Hədəf - güclü Azərbaycandır!
15.02.2024 [14:16]
Prezident İlham Əliyev: 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi
Mübariz ABDULLAYEV
Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçidir. O, yaranan qlobal çağırışları və ölkənin potensialını nəzərə almaqla daim yeni paradiqmalar müəyyənləşdirir, qarşıya strateji vəzifələr qoyur və hədəflərə çatmaq üçün zəruri tədbirlər görülməsini təmin edir. Azərbaycan məhz bu yolla özünün inamlı inkişafını təmin edir. İlham Əliyev ilk dəfə 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Prezidenti seçilib. O, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqı əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra etməyə, Ona bəslənən yüksək etimadı doğrultmağa çalışacaq. Aradan 20 il ötüb. Bu illər uğurlarla, qələbələrlə dolu illər olub.
Əlbəttə, böyük nailiyyətlərə gedən yol hamar olmayıb. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində respublikamızın son 20 ildə keçdiyi yola nəzər salaraq bildirib ki, çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkəni zəngin dövlətə çevirmək əsas vəzifədir
Prezident İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçilərkən verdiyi vədlərdən biri Azərbaycanın gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəyi ilə bağlı idi. O bildirirdi ki, neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizin hərtərəfli inkişafına nail olacağıq. Prezident İlham Əliyev vəd vermişdi ki, xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcək, yeni zavodlar, fabriklər istifadəyə veriləcək. Sahibkarlığın inkişafı üçün tədbirlər planının, Azərbaycanda iqtisadi inkişaf proqramının hazırlandığını deyən İlham Əliyev əminliklə bildirirdi ki, bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcək. Prezident İlham Əliyev bu vədləri verərkən respublikamızın güclü potensialına istinad edirdi. O, bildirib ki, bizdə bütün imkanlar - təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.
Prezident İlham Əliyev cari il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində ölkəmizin hər bir azərbaycanlıda sonsuz qürur və məmnunluq doğuran hazırkı mənzərəsinə diqqət çəkib. Ötən 20 ildə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bu illər ərzində transmilli şirkətlərlə imzalanan müqavilələr üzrə ölkəmizə gələn gəlirlərin müəyyən bir hissəsi məqsədyönlü şəkildə sosial və iqtisadi önəm daşıyan infrastruktur layihələrinin icrasına, qeyri-neft sektorunun inkişafına yönəldilib. Respublikamızda sahibkarlıq mühiti davamlı olaraq optimallaşdırılıb, yerli istehsal və ixrac təşviq edilib. Bütün bunların nəticəsində də milli iqtisadiyyatımız dinamik şəkildə inkişaf edib. Sevindirici haldır ki, hazırda Azərbaycan dünya üzrə iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edən azsaylı ölkələr sırasında yer alır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin milli maraqlar əsasında müstəqil siyasi kurs həyata keçirməsinə zəmin yaradıb. Bu gün Azərbaycan heç bir güc mərkəzindən asılı deyil, heç kim ölkəmizlə diktat dili ilə danışa bilməz və danışmır da.
Ərazi bütövlüyümüz təmin olundu
Ötən üç onillik ərzində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın əsas ümummilli ideyasını təşkil edib. Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi əsas vədlərdən biri də məhz bununla bağlı idi. Son andiçmə mərasimində həmin vədini xatırladan dövlətimizin başçısı deyib: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik”.
Vətən müharibəsindən sonra Azərbaycan ötən il sentyabrın 19-20-də təxminən 23 saat davam edən uğurlu antiterror tədbirləri həyata keçirərək Qarabağda özünün suverenliyini tam təmin etdi. Bununla da Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. İlham Əliyev ötən il 15 oktyabr tarixində - ilk dəfə Prezident seçilməsinin 20 ilinin tamam olduğu gündə Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla xalqımıza sonsuz qürur hissi yaşatdı.
Həm 44 günlük Vətən müharibəsində, həm də 23 saatlıq antiterror tədbirlərində qazanılan qələbələr son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin məntiqi nəticələridir. Prezident İlham Əliyev ötən dövrdəki fəaliyyətində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Güclü iqtisadi inkişaf, ölkənin maliyyə imkanlarının artması qarşıda duran bütün vəzifələri icra etməyə qadir olan müasir Ordu qurmağa imkan verdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini məhz hərbi-siyasi yolla təmin etdi. Ordunun möhkəmləndirilməsi qarşıdakı illərdə də ölkəmizin əsas hədəfləri sırasında olacaq.
Heydər Əliyev siyasətinin davam etdirilməsi
Ötən dövrün siyasi kataklizmlərinin yaxın regionlarda hansı siyasi-iqtisadi, sosial böhranlara yol açdığı göz önündədir. Milli maraqlara əsaslanan və güclü ideoloji təməli olan dövlət siyasətimizin ardıcıl və qətiyyətli şəkildə həyata keçirilməsi Azərbaycanı nəinki bu kataklizmlərdən qorudu, həm də uğurlu gələcəyə daşıdı. Müstəqilliyimizin qorunmasında, əbədiləşdirilməsində və möhkəm əsaslarının yaradılmasında ən mühüm rola malik Ulu Öndər Heydər Əliyev siyasi kursunun varisliyinin təmin edilməsi bizləri yan fəsadlardan qorudu. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı kimi and içərkən Azərbaycanın xoşbəxt gələcəyinə, ölkəmizin bundan sonra da inkişaf edəcəyinə, daha da güclənəcəyinə, demokratiyanın, siyasi plüralizmin, söz azadlığının təmin olunacağına, respublikamızın müasir dövlətə çevriləcəyinə əminliyini bildirirdi. O vurğulayırdı ki, bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.
İlham Əliyev bu vədinə də sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti irəli apardı və dövrün dəyişən çağırışlarını nəzərə almaqla onu daha da zənginləşdirdi. Uğurlarımızın təməlində dayanan əsas amil də məhz budur.
İndi isə müstəqil Azərbaycan üçün yeni dövr başlayır. Prezident İlham Əliyevin son andiçmə mərasimində bildirdiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”, - deyə dövlətimizi başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40

