Tarixi qələbələrin müəllifi...
16.12.2023 [10:00]
Mübariz ABDULLAYEV
Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırıb
Azərbaycan xalqı ölkəmizdə 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə hazırlaşır. Bu, respublikamızın ictimai-siyasi həyatında çox mühüm hadisə olacaq. Müstəqil Azərbaycanda ilk dəfədir ki, prezident seçkiləri ölkənin bütün ərazisində baş tutacaq. Ölkəmizdə keçirilən bütün seçkilər kimi demokratik və şəffaf mühitdə baş tutacaq bu seçkilər xalqin iradəsini özündə əks etdirəcək.
Dünən Yeni Azərbaycan Partiyası növbədənkənar Prezident seçkilərinə namizədini irəli sürüb. Bu barədə qərar partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib. Hakim partiyanın növbədənkənar Prezident seçkilərində namizədi Partiyanın Sədri, Azərbaycan Prüzidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev olub. İdarə Heyətinin genişləndirilmiş iclasında həmçinin növbədənkənar Prezident seçkilərinə namizəd irəli sürmüş YAP-ın iki səlahiyyətli nümayəndəsi təyin edilib. Onlardan biri Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, digəri isə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədovdur.
Yeni Azərbaycan Partiyasının qarşıdan gələn növbədənkənar Prezident seçkilərinə öz namizədi qismində İlham Əliyevi irəli sürməsi isə heç də təsadüfi deyil. İlham Əliyev 2003-cü il 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxunun etimadını qazanaraq ilk dəfə Azərbaycanın dövlət başçısı seçilib. Son 20 ildə respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə tarixi uğurlara imza atıb və əsas hədəflərinə çatıb. Hazırda ölkəmizin nümunəvi inkişaf modeli bütün dünyada maraqla izlənilir və təqdir edilir. Bütövlükdə, son 20 ildə xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib və müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlar Ona olan inamı şərtləndirir. Həmin uğurlardan bəzilərinə nəzər salmaq kifayətdir ki, respublikamızın bəhs olunan dövrdə neçə böyük inkişaf yolu keçdiyi barədə konkret təsəvvür yaransın.
İqtisadi müstəqilliyin təmin olunması
Hər bir ölkənin siyasi müstəqilliyinin təmin olunması və qlobal miqyasda nüfuzunun artması böyük dərəcədə onun iqtisadi inkişaf səviyyəsindən asılıdır. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində bəyan etmişdi ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Azərbaycanın timsalında bu tezislərin nə qədər real olduğu bir daha təsdiqini tapıb.
Son 20 ildə Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Həyata keçirilən belə məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, son 20 il ərzində respublikamızda ümumi daxili məhsul istehsalında dörd dəfə artım müşahidə edilib. Eləcə də büdcə gəlirlərimiz 30 dəfədən çox artıb. Xarici ticarət dövriyyəsi on dəfədən çox genişlənib. Bəhs olunan dövrdə respublikamızda müxtəlif sahələrə yönəldilən sərmayələrin ümumi həcmi isə 300 milyard ABŞ dollarından çox olub. Bu sərmayələrin 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Hazırda Azərbaycan sosial-iqtisadi inkişaf üçün zəruri olan etibarlı “maliyyə yastığı”na malik olan ölkədir. Bunun nəticəsidir ki, respublikamız hələ bir neçə il bundan əvvəl xarici borc öhdəliyinin azaldılması strategiyası qəbul edib. Ölkənin xarici borcu ilbəil azaldılır. Hazırda respublikamızın xarici borc öhdəliyi ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Prezident İlham Əliyev bu rəqəmin daha da kiçiləcəyini bildirib: “2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi hörmət və inam qazanıb
Müstəqil Azərbaycan multiregional xarici siyasət həyata keçirir. Prezident İlham Əliyev tərəfindən müyyənləşdirilən strateji kursun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Belə effektiv siyasət son 20 ildə ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir.
Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamız Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz və xalqımız belə yüksəksəviyyəli qonşuluq münasibətlərindən məmnundur və bununla qürur duyur. Ölkəmizin qonşuluq siyasətində Ermənistan ən zəif həlqəni təşkil edir ki, bunun da məsuliyyəti və günahı qonşu dövlətin əvvəlki və indiki hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı da diqqəti cəlb edir. Azərbaycan - 5 mart 1992-ci ildə üzv seçildiyi bu qurumda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun nüfuzlu, prinsipial mövqeyi ilə fərqlənən üzvlərindən birinə çevrilib. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik.
Respublikamız BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatında da (QH) səmərəli fəaliyyət göstərir. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Respublikamızın QH-na sədrliyi dövründə böyük uğurlar qazanılıb. O cümlədən Qoşulmama Hərəkatının Sədri kimi, Azərbaycanın dövlət başçısının irəli sürdüyü həmrəylik təşəbbüsləri BMT səviyyəsində dəstəklənib.
Ötən dövrdə Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi də uğurl keçib. Bütövlükdə respublikamızın bütün Türk dünyasında inteqrasiyanın dərinləşməsinə yönələn səyləri TDT-da birləşən dövlətlər tərəfindən yüksək qiymətləndirlir.
Eyni zamanda, Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda da ölkəmizə və onun Liderinə böyük hörmət bəslənilir. Prezident İlham Əliyevin təkcə son illərdə Avropa İttifaqının, Ərəb Liqasının, Şanxay Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların müxtəlif məkanlarda keçirilən Zirvə tədbirlərinə fəxri qonaq qismində dəvətlər alması bunu bir daha təsdiqləyir.
Ərazi bütövlüyümüz təmin və suverenliyimiz bərpa olundu
Son 20 ildə ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan bəhs edərkən ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasını xüsusi qeyd etmək lazımdır. Aparılan sülh danışıqlarında fəallıq göstərən, daim konstruktivlik ortaya qoyan İlham Əliyev müxtəif auditoriyalar qarşısında qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. Sülh danışıqları ilə paralel şəkildə, dayanıqlı milli iqtisadiyyat quruldu, maliyyə imkanları artırıldı, güclü ordu formalaşdırıldı.
44 günlük Vətən müharibəsində Azərbaycanın məhz öz gücünə qazandığı şanlı Qələbə sayəsində üç onillik ərzində işğal altında qalmış torpaqlarımız azad olundu və beləliklə, tarixi ədalət öz yerini tapdı. Bu böyük qələbənin sevincini xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə yerinə yetirən rəşadətli Silahlı Qüvvələrimiz yaşatdı. Azərbaycan 44 günlük müharibədə son 200 illik tarixinin ən şanlı səhifəsini yazdı. Əldə olunan Qələbə tarixdə əbədi qalacaq.
Cari il sentyabrın 19-da başlayan və cəmi 23 saat ərzində uğurla tamamlanan antiterror tədbirlərinin nəticəsində isə Aərbaycanın Qarabağ üzərində suverenliyi tam təmin olundu. Prezident İlham Əliyev oktyabrın 15-də - dövlət başçısı seçilməsinin 20 ilinin tamam olduğu əlamətdar gündə Xankəndidə üçrəngli bayrağımızı ucaltmaqla bütün Azərbaycan xalqına sonsuz sevinc hissi yaşatdı.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

