Azərbaycan BMT TŞ-yə sədrlik edəcək
01.05.2012 [11:06]
Məlum olduğu kimi, bu ilin may ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edəcək. Qurumun fəaliyyət prinsipinə əsasən, bu müddətdə iş proqramı - gündəlik tərtib edilir, həmin gündəlikdə bir sıra məsələlər irəli sürülür, eləcə də, həmin iş proqramı ölkələr tərəfindən müzakirəyə çıxarıldıqdan sonra qəbul olunur.
Qeyd edək ki, Azərbaycan Şuraya iki dəfə, yəni 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında sədrlik edəcək. Azərbaycanın TŞ-yə üzvlük məsələsinə kifayət qədər ciddi və məsuliyyətlə yanaşdığını nəzərə alsaq, ölkəmizin bu vəzifənin öhdəsindən layiqincə gələcəyini söyləmək olar. Bu məsələyə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində toxunan Prezident İlham Əliyev ölkəmizin bu yöndə fəaliyyətini yüksək səviyyədə icra edəcəyinə inamını ifadə edib: “Bu da tarixdə ilk dəfə olan bir addımdır. Azərbaycan dünyanın ən böyük, ən mötəbər, ən vacib qurumuna sədrlik edəcəkdir və əminəm ki, uğurlu sədrlik edəcəkdir”.
Qeyd edək ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına layiqincə sədrlik etməsi üçün lazım olan dəyər və göstəricilərə sahibdir. Belə ki, Azərbaycan, ilk növbədə, hər bir fəaliyyətində beynəlxalq hüquqa hörmətlə yanaşdığını əyani şəkildə sübuta yetirib. Eyni zamanda, Azərbaycan həm regionda, həm də bütün dünyada sülh və sabitliyin bərqərar olmasında, ölkələrin bir-birilə qarşılıqlı hörmət və mehriban münasibətlər şəraitində inkişaf etməsində maraqlıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan hər zaman ədaləti müdafiə edib və bundan sonra da belə olacaq: “Bu mötəbər quruma üzv seçildikdə mən demişəm, bir daha demək istəyirəm ki, biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik. Bizim mövqeyimiz ədalətlidir, ölkəmizin müstəqil siyasəti üzərində qurulubdur”.
Qeyd edək ki, Azərbaycan BMT çərçivəsində həyata keçirilən tədbirlərdə və müzakirələrdə kifayət qədər fəal iştirak edir, müxtəlif məsələlərlə bağlı öz mövqeyini açıq şəkildə ortaya qoyur. Bu isə ölkəmizin beynəlxalq nüfuzuna, mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərir. ümumiyyətlə isə, Azərbaycanın BMT TŞ-yə üzv seçilməsinin özü ölkənin beynəlxalq nüfuzundan xəbər verir.
Xatırladaq ki, 2011-ci ilin sonlarında BMT-də günlərlə davam edən səsvermə prosesinin nəticəsində 193 ölkədən 155-nin səsini qazanan Azərbaycan Macarıstan və Sloveniya ilə rəqabətdən qalib ayrılaraq 2012-2013-cü illərdə Şərqi Avropa regionunu Təhlükəsizlik Şurasında təmsil etmək hüququnu əldə edib. Ən mötəbər beynəlxalq təşkilatın ali orqanında təmsil olunmaq, şübhəsiz, hər bir dövlət üçün böyük əhəmiyyət daşıyan bir məsələdir. TŞ-yə qeyri-daimi üzv olmaq Azərbaycan üçün siyasi nüfuzunun yüksəlməsi, regional və qlobal proseslərə təsir göstərmək imkanlarının genişlənməsi, müxtəlif məsələlərlə bağlı mövqeyini bütün dünyaya duyurması baxımından əhəmiyyətlidir.
Qeyd etməliyik ki, Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi heç də təsadüfi xarakter daşımır. çünki cəmi 20 illik müstəqilliyə malik gənc bir dövlət olmasına baxmayaraq, Azərbaycan bu müddət ərzində çox böyük inkişaf yolu keçib. BMT TŞ-yə üzv seçilməsi üçün dövlətin beynəlxalq sülh və təhlükəsizliyə, insan hüquqlarının müdafiəsinə verdiyi töhfələr nəzərə alınır.
Məlum olduğu kimi, Azərbaycan BMT-yə üzvlük məsələsində böyük önəm verilən beynəlxalq əməkdaşlıq sahəsində xeyli uğurlar qazanıb. Müxtəlif dövlətlərlə əlaqələrini ikitərəfli və çoxtərəfli qaydada inkişaf etdirən ölkəmizin səsvermədə 155 ölkənin dəstəyini qazanması bu baxımdan təəccüblü deyil. Siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə möhkəm xarici əməkdaşlıq münasibətləri yaradan Azərbaycan tərəfdaşlarının sayını ildən ilə artırır. Digər tərəfdən, ölkəmizin BMT, Avropa Şurası, AŞ PA, UNESCO kimi təşkilaların işində aktiv iştirakı, habelə, Avropa İttifaqı və NATO ilə səmərəli əməkdaşlığı da respublikamızın imicinə müsbət təsir göstərən faktorlardandır.
Belə qənaətə gəlmək olar ki, Azərbaycanın BMT TŞ-yə üzvlüyü çərçivəsində yerinə yetirəcəyi sədrlik funksiyası ölkəmizin müxtəlif məsələlərlə bağlı mövqeyini nümayiş etdirməsi, quruma üzv digər dövlətlərlə münasibətləri daha da möhkəmləndirməsi, beynəlxalq siyasi arenadakı mövqeyini gücləndirməsi baxımından böyük önəm daşıyır. ümid etmək olar ki, Azərbaycanın quruma sədrliyi ölkəmizin artan diplomatik uğurlar silsiləsində bir çox müsbət məqamları ilə yadda qalacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43

