7 ilin 7 sosial hədəfi
19.01.2024 [10:00]
Ölkəmizdə Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq yanvarın 15-dən başlayan seçkiqabağı təşviqat kampaniyası uğurla davam edir. Yeni Azərbaycan Partiyası (YAP) növbəti yeddi ilə partiyanın Sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürüb və bu təşəbbüs ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar tərəfindən dəstəklənib. Artıq 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində YAP-ın namizədi İlham Əliyevin seçki platforması təqdim olunub. Burada vurğulandığı kimi, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atıb. Uğurlu inkişaf modelinə malik olan Azərbaycan üçün xarakterik haldır: Perspektiv inkişaf hədəfləri məhz qazanılan nailiyyətlərə, yaradılan möhkəm bazaya istinad edilməklə müəyyənləşdirilir. Ölkənin inkişafında daim ardıcıllığın təmin olunması, eyni zamanda mövcud potensialın və yaranan yeni çağırışların nəzərə alınaraq məharətlə uzlaşdırılması son nəticədə qarşıya qoyulan strateji məqsədlərə çatılmasını şərtləndirir. YAP-ın namizədi İlham Əliyevin təqdim olunan seçki platformasında da son 20 ildə Onun rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlara diqqət çəkilməklə respublikamızın 2024-2031-ci illərdə inkişafının ən mühüm istiqamətləri üzrə hədəflər göstərilib.
Sosial sferanın prioritetliyi
Getdikcə güclənən Azərbaycanın ardıcıl və məqsədyönlü siyasəti dərin sosial məzmunu ilə fərqlənir. Son 20 ildə Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları və mənafeyi dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu siyasi kurs praktiki müstəvidə davamlı tədbirlərlə və islahatlarla təsdiqlənir. Ötən dövrdə Prezident İlham Əliyev ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasını, gəlir imkanlarının artırılmasını, məşğulluğun daha geniş miqyasda təmin edilməsini hədəfləyən çoxsaylı sənədlər imzalayıb, bir neçə proqramı təsdiqləyib. Hazırda dünyada yaşanan kataklizmlər fonunda ayrı-ayrı ölkələrdə sosial xərclərdə ixtisarlar aparıldığının, layihələrin təxirə salındığının şahidi oluruq. Respublikamızda isə belə hallar baş vermir. Prezident İlham Əliyev ölkədə sosial sferanın prioritetliyinin davamlı olaraq təmin edilməsi ilə bağlı tapşırıqlarını verib. Bu tapşırıqlar əsasında da ölkə iqtisadiyyatının güclənməsinə, maliyyə imkanlarının artmasına adekvat olaraq sosial sahədə aparılan islahatların əhatə dairəsi gnişlənir. Büdcə xərclərində bir sıra üstün istiqamətlər müəyyənləşdirilib ki, sosial sfera da bu sırada yer alır. Azərbaycanın dövlət büdcəsi ənənəvi olaraq sosialyönümlü olması ilə fərqlənib. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkədə həyata keçirilən şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq büdcəyə cəlb olunan bütün əlavə vəsaitlər də məhz sosial sferaya yönəldilir. Biz son 20 ildə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin ən çətin məqamlarda vətəndaşların yanında olduğuna şahidlik etmişik. Bu da cəmiyyətimizdə böyük məmnunluqla qarşılanır. İnsanlar həmişə onların köməyinə gələn, hətta ailə bayramlarını, yubileylərini belə həssas qruplardan olan şəhid ailələrinin, qaçqın və məcburi köçkün soydaşlarımızın, qazilərin əhatəsində keçirməyə üstünlük verən İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edirlər.
20 ildə 20 dəfə artan
sosial müdafiə və sosial təminat xərcləri 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində YAP-ın namizədi İlham Əliyevin seçki platformasında ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial siyasət qısa şəkildə belə səciyyələndirilib: Azərbaycan Respublikasında vətəndaşların rifahının davamlı yaxşılaşdırılması prioritet vəzifə müəyyən edilib, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunub. Seçki platformasında bəhs olunan dövrdə sosial sferada əldə olunan bir sıra mühüm nailiyyətlərə diqqət çəkilir. Beləliklə,
-2003-2023-cü illərdə dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatıb. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb.
-Ötən dövrdə 2,7 milyondan çox yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır. Yüksələn gəlirlər sayəsində banklara qoyulan əmanətlərin həcmi 50 dəfədən çox artaraq 12,9 milyard manatı ötüb.
-Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsi - əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar daim diqqət mərkəzində olub, şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14,8 min mənzil və fərdi ev, 7600 avtomobil verilib.
-2003-2023-cü illər ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 8,7 milyard manat, o cümlədən dövlət büdcəsindən 5,6 milyard manat vəsait ayrılıb.
-Özünüməşğulluq proqramının genişləndirilməsi, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsi təmin edilib, 79 minədək vətəndaş özünüməşğulluq proqramından faydalanıb.
-2023-cü ildə 2003-cü ilə nisbətən işsiz əhalinin sayı 28,6 faiz, yoxsul əhalinin sayı isə 7 dəfə azalıb.
Geniş məzmunlu sosial siyasət davam etdiriləcək
YAP-ın namizədi İlham Əliyevin təqdim olunan seçki platformasından aydın olur ki, ölkəmizdə son 20 ildə həyata keçirilmiş geniş məzmuna malik sosial siyasət növbəti mərhələdə də davam etdiriləcək. Bu da o anlama gəlir ki, qarşıdakı yeddi ildə Azərbaycan rifah cəmiyyəti quruculuğu istiqamətində yeni nailiyyətlərə imza atacaq. Beləliklə, İlham Əliyevin seçki platformasına əsasən, 2024-2031-ci illərdə əhalinin rifah halının davamlı yaxşılaşdırılması sahəsində qarşıda aşağıdakı hədəflər dayanır:
-Hər kəsə çəkdiyi zəhmətin daha layiqli dəyərini alması üçün imkanlar yaradılması;
-Dövlətin təqdim etdiyi imkanlardan bərabər faydalanmaq üçün yeni mexanizmlər və innovativ həllərin tətbiq olunması;
-Dayanıqlı və yüksək gəlirli iş yerlərinin ümumi məşğulluğa töhfəsinin davamlı artırılması;
-Məşğulluqda yüksək bilik və bacarığı olan peşəkarların payının əhəmiyyətli dərəcədə artırılması;
-Hər bir vətəndaşın özəl sektorda biliyinə, bacarığına və marağına uyğun iş seçimi imkanlarının artırılması;
-Cəmiyyətin ehtiyacı olan hər bir üzvünün davamlı və əlçatan qayğı ilə tam əhatə edilməsi, hər bir vətəndaşın sosial xidmətlərə əlçatanlığının davamlı yaxşılaşdırılması;
-Dövlət qayğısı və sosial müdafiə sahəsində ünvanlılığa diqqətin artırılması, əhalinin sosial təminatının gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması.
Seçki platformasında sadalanan hədəflərdən aydın olur ki, qarşıdakı mərhələdə də Azərbaycanın sosial siyasətində ədalət, bərabərlik, əlçatanlıq, şəffaflığın daha geniş miqyasda təmin olunması kimi prinsiplər yenə də əsas götürüləcək. Qarşıdakı mərhələdə sosial siyasətdə stimullaşdırıcı tədbirlərin önə çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Bəli, dövlət hər bir vətəndaşının qayğısına qalmağı özünün vacib vəzifələrindən biri sayır. Eyni zamanda, stimullaşdırıcı tədbirlər, məşğulluqda yüksək bilik və bacarığı olan peşəkarların payının əhəmiyyətli dərəcədə artırılması, hər bir vətəndaşın özəl sektorda biliyinə, bacarığına və marağına uyğun iş seçimi imkanlarının yaradılması insanları daha aktiv həyata, fəal davranışlara sövq edəcək. Nəticədə, vətəndaşlarımızın özlərinə inam hissi artacaq. Hər kəsə çəkdiyi zəhmətin daha layiqli dəyərini alması üçün imkanlar yaradılması ölkədə ədalətli cəmiyyət quruculuğu yolunda atılan mühüm addım olacaq. İnsanlar həyatlarını özləri qurmalarından məmnun qalacaqlar. Məşğulluqda yüksək gəlirli iş yerlərinin nisbətinin artırılması hədəfi bütövlükdə Azərbaycanın dinamik inkişafına uyğun olaraq müəyyənləşdirlən bir məqsəddir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə həyata keçirilən islahatlar sayəsində respublikamız müasir dövlət kimi inkişaf edir. Ölkəmiz Dördüncü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Ölkədə müxtəlif sahələrdə müasir texnologiyaların, innovasiyaların tətbiqi sahələrinin genişləndirilməsi intellektual əməyə tələbatı artıracaq. İnnovasiya tutumlu əmək sahələrinin genişlənməsi isə son nəticədə insanların yüksək gəlirlərində öz əksini tapacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26

