sad şəhərində “Müqəddəs Petaka” kilsəsinin tikintisi, Novi Pazar şəhərində mədəniyyət evinin yenidən qurulması, Sarayevo şəhərində “Bakı” küçəsinin və “Dostluq parkının” yenidən qurulması və abadlaşdırılması, Belqraddakı Körpələri, Uşaqları və Gəncləri Müdafiə Mərkəzinin Analar və Uşaqlar Ambulatoriyasına, həmçinin Voyvodina bölgəsində məskunlaşmış qaçqınlara humanitar yardımın göstərilməsi, Monteneqronun Virpazar bölgəsində daşqından əziyyət çəkən insanların humanitar yardımla təmin edilməsi, tanınmış serbiyalı yazıçı Milorad Paviçin “Xəzərlərin lüğəti” kitabının Azərbaycan dilində çap olunmasına hərtərəfli dəstəyin göstərilməsi, dünya şöhrətli serbiyalı alim Nikola Teslanın Bakıda abidəsinin ucaldılması qərarının verilməsi, nümunə ola biləcək müxtəlif mədəniyyətlərin yaxınlaşması, humanizm, xeyriyyəçilik və dini tolerantlığın möhkəmləndirilməsinə verdiyi töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ana və Vlade Divats Fondu”nun “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına layiq görüldüyünü deyib və mükafatı dövlətimizin başçısına təqdim edib.
Mükafata görə təşəkkürünü bildirən dövlətimizin başçısı bunu Azərbaycan-Serbiya dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

