Türk dünyasının nəbzi Şuşada döyünəcək
21.02.2024 [10:00]
TDT-yə üzv ölkələrin başçıları Şuşaya gəlir
XXI əsrin Türk əsri olacağı barədə verilən proqnozlar özünü doğruldur. Son illərdə dünyadakı təxminən 200 milyon Türk soylu insanı sevindirən əlamətdar hadisələr baş verir. Biz qərinələrə şahidlik etmiş Türk soyundan gələn xoşbəxt nəsilik ki, bir vaxtlar xəyal kimi hər birimizin qəlbində, düşüncəsində özünə yer edən Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Əlamətdar haldır ki, bütün Türkdilli və Türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Artıq bu siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. Eyni zamanda, qeyd olunan ölkələrin cəmiyyətlərində də Türkdilli dövlətlərin birləşməsinə böyük istək var. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə qardaş Türkiyəyə baş tutan uğurlu səfəri çərçivəsində dövlətimizin başçısı və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata verdikləri bəyanatlarında Türk Dövlətləri Təşkilatını (TDT) vahid ailə kimi səciyyələndiriblər. Həqiqətən də, bizim başqa ailəmiz yoxdur. Türk dövlətlərinin gələcəyi, inkişafı məhz birlikdə mümkündür. “Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır”, - deyə Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında vurğulayıb.
Görüş yeri bəlli oldu
TDT-nin növbəti Zirvə görüşünün ünvanı uca dağlar qoynunda qərar tutan Şuşa şəhəri olacaq. Mətbuata verdikləri bəyanatlarda Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev cari ilin yayında Şuşada TDT-nın qeyri-formal Zirvə görüşünün keçiriləcəyindən böyük məmnunluqlarını ifadə ediblər. Bu xüsusda fikirlərini ifadə edən Türkiyə Prezidenti deyib: “Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm”.
Cari ildə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirlməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Həmin toplantıda qəbul olunmuş Bəyannamədə Şuşada təşkil olunacaq Zirvə görüşü ilə bağlı ayrıca müddəa yer alıb. Ənənəyə görə, qeyr-formal görüşlər hər cür rəsmiyyədən uzaq daha səmimi aurada keçir. Belə görüşlərdə iştirakçıların hər biri öz mövqeyini ifadə etməkdə tam sərbəstdir. Bu isə qeyri-formal tədbirlərin rəngarəngliyini artırır. Həmçinin səmimi ortamda səsləndirlən cəlbedici ideyalar gələcək əməkdaşlığın yeni perspektivli istiqamətlərinin müəyyənləşməsində nəzərə alınır. Bəs nə üçün Qazaxıstan paytaxtına toplaşan liderlər qeyri-formal görüş yeri kimi məhz Şuşa şəhərini seçiblər?
ŞKTC Prezidenti İlham Əliyevə təşəkkür etdi
44 günlük Vətən müharibəsində Azərbaycan hərbiçilərinin misilsiz şücaəti sayəsində işğaldan azad edilmiş Şuşa şəhərində TDT-nın yüksəksəviyyəi tədbirinin keçirlməsi təşəbbüsü bir müddət əvvəl irəli sürülsə də, ötən ilin fevralında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ Şuşa Sammitinin tarixinin ertələnməsinə səbəb olmuşdu. 2023-cü il martın 16-da Türkiyənin paytaxtı Ankarada TDT-nin “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirildi. Əvvəlcə bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu. Prezident İlham Əliyev Türkiyədə dağıdıcı zəlzələ baş verməsini nəzərə alaraq Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüs bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Bununla da Azərbaycan və digər
Türkdilli ölkələr insanlıq faciəsi ilə üzləşən Türkiyə ilə həmrəy olduğlarını bir daha nümayiş etdiriblər. Nəhayət, TDT-nın Zirvə şörüşü bu il Şuşada baş tutacaq. Şuşa Zirvə görüşünün xüsusi özəlliyi də olacaq. Belə ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də tədbirə qatılması gözlənilir. Bunun anonsunu isə Prezident İlham Əliyev edib. “Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Öz növbəsində dünən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar onu bu ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsində iştirak etməyə dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə, o, Ankarada ŞKTR-nin qurucusu və Prezidenti Rauf Denktaşın anım mərasimində çıxışı zamanı bildirib.
Türk dövlətləri tarixində 11-ci mədəniyyət paytaxtı
Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərin simasında zəngin Azərbaycan mədəniyyətinin, o cümlədən də şəhərsalma mədəniyyətimizin izləri hər daşa hopub desək, yanılmarıq. Hələ keçmiş sovet dönəmində şəhərin mədəni həyatı çox qaynar idi. Burada tez-tez ittifaqın hər yerindən gələn qonaqların işirakı ilə festivallar baş tuturdu. Vaqif poeziya günlərinin keçirilməsi ənənə halını almışdı.
Mədəniyyət xalqları birləşdirən ən etibarlı körpüdür. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur. Təəssüf doğuran haldır ki, 30 illik işğal dövründə zəbt olunmuş digər ərazilərdə olduğu kimi, Şuşanın da mədəni irsinə ciddi ziyan vurulub. Ermənilər qədim şəhərimizin xalqımıza xas olan izlərini itirmək və yaxud öznünküləşdirmək məqsədilə müxtəlif vandalizm əməllərinə əl atıblar. Qalib Azərbaycan postmüharibə dövründə Şuşanın tarixi abidələrinin, mədəni həyatınının ənənələrini davam etdirmək üçün ardıcıl addımlar atır. O cümlədən birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrə ikinci həyat verilir. Arıq Şuşada “Xarıbülbül” festivalları, Vaqif poeziya günləri, rəsm əsərlərinin sərgiləri və digər belə mədəni tədbirlər uğurla baş tutub.
Yaxşı haldır ki, TDT-da Şuşanın mədəni həyatının dirçəldilməsinə böyük maraq göstərir. Xəbər verildiyi kimi, Şuşa 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Ötən il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə Türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan - RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.
Şuşanın Türk dünyası üçün önəmi yalnız mədəniyyət paytaxtı olması ilə məhdudlaşmır. Burada həmçinin Azərbaycanın və Türkiyənin dövlət başçıları tarixi Şuşa Bəyannaməsini imzalayıblar. Beləliklə, Şuşa həm də Türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhərdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

