Xocalıdan mesaj: Azərbaycanın bütün şərtləri qəbul edilməlidir!
28.02.2024 [10:00]
2020-ci ildə Vətən müharibəsinin dayandırılması üçün Ermənistanın yalvarışları nəticəsində meydana çıxan 10 noyabr kapitulyasiyası regionda yeni situasiyanın formalaşması üçün siyasi razılaşma funksiyası daşıyırdı. Sənədin imzalanmasından 3 il ötdüyü halda Ermənistanın bu sənədin müvafiq bəndlərinə riayət etməməsi müşahidə olunurdu. Xəbərdarlıqlarımıza, erməni silahlılarının təxribatlarına verilən layiqli cavablara, siyasi bəyanatalara baxmayaraq, Ermənistan nələrəsə və ya kimlərəsə arxayın olaraq həmin dövr üçün mövcud olan status-kvonu saxlayacağını ümid edirdi. Amma Azərbaycan 2023-cü ildə üçtərəfli bəyanata və beynəlxalq hüquqa, eyni zamanda BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünün suverenliyini bərpa etmək üçün hərəkətə keçdi. Ötən ilin sentyabrında baş tutmuş antiterror tədbirləri bölgədə yeni reallıqlar formalaşdırdı.
Yaranan yeni siyasi situasiya bütövlükdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə də əsaslı təsir göstərdi. Artıq keçmiş “Qarabağ münaqişəsi” tarixdə qalmışdı. Bu isə özlüyündə məsələnin beynəlxalq gündəlikdən düşməsi üçün əsas yaradırdı - iki dövlət arasında münasibətlərin normallaşması prosesi Ermənistan ilə Azərbaycan arasında davam edəcək.
İrəvanın himayədarları...
Maraqlıdır ki, Ermənistan yeni situasiyada da qeyri-adekvat davranışı ilə seçilir. Münasibətlərin normallaşması prosesini yekunlaşdırmaq, beləliklə də Azərbaycanın regionun yeni inkişaf mərhələsi siyasətinin daha da aktivləşdirilməsi üçün sülh imzalamalı olan Ermənistan min bir fəndlə yayınır. Bu yayınmalar bəzən Aİ “mülki missiyası”, bəzən Fransa “dəstəyi”, bəzən Hindistan “silahlarının idxalı” kimi nəzərə çarpsa da, bütövlükdə ortaya çıxan mənzərə ürəkaçan deyil. Rəsmi İrəvan havadarlarına sığınaraq regionda qeyri-sabitlik axtarışındadır. Bu isə heç də onlara yaxşı gələcək vəd etmir.
Bəli, Fransa dərk edir ki, antiterror tədbirlərinin uğurla nəticələnməsi, xunta rejiminin məhv edilməsi Parisin regiona təsir imkanlarını tam şəkildə əlindən alıb. Vaxtilə separatçı rejimlə “hərtərəfli əlaqələr” saxlayan, onların həm maddi şəkildə maliyyələşdirilməsində, həm də silahlandırılmasında aktiv rol alan Paris artıq oyundankənar vəziyyətə düşüb. Bu səbəbdən də Ermənistanı yenidən müharibəyə təhrik etməklə Paris Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasına mane olmaq istəyir.
Ermənistan isə əlinə düşən imkandan maksimum yararlanmaq əvəzinə, “özünə yeni çətir” axtarışına çıxıb. İrəvan Azərbaycanın şərtlərinə qəbul etməməklə özünü dalan dövlət statusundan xilas edə bilməyəcək. Fransanın isə Ermənistanı qeyri-qanuni şəkildə silahlandırması anlaşılandır - İrəvan Azərbaycanın şərtlərini qəbul edəcəyi təqdirdə Fransanın regiondakı “siyasi caynaqları” birdəfəlik qırılacaq. Təbii ki, Paris buna razı deyil və yeni mərhələdə Ermənistanın silahlandırılması da bunun qarşısının alınması, başqa sözlə Cənubi Qafqazda sülhə nail olunmaması cəhdi kimi qiymətləndirilməlidir. Ermənistan anlamalıdır ki, Azərbaycan bütün hədəflərinə çatıb - bundan sonrasında, yəni münasibətlərin normallaşmasında rəsmi İrəvan maraqlı olmalıdır. Fransa kimi “çətirlər” isə Ermənistana kömək edə bilməyəcəklər - necə ki, 2020 -ci il Vətən müharibəsində, 2023-cü il antiterror tədbirlərində bunu bacarmadılar...
Fransanın oyunu...
Ermənistanın siyasi hakimiyyəti və xalqı dərk etməlidir ki, Fransa kimi himayədarlar əslində onlara ən böyük pisliyi edir. Parisin 2020-ci ildən indiyə qədər hətta beynəlxalq hüququ belə tapdayaraq apardığı anti-Azərbaycan siyasətin, qəbul edilən qeyri-real “qərar və ya qətnamələrin” əsas mahiyyəti regiondakı yeni şəraitə xələl vurmaqdır. Fransa görür və anlayır ki, Azərbaycan bölgədə yeni siyasi və iqtisadi münasibətlər sistemi formalaşdırır. Ermənistanın əli ilə bu prosesə müdaxilə cəhdi isə bütün hallarda fiaskoya uğrayır - ən real misallar 2023-cü il ərzində Parisin BMT TŞ çərçivəsində ard-arda Azərbaycana uduzmasıdır. Ermənistan bu məğlubiyyətlərdən və özünün düşdüyü durumdan nəticə çıxarmalıdır. Bu gün geosiyasi anlamda böyük perspektiv vəd edən Cənubi Qafqaz Azərbaycanın rəhbərliyi və liderliyi ilə geniş üfiqlər açmaqdadır. Ermənistan bu reallıqları görməli və Azərbaycanın şərtlərini tam olaraq qəbul etməlidir.
İrəvan anlamalıdır ki...
Azərbaycanın irəli sürdüyü şərtlər isə birmənalı şəkildə beynəlxalq hüquqa əsaslanır. Ermənistan tez bir zamanda özünün davranışlarına yeni ştrixlər əlavə etməsə, səmimi şəkildə Azərbaycanın şərtlərini qəbul etməsə, yeni iddialarla özünün vəziyyətini daha da qəlizləşdirir. Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq: “Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.
Göründüyü kimi, Azərbaycanın mövqeyi aydın və qətidir. Ölkəmizin irəli sürdüyü şərtlərin hüquqi əsaslandırılması da ortadadır: Ermənistan özünün əsassız iddialarından əl çəkməlidir. Əks hal Ermənistan üçün heç də pozitiv vədlər vermir - hətta bu ölkəyə kimlərin himayədarlıq etməsindən asılı olmayaraq...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

