De-fakto sülh mövcud olsa da...
06.02.2024 [09:10]
Cənubi Qafqaz regionu son üç onillik ərzində təhdidlər, artan gərginliklər və müharibə riskləri şəraitində yaşayıb. Bunun məsuliyyəti isə bilavasitə Ermənistanın üzərinə düşür. Bu ölkə ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycana qarşı ilhaq siyasətinə başlayıb və havadarlarının dəstəyindən bəhrələnməklə ərazilərimizin 20 faizini zəbt edib. Sonrakı mərhələdə işğalçı dövlət daim danışıqlar prosesini pozub və işğal məhsulu olan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışıb. İşğal faktı ilə heç vaxt barışmayan Azərbaycan nəhayət 2020-ci ildə baş verən 44 günlük müharibədə qazandığı parlaq Qələbə sayəsində ərazi bütövlüyünü, 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Qarabağda suverenliyini tam təmin etməyə nail oldu.
Sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub
44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün fundamental zəmin formalaşdırıb. Artıq müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq, regionda əməkdaşlığın konfiqurasiyasını genişləndirmək mümkündür. Bütün bunlar Cənubi Qafqaz, bütövlükdə Xəzər və Qara dəniz hövzələri coğrafiyasında yerləşən dövlətlərin mənafeyinə uyğundur. Qısa müstəqillik tarixində bir sıra regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan qalib Azərbaycan məhz bunu istəyir. Respublikamız müharibənin qalibi statusuna baxmayaraq, məğlub tərəfə heç bir şərt irəli sürmədən sülhə nail olunmasına böyük səy göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən ölkəmizin sülh gündəliyi barədə də geniş məlumat verib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
Qalib Azərbaycan sülhə nail olmaq üçün qərəzçilik etməyən, obyektiv yanaşma ortaya qoyan bütün vasitəçilərin səylərini alqışlayır və belə platformalarda iştirak etməyi məqbul sayır. Eyni zamanda, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. İki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.
Müharibənin başa çatmasından sonrakı dövrdə iki ölkə arasında münasibətlərin tənzimlənməsi prosesi müəyyən qədər irəliləyib. Elə bu günlərdə sərhəd komissiyalarının sayca altıncı görüşü baş tutub. Azərbaycan ona nail olmaq istəyir ki, etimad mühiti möhkəmlənsin. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Məğlub Ermənistan sülhə hazır deyil
Məğlub Ermənistanın davranışları Azərbaycanın sülh çağırışlarına adekvat deyil. Müşahidə edilən odur ki, bu ölkə müharibədə kapitulyasiyaya məruz qalsa da, böyük itkilər versə də, sülhə hazır deyil. Əslində, məğlub Ermənistan elə çarəsiz durumdadır ki, bəlkə də, tənzimləmə prosesinin irəliləməsi üçün hansısa addımlar atardı. Ancaq ortada bu ölkəni revanşizmə, silahlanmaya və müharibəyə təhrik edən xarici qüvvələr amili də var. Siyasi iradəsi olmayan Nikol Paşinyan iqtidarı hazırda Fransa kimi ölkələrin əlində alətə çevilib və onların diqtəsi ilə oturub durur. Məhz bu səbəbdən də müharibənin başa çatmasından sonrakı üç il ərzində Ermənistan sülhə nail olmaq üçün əməli bir addım atmayıb, yalnız manipulyasiyalar işlədib və bununla da prosesləri yubadıb. Prezident İlham Əliyev bəhs olunan qəbulda daha bir mühüm məqama diqqət çəkib. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışların olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında əksini tapıb. Prezident İlham Əliyev, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlərin mövcudluğunu diqqətə çatdırıb.
“Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”, - deyən Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

