Naxçıvan inkişaf etmiş tranzit bölgəyə çevrilir
01.06.2012 [21:56]
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu yöndə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən biridir. ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin əsas komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, innovativ iqtisadiyyata hazırlıq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Dövlət başçısının birbaşa nəzarəti altında davam etdirilən regional sosial-iqtisadi inkişaf formulu Naxçıvan Muxtar Respublikasının (NMR) da hərtərəfli tərəqqisinə səbəb olub. Son illər ərzində Muxtar Respublikada yüzlərlə istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
Naxçıvan MR-də həyata keçirilən islahatlar əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və maddi rifah halının yaxşılaşmasına səbəb olub. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Muxtar Respublikada yeni iş yerləri açılıb. 2010-cu ilin oktyabrından ötən müddət ərzində Muxtar Respublikanın iqtisadiyyatında 54 faiz artım olub, sənaye, kənd təsərrüfatı və sosial sahələr inkişaf edib. İqtisadiyyatın ümumi strukturuna uyğun olaraq və daxili bazarın qorunması tələbləri nəzərə alınaraq, 43 istehsal və emal müəssisəsi yaradılıb. ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi artıb ki, bu rəqəm 86 faiz təşkil edib. Cari ilin ilk dörd ayında isə 500 milyon manata yaxın ümumi daxili məhsul istehsal olunub. öz növbəsində əhalinin gəlirləri də artıb (orta aylıq əməkhaqqının məbləği 360 manat təşkil edib ki, bu da əvvəlki ilin dörd ayı ilə müqayisədə 11 faiz çoxdur). Əməkhaqlarındakı artımlar, insanların gəlirli iş yerləri ilə təmin olunmaları demoqrafik vəziyyətə də öz təsirini göstərib ki, Muxtar Respublika əhalisinin sayı ötən ilki göstəriciyə nisbətən 2,1 faiz artaraq 421 min nəfərdən çox olub.
Hazırda, Muxtar Respublikada 114 növdə ərzaq, 202 növdə qeyri-ərzaq olmaqla, 316 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu artım xeyli dərəcədə sahibkarlığın inkişafı, kənd təsərrüfatının texnika və mineral gübrələrə olan tələbatının ödənilməsi ilə bağlıdır. 2005-ci ildən ötən müddət ərzində Muxtar Respublikaya 822 kənd təsərrüfatı texnikası, 29 min tondan çox mineral gübrə gətirilərək torpaq mülkiyyətçilərinin istifadəsinə verilib. Kəndlərin inkişafı da diqqətdə saxlanılıb, 15 kənd və 14 xidmət mərkəzi istifadəyə verilib, bütün yaşayış məntəqələri tamamilə qazlaşdırılıb və etibarlı rabitə ilə təmin olunub.
Əlbəttə ki, hər sahə üzrə inkişafın kökündə insan amili, onun tələbatlarının maksimum ödənilməsi dayanır. Bu istiqamətdə görülən tədbirlər sırasında əhalinin sağlamlığının qorunması mühüm əhəmiyyətə malikdir. ötən dövrdə səhiyyə, sağlamlıq müəssislərinə də diqqət artırılıb. Muxtar Respublikanın rayonlarında 5 xəstəxana, 1 poliklinika, 9 ambulatoriya olmaqla, ümumilikdə 15 səhiyyə müəssisəsi istifadəyə verilib. 2011-ci ilin yanvar ayından ötən müddət ərzində 13 məktəb binası, 3 uşaq bağçası tikilib və ya yenidən qurulub. İstifadəyə verilən bütün təhsil müəssisələrində açıq və örtülü idman qurğuları, idman zalları yaradılıb.
Naxçıvan şəhəri, Babək, Şərur və Sədərək rayonlarında yeni nəsil telekommunikasiya sistemləri quraşdırılıb. Naxçıvan modul və qaz-turbin elektrik stansiyaları, Heydər Əliyev Su Anbarı üzərində və Biləvdə su elektrik stansiyaları tikilib. Hazırda, Arpaçay Su Anbarı üzərində 20 meqavat gücündə stansiyanın və 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi aparılır.
Qeyd olunan sahələrlə yanaşı, yol-nəqliyyat infrastrukturu sahəsində də quruculuq işləri davam etdirilib, Naxçıvan-Sədərək magistral avtomobil yolu, Naxçıvan dairəvi avtomobil yolu, Naxçıvan-Culfa avtomobil yolu çəkilərək istifadəyə verilib. Hazırda, çeşməbasar-Boyəhməd, Təzəkənd-çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Mayın 30-da Prezident İlham Əliyev Muxtar Respublikaya səfəri çərçivəsində Muxtar Respublikada əsas strateji magistrallardan olan Naxçıvan-Culfa yolunun açılışında iştirak edən dövlət başçısı bildirib ki, bu yolun tikilməsi, Naxçıvan Muxtar Respublikasında gedən böyük quruculuq işlərinin bir hissəsidir: “Naxçıvan sözün əsl mənasında inkişaf edir. Naxçıvanda bütün sahələrdə çox uğurlu inkişaf prosesi gedir. Dinamik inkişafdır. Bütün iqtisadi göstəricilərimiz çox yaxşıdır. Həm sənaye istehsalı artır, yeni müəssisələr açılır. ümumi daxili məhsul artır. Bu gün Naxçıvanda olarkən, bir neçə yeni obyektin açılışında iştirak edərkən bir daha görürəm ki, hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30

