Ədalətin gücü, gücün ədaləti
12.01.2024 [10:10]
İlham Əliyev: Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır
Müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı güc mərkəzlərinin müstəqil siyasət həyata keçirən milli dövlətlərə qarşı ikili standartlardan çıxış edərək məkrli yanaşmaları hazırda dünyanın məyusluq doğuran kədərli mənzərəsini təşkil edir. Bir sıra hallarda beynəlxalq prinsiplər əsas götürülərək hansısa dövlətlərə qarşı sərt cəza tədbirlərinə əl atılır, digər hallarda isə oxşar vəziyyətlərdə tamam fərqli yanaşmalar ortaya qoyulur və beynəlxalq normalara məhəl qoymayan ölkələrin başına sığal çəkilir. Müstəqil Azərbaycan da dünyadakı ikili standartlardan əziyyət çəkən ökələr sırasında yer alır.
Ölkəmizə qarşı qurulan məkrli planlar
Azərbaycan qısa müstəqillik tarixində daim beynəlxalq güc mərkəzlərinin, azərbaycanafob və islamafob dairələrin təzyiqləri ilə üzləşib. Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, bizim daxili işlərimizə nə qədər qarışma cəhdləri olub. Nə qədər məkrli planlar qurulub bizə qarşı. Biz bunların hamısını yaxşı xatırlayırıq. Hələ 1990-cı illərin əvvəllərində bizə qarşı əsassız 907-ci düzəliş qəbul edilmişdi. Nəyə görə? Guya ki, biz Ermənistanı blokadada saxlayırdıq. Halbuki bizim torpaqlarımız işğala məruz qalmışdı, biz qarşı tərəfi necə blokadada saxlaya bilərdik? O vaxt hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdi, o vaxt Qərbin təqdir etdiyi dırnaqarası demokratik hakimiyyət Azərbaycanda iqtidarda idi. Görün o vaxt anti-Azərbaycan hisslər nə qədər geniş vüsət almışdı ki, 907-ci düzəliş kimi mürtəce bir sənəd qəbul olundu. Bu, tamamilə əsassız idi.
Keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları xatırlayaq. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılıb. Respublikamız danışıqlar prosesində daim yüksək fəallıq göstərib və konstruktiv mövqedən çıxış edib. Torpaq itkisinə məruz qalmasına baxmayaraq, otuz ilə yaxın bir dövrdə danışıqlar prosesində iştirak etməsi ölkəmizin sülhə necə böyük önəm verməsini təsdiqləyir. Azərbaycan danışıqların formal aparılmasının əleyhinə idi. Ölkəmiz daim o mövqedən çıxış edirdi ki, ATƏT-in Minsk qrupu formatında sülh danışıqları substantiv nəticələrə hesablanmalıdır. Lakin münaqişənin yaranmasında bilavasitə günahkar olan Ermənistan fərqli mövqe sərgiləyərək işğal məhsulu olan keçmiş status-kvonun sonsuzadək saxlanmasına çalışırdı. Anlaşılmaz məqam ondan ibarət idi ki, ATƏT-in Minsk qrupu işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında daim bərabərlik işarəsi qoyurdu. Biz son illərdə beynəlxalq birliyin hansısa bir dövlətin digər ölkənin sərhədlərini pozmasına, ərazisini işğal etməsinə sanksiyalarla müşayiət edilən çox operativ və kəskin münasibət bildirməsinin şahidi olmuşuq. Bəs zor tətbiq etməklə Azərbaycanın ərazisinin 20 faizini öz nəzarəti altına alan Ermənistan nə üçün belə sanksiyalardan kənarda qalmalı idi? Oxşar məzmunlu münaqişələrə selektiv yanaşma nəyin təzahürüdür? Belə ikili standartlar qlobal miqyasda təhlükəli presedentlərə yol açır. Haqlı sual yaranır: Niyə Ermənistana 30 il ərzində işğalçılıq siyasətini davam etdirdiyinə görə gözün üstündə qaşın var deyən tapılmadı və təcavüzkar dövlət cəzalandırılmadı? Məgər bunu etməyə beynəlxalq təşkilatların, o cümlədən də müvafiq mandat verilən ATƏT-in Minsk qrupunun gücümü çatmadı? Yox! Sadəcə, ortada istək, siyasi iradə yox idi. Açıq-aydın hiss olunurdu ki, müəyyən qüvvələr özünü ərköyün uşaq timsalında aparan Ermənistanın başını sığallayırlar. Belə loyal münasibət işğalçı Ermənistanı yeni ilhaq siyasətinə ruhlandırırdı. Nəticədə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etmək məcburiyyətində qaldı və bunu şərəflə, ləyaqətlə etdi.
Qərbdəki bəlli güc mərkəzləri İkinci Qarabağ müharibəsindən, hətta antiterror tədbirlərindən sonra da qərəzli yanaşmalarından geri çəkilmirər. Prezident İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ ermənilərinin hüquqları mövzularını ortaya atmışdılar ki, yenə də burunlarını oraya soxa bilsinlər. Beynəlxalq missiyanın oraya göndərilməsini təkidlə tələb edirdilər ki, yenə də vəziyyəti qarışdırsınlar. Biz əksinə, bizə olan hücumlara qarşı öz mövqeyimizi ortaya qoyduq və onlar da gördülər ki, bizimlə keçmir və Qarabağı azad etməyimizi də ona görə bizə bağışlamırlar ki, onların əlindən bu rıçaq çıxdı. Azərbaycan, məcazi mənada desək, bu qarmaqdan çıxdı. Artıq bu amil yoxdur.
Azərbaycan isə heç bir ölkənin daxili işlərinə qarışmır. Ölkəmiz Ermənistanın da daxili işlərinə heç vaxt qarışmayıb. Bu, işğal dövründə də belə idi, indi də belədir. Azərbaycan öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyur. Bunlar bizim üçün qırmızı cizgilərdir. Bizim kifayət qədər imkanlarımız var idi ki, qonşu ölkənin ərazilərində hansısa əməliyyatlar aparaq. Xatırlayırıq, müharibə günlərində Ermənistandan Azərbaycanın şəhərlərinə silahlar atılır, dağıntılar törədilir, mülki insanlar həlak olurdu. Azərbaycanın Silahlı Qüvvələri isə düşmənin müharibə cinayətlərinə cavabı məhz döyüş meydanında, legitim hərbi obyektləri məhv etməklə verirdi. Bu, ölkəmizin, dövlət başçımızın prinsipial mövqeyidir.
Azərbaycan milli maraqlarını qorumağa qadir olan dövlətdir
Azərbaycan dövləti işğal illərində, müharibə günlərində və postmüharibə mərhələsində ölkəmizə qarşı yönələn təzyiq cəhdlərini qətiyyətlə dəf edərək öz hədəflərinə çatmağa nail oldu. Sual yaranır: Bəs ərazi və əhali sayı baxımından kiçik dövlət olan Azərbaycan böyük güclərin təzyiqlərinə necə tab gətirir? Ölkəmizi yenilməz və qüdrətli edən hansı amillərdir? Bu kimi sualların cavabını Prezident İlham Əliyevin müsahibəsində ifadə etdiyi fikirlərdə tapmaq mümkündür. “Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var”.
Bəli, Azərbaycanın yenilməz gücü onun həmişə ədalətli davranması, haqq mövqeyindən çıxış etməsidir. Biz ədalətimizlə gücümüzü, gücümüzlə ədalətimizi dünyaya nümayiş etdirmişik. Azərbaycanın müstəqilliyi real səciyyə daşıyır. Ölkəmizin müstəqilliyimizi bizim ən böyük nailiyyətimizdir və Azərbaycan dövlətinin müstəqilliyimizi qorumağa, əbədi etməyə gücü və qətiyyətli iradəsi var. Bizi güclü edən həm də xalqımızın həmrəyliyidir. Bu xüsusda, fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Biz hər zaman haqlı olmağımızda tam əmin idik və bir dənə də nahaq iş görmədik. İndi yenə də deyirəm, bizi ittiham edirlər ki, biz Ermənistana hücum etmək istəyirik. Mən bunu artıq demişəm, bir daha deyirəm tam səmimiyyətlə, istəsəydik girərdik, lap axıra qədər gedərdik. Cermuk şəhəri - bizim keçmiş əsl adı İstisu olan şəhər gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz yox idi. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək. Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var, siz peykdən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm. Bir dənə də nahaq iş görməmişik, bu əsasdır, əsas amildir. İkincisi də, gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Birmənalı sizə deyirəm. Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26

