Azərbaycanın qlobal enerji məkanındakı mövqeyi...
05.12.2023 [10:10]
Qlobal iqlim təhdidlərinə qarşı mübarizədə ön sıralarda
Müasir çağırışlar bəzi nüanslar üzrə qlobal dünyadan vahid mövqe tələb edir. Buraya səslənən bəşəri dəyərlər - multikulturalizm, tolerantlıq kimi anlayışlarla yanaşı, qlobal təhlükələrə qarşı birgə mübarizənin təşkili, qlobal problemlərin aradan qaldırılmasında vahid mövqeyin nümayişi kimi komponentlər də birlik tələb edir. Məsələn, qlobal miqyasda baş verən bir sıra proseslər, o cümlədən intensiv texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti və əlbəttə ki, sıfır emissiyasız iqtisadiyyat quruculuğuna keçid özlüyündə yeni çağırışlar müəyyənləşdirməkdədir. Artıq 30 ilə yaxındır ki, xüsusi aktuallıq daşıyan bu çağırışlardan biri də bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılması ilə bağlıdır ki, bu da yaşıl enerji dövrünü reallaşdırır. Hesablamalara görə, alternativ mənbələrdən enerji istehsalı növbəti dövr üçün özünün istifadə imkanlarını artıraraq - 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə Günəş və külək enerjisi istehsalında gözlənilir - müvafiq olaraq 60 və 30 faiz səviyyəsində.
COP28 - Azərbaycan yeni enerji siyasətinin ən fəal iştirakçılarından biridir
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti
Sammit idə bu qlobal məsələnin müzakirəsinə həsr edilmişdi. Qlobal dünyanın mühüm bir hissəsi olan Azərbaycan da bu müzakirələrdə mütləq iştirakçı kimi təmsil olunur - təsadüfi deyildi ki, son illərdə dünyanın yeni enerji siyasətinin ən fəal iştirakçılarından birinə çevrilmiş Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə yeni töhfələrlə gəlmişdi. Təsadüfi deyildi ki, Azərbaycanın pavilyonu ölkəmizin “yaşıl enerji” və iqlimlə bağlı siyasətini, flora və faunanın müxtəlifliyini özündə ək etdirməklə yanaşı real və muasir həqiqətləri - Ermənistanın apardığı terrorçu fəaliyyət, xüsusilə mina terroru nəticəsində ortaya çıxan mənzərəni ortaya qoyurdu.
COP28, başqa sözlə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası isə illik BMT konfransıdır. Konfrans qlobal iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə irəliləyişləri qiymətləndirmək üçün konvensiyaya qatılan ölkələrin rəsmi görüşlərinə ev sahibliyi edir. 1990-cı illərin ortalarından etibarən bu konfranslarda həm də Kioto Protokolu çərçivəsində danışıqlar həyata keçirilir. Bu protokol isə inkişaf etmiş ölkələr üçün ziyanlı qazların emissiyalarını azaltmaq üçün hüquqi öhdəlikləri müəyyən edir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi Konfransının ilk sessiyası 1995-ci ildə Berlində keçirilib.
Azərbaycan qlobal çağırışların dəstəkçisidir...
Vurğulandığı kimi, Azərbaycan hər zaman iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında ən önəmli yerlərdən birini tutub. Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.
Ölkəmizin “yaşıl enerji” siyasəti müasir çalarlarla zəngindir. Azərbaycan da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük “yaşıl enerji” potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpa olunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb. Artıq əməkdaşlığın uğurlu nəticələri barədə də danışmaq mümkündür. Oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min Günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Hədəf Avropadır...
Azərbaycan ilə dost BƏƏ arasında əlaqələrin inkişafı son dövrlərdə daha çox intensivlik qazanıb ki, burada da enerji sektorunun xüsusi payı var. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. İlkin dəyərləndirmələrə əsasən, ölkəmizin külək, Günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Vurğulanmalıdır ki, 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulur.
Bu sahənin inkişafında BƏƏ ilə əməkdaşlığımız xüsusi yerə malikdir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə bütün dünyada məşhur olan şirkətlərdən biridir və ölkəmizdə bu sahəyə invesitisiya qoyuluşunda maraqlıdır - artıq bir neçə istiqamədə yeni investisiya müqavilələri də imzalanıb. Şirkətin fəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir.
Ölkəmizin digər böyük planı Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal şəkildə işləməkdən ibarətdir. Ötən ilin dekabrında Azərbaycanda istehsal olunacaq “yaşıl enerji”nin Qara dənizin dibi ilə Avropaya çatdırılmasını özündə ehtiva edən müvafiq müqavilə imzalanıb. Bu istiqamətdə artıq fəaliyyətə start verilib. Bir neçə aydan sonra yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Bütün bunlar Azərbaycanın öz planlarını gerçəkləşdirmək yolunda inamla irəlilədiyini təsdiqləyir.
Beləliklə, Azərbaycan yeni dönəmdə yeni enerji siyasətinin ən mühüm mərkəzlərindən biri kimi çıxış edir. Bu isə qarşıdakı dövr üçün yeni iqtisadi münasibətlər sistemində də ölkəmizin yerinin ən mühüm və fəal oyunçulardan biri kimi müəyyənləşdirilməsini səciyyələndirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

