Dünya miqyaslı nəqliyyat mərkəzi...
17.02.2024 [10:00]
Azərbaycan müasir və təhlükəsiz daşıma standartları tətbiq edir
Azərbaycan geniş Avrasiya coğrafiyasının çox mühüm nəqliyyat hablarından biri kimi qəbul olunur. Hazırda dünyada müşahidə edilən kataklizmlər, xüsusilə də Yaxın Şərqdə, Qırmızı dənizdə baş verənlər, Rusiya-Ukrayna müharibəsinin uzanması regionda və qlobal miqyasda yeni çağırışlar formalaşdırır. Ölkələr, daşıma şirkətləri alternativ nəqliyyat-logistika marşrutları ilə bağlı araşdırmalar aparır. Daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi isə artmaqdadır. Belə bir şəraitdə nəzərlər mütləq şəkildə Azərbaycana dikilir. Yeni dövrün ən mükəmməl nəqliyyat sistemlərindən birinə sahib olan Azərbaycan bütün kontekstlərdə müasir standartları qarşılaya bilir. Bu isə gərgin və ardıcıl fəaliyyətin nəticəsidir.
Fevralın 14-də andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin geniş nəqliyyat-tranzit imkanlarına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur”.
Üstünlüyümüz - bütün zəruri infrastruktur layihələri vaxtında icra olunub
Əbəttə, Avrasiyada son dərəcə əlverişli coğrafi yerləşməsi, uzunmüddətli daxili sabitliyə malik olması, təhlükəsizlik mühiti, tolerant cəmiyyət, qiymət siyasətinin qonşu dövlətlərlə uzlaşdırlması və davamlı şəkildə optimallaşdırılması, idarəetmənin təkmilləşdirilməsi, “bir pəncərə” sisteminin tətbiqi və s. amillər ölkələrin və daşıma şirkətlərinin öz seçimlərini Azərbaycanla etmələrində mühüm rol oynayır. Respublikamızın üstünlüyünü şərtləndirən ən vacib amillərdən biri isə, heç şübhəsiz ki, ölkə ərazisində müasir infrastrukturun qurulması ilə bağlıdır. Zamanında yaradılan müasir nəqliyyat-logistika infrastrukturunun önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib”, - deyə vurğulayıb.
Azərbaycanın son 20 ildə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir nəqliyyat infrastrukturu quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyunca avtomobil yollarının yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Avtomobil yollarının yenidən qurulması iki mühüm istiqamət - beynəlxalq əhəmiyyətli və yerli əhəmiyyətli yollarının yenidən qurulması istiqamətəri üzrə həyata keçirlib. Beynəlxalq səviyyəli yolların yenidən qurulması Azərbaycanın strateji maraqlarına cavab verir. Ölkəmiz tranzit daşımalarının cəlbediciliyini yüksəltməklə özünün valyuta gəlirlərinin həcmini artırmağı və mənbələrini şaxələndirməyi hədəfləyib. Eyni zamanda, Prezident İlham Əliyev ölkə ərazisində bütün yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının yenidən qurulmasını davamlı olaraq diqqət mərkəzində saxlayır.
Yol sistemləri müasir standartlara əsaslanır
Bütövlükdə, son 20 ildə ölkəmizdə avtomobil yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 20 ildə ölkə ərazisində təxminən 20 min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsalı şəkildə yenidən qurulub. 2003-cü ildən bəri respublikamızda I texniki dərəcəli avtomobil yollarının uzunluğu artırılaraq 938 km-ə çatdırılıb. Bəhs olunan dövrdə ölkə ərazisində 499 körpü və yol ötürücüləri, həmçinin 114 yeraltı və yerüstü piyada keçidləri inşa olunub.
Son 20 ildə reallaşdırılan çoxsaylı layihələrin sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı modernləşib. Müvafiq Dövlət Proqramının icrası sürətlə təmin olunur. Bu çərçivədə Bakı-Böyük Kəsik istiqamətində 355 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının tikintisi işləri də qrafik üzrə davam etdirilib. 2025-ci ildə yekunlaşdırılması planlaşdırılan uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faiz yerinə yetirilib, tikinti işlərinin isə 45 faizi (72 km) icra edilib. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.
Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 85 faizi yerinə yetirilib. Layihənin 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır. Prezident İlham Əliyev bildirib ki, bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik.
Hazırda paytaxtda və bölgələrdə səkkiz beynəlxalq aeroport fəaliyyət göstərir. Üç beynəlxalq səviyyəli hava limanı işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçında intensiv şəkildə davam etdirilir.
3 marşrutun ən fəal üzvü
Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmizin ərazisindən bir neçə beynəlxalq nəqliyat dəhlizi keçir. Respublikamız bu gün Avropa ilə Asiya arasında ən optimal və təhlükəsiz marşrutlar sayılan Şərq-Qərb, Şimal-Cənub və Transxəzər (Orta Dəhliz) dəhlizləri üzrə geniş imkanlar təqdim edir. Bəhs olunan dəhlizlərdə Avrasiyanın müxtəlif dövlətləri təmsil olunurlar. Azərbaycan isə yeganə ölkədir ki, hər üç marşrutun ən fəal üzvüdür və onların inkişafına müstəsna töhfələr verir. Son 20 ildə Azərbaycanın nəqliyyat-logistika imkanlarını artıraraq Avrasiyanın mühüm nəqliyyat hablarından birinə çevrilməsindən bəhs edərkən ölkəmizin liderliyi ilə inşa olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini ayrıca qeyd edə bilərik. Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanın dəmir yolları şəbəkələrinin birləşdilməsini təmin edib. BTQ-ın fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-ın ötürücülük imkanlarının genişləndirilməsinə start verilib.
Artan yükləri qəbul etməyə tam hazırıq
Ölkəmizdə dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan Xəzərdə ən böyük donanmaya malikdir. Eyni zamanda, beynəlxalq dəhlizlərin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı Beynəlxalq Ticarət Limanının birinci fazasının illik yükdaşıma qabiliyyəti 15 milyon tondur. Hazırda limanda 13 yanalma körpüsü mövcuddur. Bundan əlavə, 8 portal kran vasitəsilə yükdaşıma işləri icra edilir. Həmçinin 2 Ro-Ro körpüsü, 2 bərə körpüsü, 6 ümumu işlər körpüsü fəaliyyət göstərir. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq. Eyni zamanda, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də daşımaların həcminin artmasına töhfə verəcək. Həmçinin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində Qara dənizdə yeni liman infrastrukturunun yaradılması məsələsi durur və respublikamız bu istiqamətdə də işbirliyinə hazırdır.
Bu yaxınlarda əlamətdar hadisə baş verdi - ölkəmiz üç böyük tanker aldı. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sualarda Azərbaycan bayrağı altında üzəcək gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.
Hazırda bir sıra ölkələrin dəniz donanmalarının iri tankerlərlə və digər texniki vasitələrlə təchizatında ciddi problemlər yaşanır. Azərbaycan bu sahədə də Prezident İlham Əliyevin zamanında nümayiş etdirdiyi strateji baxışları, siyasi qətiyyəti sayəsində qabaqlayıcı tədbirlər görməyə nail olub. Söhbət ölkəmizdə gəmiqayırma zavodunun yaradılmasından gedir. Bəhs olunan müəssisənin açılış mərasimi dövlətimizin başçısının iştirakı ilə 20 sentyabr 2013-cü ildə baş tutub. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün olmayacaq. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. Azərbaycan artan tələbatı qarşılamağa qadirdir. “...Biz tam hazırıq. Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq”, - deyə dövlətimizin başçısı bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40

