Strateji tərəfdaşlarımızın sayı artır
11.01.2024 [10:00]
Azərbaycan - BƏƏ: Çoxşaxəli əməkdaşlıq
Mübariz ABDULLAYEV
Son illərdə Azərbaycanla özünün siyasi çəkisi, əhali sayı, resursları və geniş maliyyə imkanları ilə ərəb dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi zəminə əsaslanan əməkdaşlıq əlaqələri daha da intensivləşib. Ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev bu ölkədə səfərdə oldu. Aradan az vaxt ötəndən sonra - cari il yanvarın 9-da isə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkəmizə rəsmi səfərə gəlib. Bəhs olunan səfər çərçivəsində Azərbaycan Prezidentinin dost ölkənin dövlət başçısı ilə geniş tərkibdə görüşü olub. Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər. Qarşılıqlı əməkdaşlıqla bağlı müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə etməklə yanaşı, əməkdaşlıq perspektivlərinin də geniş olduğuna diqqət çəkiblər.
Tarixi səfər
Azərbaycan və BƏƏ-nin dövlət başçılarının görüşləri müntəzəm xarakter daşıyır. Prezident İlham Əliyev indiyədək bir neçə dəfə dost ölkədə səfərdə olub. Eyni zamanda, dövlət başçıları müxtəlif beynəlxalq tədbirlərdə daim təmasda olurlar və faydalı fikir mübadiləsi aparırlar. Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın respublikamıza yanvarın 9-da baş tutan uğurlu rəsmi səfəri isə xüsusi önəm daşıyır. Səfər çərçivəsində keçirilən tədbirlərdə iki ölkənin strateji tərəfdaşlığı bir daha təsdiqlənib. Görüşdə səfərin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Sizin Azərbaycana səfər etməyiniz tarixi hadisədir. Bu, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcək”, - deyə vurğulayıb.
Qeyd edək ki, BƏƏ beynəlxalq səviyyədə Azərbaycana davamlı dəstək verən ölkədir. Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən Ermənistanın işğalı ilə üzləşdi. Qarşı tərəf havadarlarının yardımı ilə torpaqlarımızın 20 faizini öz nəzarəti altına keçirdi, həmin ərazilərdən bir milyondan çox soydaşımız yurd-yuvasından didərgin salındı. Bunun nəticəsində də ölkəmiz ağır humanitar fəlakətlə üzləşdi. Həmin çətin dönəmdə BƏƏ daim Azərbaycanın yanında oldu. Xatırlatmaq yerinə düşər ki, BƏƏ-nin “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumlar tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soydaşlarımıza müntəzəm olaraq humanitar yardımlar göstərilib.
BƏƏ-nin ölkəmizə dost mövqeyinə aid daha bir fakta diqqət çəkək. Gələn il respublikamız BMT-nin qlobal miqyaslı tədbirlərindən birinə - COP29-a ev sahibliyi edəcək. BƏƏ-nin Prezidentinin görüşdə vurğuladığı kimi, bu da öz növbəsində bütün dünyanın Azərbaycana etimadının bir təzahürüdür. Əlbəttə ki, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır. Əlamətdar haldır ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edildi. Dost ölkənin Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı vurğulayıb: “Fürsətdən istifadə edərək, COP28 Konfransının uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar verdiyiniz dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasındakı mövqeyinizə görə, Azərbaycana verdiyiniz dəstəyə görə Sizə bir daha xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.
Qarşılıqlı münasibətlərin prioritet istiqamətləri
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq müxtəlif sahələrdə əlaqələr də uğurla inkişaf edir. İqtisadi sahədə əlaqələrin genişlənməsini xüsusi qeyd edə bilərik. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır. Vurğulamaq yerinə düşər ki, bu yaxınlarda iki ölkənin milli neft şirkətləri - ADNOC və SOCAR rəsmi qaydada tərəfdaş olduqlarını bəyan ediblər. Hər iki şirkət Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləməklə bağlı planlar hazırlayıblar. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri hökumətlər və milli şirkətlər səviyyəsində əməkdaşlığın inkişafının yeni mərhələsinə başlayıblar. Bu əməkdaşlığın möhkəmlənməsinə və əhatə dairəsinin genişlənməsinə hər iki dövlət ali səviyyədə güclü siyasi iradə və xoş məram ortaya qoyurlar.
Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu komissiyanın indiyədək 8 iclası keçirilib. Ümumiyyətlə, iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur.
Bərpaolunan enerji sektorunda əməkdaşlığın uğurlu başlanğıcı
Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.
Azərbaycan özünün yaşıl enerji imkanlarından xarici sərmayələri cəlb etməklə daha səmərəli şəkildə istifadə etmək niyyətindədir. O cümlədən BƏƏ-nin bu sahədə ixtisaslaşan şirkətləri respublikamızda bərpaolunan enerji sektoruna sərmayələr yönəltməyə böyük maraq göstərirlər. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Bu müqavilələr əsasında qurulan əməkdaşlıq çərçivəsində 2022-ci il martın 15-də “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub. Stansiyanın inşası qısa müddətdə başa çatdırıldı və ötən ilin oktyabrında Prezident İlham Əliyevin və BƏƏ hökumətinin nazirlərinin iştirakı ilə açılış mərasimi keçirildi. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Azərbaycanın tərəfdaşları ilə enerji dialoqunu genişləndirmək, yaşıl enerji gündəliyini irəli aparmaqla bağlı geniş planları var. Yeri gəlmişkən, ötən il oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yeni sənədlər imzalanıb. Belə ki, Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, SOCAR tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company - Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company - Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company - Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni imzalayıblar.
Bütün bunlar, həmçinin BƏƏ-nin Prezidentinin ölkəmizə ilk rəsmi səfəri çərçivəsində imzalanan yeni sənədlər iki ölkə arasında əlaqələrin, xüsusilə də bərpaolunan enerji sektorunda əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanlar yaradır. “Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Sizin ölkənizin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur”, - deyə dövlətimizin başçısı bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26

