Cənubi Qafqazın lider ölkəsinə artan maraq
01.03.2024 [10:20]
Yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar var
Müstəqil Azərbaycanla Avropanın aparıcı dövlətlərindən olan Almaniya arasında əməkdaşlıq əlaqələri genişlənir. Bir qədər bundan əvvəl Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi. Bundan bir neçə gün sonra - fevralın 17-də Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin təşəbbüsü ilə Kansler Olaf Şoltsla görüşdü. Eyni zamanda, dövlətimizin başçısının ötən il Berlində və bu ilin fevralında isə Münxendə alaman iş adamları ilə görüşləri baş tutub. Münxen görüşünün üstündən az vaxt ötəndən sonra isə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti respublikamıza səfərə gəlib. Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib.
Respublikamıza yüksək beynəlxalq nüfuz qazandıran ardıcıl siyasət
Müstəqil Azərbaycan ölkəmizin, xalqımızın milli maraqlarını təmin edən, eyni zamanda regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən məqsədyönlü siyasət həyata keçirir. Respublikamızın strateji kursunda meydana çıxan qlobal çağırışlar və ölkənin potensialı nəzarə alınaraq məharətlə uzlaşdırılır ki, bu da aparılan siyasətin səmərəliliyini şərtləndirir.
Aparılan ardıcıl siyasət ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Qısa müstəqillik tarixində Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsi son dərəcə qürurvericidir. Ölkəmiz son illərdə Türk Dövlətləri Təşkilatına (TDT), Qoşulmama Hərəkatına (QH) uğurlu sədrlik həyata keçirib. Bu gün Azərbaycana yerləşdiyi regionda, Avropa İttifaqı (Aİ) məkanında, eləcə də geniş İslam coğrafiyasında böyük hörmət və ehtiram bəslənilir. Beynəlxalq ictimaiyyətin artan inam və etimadını nəticəsidir ki, son illərdə respublikamız bir növ beynəlxalq dialoq mərkəzinə çevrilib. Xatırladaq ki, ölkəmiz “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi qlobal miqyaslı tədbirlərə uğurla ev sahibliyi edib. Cari ildə də dünyanın gözü yenidən Azərbaycanda olacaq, beynəlxalq gündəliyin aktual çağırışları respublikamızda keçiriləcək COP29-da müzakirə olunacaq.
Güclü Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq uğurlu antiterror tədbirlərində qazandığı parlaq qələbələr sayəsində yeni reallıqlar yaradıb. Dünya birliyi də regionda əməkdaşıq üçün mühüm fürsət pəncərəsi açan bu reallıqları qəbul edir. Almaniyanın iqtisadi sektoru təmsil edən iş adamlarının respublikamızla əməkdaşlığı genişləndirmməyə böyük maraq göstərmələri bunun növbəti ifadəsidir. Görüşdə Prezident İlham Əliyev böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini xüsusi qeyd edib.
Böyüyən milli iqtisadiyyat, əlverişli sərmayə mühiti
Almaniyanın iş adamlarının ölkəmizə diqqətini artıran çoxsaylı amillər sadalamaq mümkündür ki, bunların sırasında əlverişli iqtisadi mühiti xüsusi fərqləndirə bilərik. Azərbaycan iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edib. Ölkə davamlı böyüyən iqtisadiyyata malikdir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin formalaşdırıb.
Həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Belə ki, son 20 il ərzində, ölkədə ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Ölkənin xarici borcu ilbəil azaldılır.
Ölkəmizdə sərmayə mühiti kifayət qədər münbitdir. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər respublikamızda investisiya qoyuluşunun genişlənməsini şərtləndirir. Son 20 il ərzindəki ölkəmizə yönəldilən sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Əməkdaşlığın geniş gündəliyi
Azərbaycanın möhkəm daxili sabitliyə, artan iqtisadiyyata və əlverişli investisiya mühitinə malik olması Almaniya şirkətlərinin respublikamıza böyük marağını şərtləndirir. Öz növbəsində Azərbaycan Almaniya ilə iqtisadi-ticarət və investisiya əməkdaşlığının inkişafına böyük əhəmiyyət verir. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4 faiz artaraq 1,8 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 180-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.
Almaniyadan ölkəmizə təşrif gətirən nümayəndə heyətinin tərkibinə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri daxildir. Nümayədə heyətinin üzvləri respublikamızda müxtəlif qurumların təmsilçiləri ilə səmərəli görüşlər keçiriblər. Müzakirələr zamanı belə bir nəticəyə gəlinib ki, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var. İqtisadiyyat Nazirliyində baş tutan görüşdə vurğulanıb ki, beynəlxalq tərəfdaşların, o cümlədən Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti mövcuddur və əməkdaşlığımızın uğurlu təcrübəsi iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafına stimul verir. Sənaye, tikinti, bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, İKT, maliyyə, hüquq, konsaltinq və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və iqtisadi-ticarət əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq. Alman şirkətlərinin və qurumlarının nümayəndələri təkliflərini səsləndirib, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də dövlət-özəl tərəfdaşlığı layihələrində, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bərpa-quruculuq işlərində iştirakda maraqlarını ifadə ediblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19
