Bizim başqa ailəmiz yoxdur!
15.03.2024 [10:00]
Türk birliyinin inkişafına doğru...
Mübariz ABDULLAYEV
Müstəqillik illərində Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki tərəf möhkəm tarixi zəminə əsaslanan əlaqələrini bundan sonra daha da genişləndirmək əzmindədirlər. Azərbaycanla Qazaxıstanın bir-birlərinə yaxınlaşmasını şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür ki, bunların sırasında Türk birliyinin önəmini ayrıca qeyd edə bilərik. Azərbaycan və qazax xalqları kökləri dərin qatlara işləmiş əzəmətli bir ağacın budaqlarıdırlar. Onlar eyni tarixi soydan - Türk mənşəyindən gəlirlər və şərəfli keçmişləri ilə sonsuz qürur duyurlar.
Bu gün ölkələrimiz ikitərəfli formatda olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu sırada Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, SPECA, MDB kimi beynəlxalq qurumları qeyd edə bilərik. Ancaq diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan və Qazaxıstan üzv olduqları Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə və beynəlxalq səviyyədə nüfuzunun artmasına xüsusi səy göstərirlər. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu günlərdə ölkəmizə baş tutan uğurlu dövlət səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında respublikamızın Türk birliyinin möhkəmlənməsinə göstərdiyi qətiyyətli münasibətini bir daha diqqətə çatdıraraq vurğulayıb: “...Biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.
Səfər çərçivəsində keçirilən çoxsaylı tədbirərdə oxşar fikirləri həmçinin Qazaxıstanın dövlət başçısı ifadə edib. Məlumdur ki, cari ildə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada TDT-nın qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Prezident Kasım-Jomart Tokayev səmimiyyətlə bildirib ki, Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi sammitində iştirak etməsi ilə bağlı dəvəti böyük ümidlə və minnətdarlıqla qəbul edib. “Mən özüm də Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər etməyi planlaşdırıram. Düşünürəm ki, bu təmaslar strateji tərəfdaşlığı və hətta Qazaxıstanla Azərbaycan arasında müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalıdır”, - deyə dost ölkənin dövlət başçısı vurğulayıb.
Birgə səylərlə...
Dünyada Türk birliyi böyük coğrafiya, zəngin resurslar, müxtəlif istiqamətlərə uzanan nəqliyyat yolları, artan gənc əhali anlamında qəbul olunur. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında Türk birliyini vahid ailə kimi səciyyələndirib və bildirib ki, bizim başqa ailəmiz yoxdur. Tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması, coğrafi bağlılıq, din, etiqad vəhdəti Türkdilli ölkələrin birliyini mümkün və zəruri edir. Bu kimi fundamental amillərə əsaslanan cəmiyyətlər və dövlətlər yaxınlaşmaq niyyətlərini nümayiş etdiriblər və birlik baş tutub, hazırda da yeni bağlarla möhkəmlənməkdə davam edir. Yuxarıda sadalananlardan da göründüyü kimi, Türk Dövlətləri Təşkilatının əsasında hansısa saxta amillər dayanmır. Bu da qurumun gələcəkdə funksionallığını artıracağına, beynəlxalq miqyasda Türk dünyasının qüdrətini layiqincə nümayiş etdirəcəyinə, bütövlükdə, regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə böyük əminlik yaradır.
Qarşılıqlı əlaqələrin möhkəmlənməsində tarixi amillərlə yanaşı, güclü iqtisadi potensial mühüm rol oynayır. Azərbaycan və digər Türkdilli ölkələr öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.5 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır. Türk dövlətləri arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard ABŞ dollarından 2023-cü ildə 42 milyard dollara yüksəlib. Bu, il ərzində 27,3 faiz artım deməkdir. TDT 2021-ci ildə 47, 2022-ci ildə 62 tədbir keçirib. Ötən il isə TDT üzrə müxtəlif istiqamətləri əhatə edən 110-dan çox tədbir baş tutub. Bu tədbirlərdə iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı aktual müzakirələr aparılıb, potensial imkanlara diqqət çəkilib.
Ümumi maraqlar
Böyük Türk dünyasının ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən ən mühüm amilləndən biri qismində çıxış edir. Dost Qazaxıstan qısa müddətdə nüfuzlu beynəlxalq təşkilata çevrilən Türkdilli Dövlətlər Təşkilatının əsasını qoyan ölkələrdən biridir. Qazaxıstan Mərkəzi Asiyada böyük coğrafiyaya malikdir. Zəngin təbii resurslara və əmək ehtiyatlarına malik olan bu ölkə TDT-nın institusional qurum kimi möhkəmlənməsinə, funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə davamlı töhfələr verir. Qazaxıstan TDT-da birləşən bütün ölkələrlə xoş mərama əsaslanan dinamik siyasi-iqtisadi münasibətlər qurub. Bu ölkənin rəsmiləri TDT-nin qərarlarının icrasının yüksək səviyyədə təmin olunmasına davamlı səylər göstərirlər. Qazaxıstan TDT-nın Zirvə toplantılarında və digər tədbirlərində fəal iştirak edərək ümumi məqsədləri hədəfləyən təşəbbüslər irəli sürür. Onu da vurğulayaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstanın iştirakı ilə üçtərəfli platforma formalaşıb. İndiyədək Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşləri keçirilib. Bu görüşlərdə yaranan yeni geosiyasi reallıqlar və müasir çağırışlar kontekstində aktual müzakirələr aparılıb və mühüm sənədlər imzalanıb.
Türkdilli ölkələr arasında birliyin möhkəmlənməsində Azərbaycanın rolunu xüsusi qeyd edə bilərik. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Azərbaycan indiyədək Türkdilli ölkələri bir araya gətirən müxtəlif tədbirlərə məmnuniyyətlə ev sahibliyi edib. Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk beynəlxalq onlayn tədbir idi.
Ölkəmizin liderliyi sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq uzun illərdir ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Yenə də ölkəmizin moderatorluğu ilə ərsəyə gələn və inşası 2020-ci ildə tamamlanan Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il Ankarada Türkdilli Dövlətlər Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsi dövlətimizin başçısının Türk dünyasının birliyinə verdiyi daha bir töhfədir. Həmin Zirvə görüşündə TDT-da birləşən ölkələr təbii fəlakətlə üzləşən qardaş Türkiyəyə güclü dəstəklərini nümayiş etdirdilər. Cari ildə isə respublikamız TDT-nın Şuşa şəhərində keçiriləcək qeyri-formal Zirvə görüşünə ev sahibliyi edəcək. Azərbaycan həmçinin Zəngəzur Dəhlizinin yaradılması istiqamətində fəal mövqe tutmaqla tarixi Türk coğrafiyasının bərpasına nail olmağa çalışır.
Əməkdaşlığın yeni modeli
Azərbaycan və Qazaxıstan TDT-nın təsisçi dövlətləri olmaqla yanaşı, yeni istiqamətlərdə əməkdaşlığın genişlənməsində də fəal iştirak edirlər. Zaman ötdükcə meydana çıxan qlobal çağırışlara uyğun olaraq TDT-da iqtisadi sahədə inteqrasiyanın yeni istiqamətləri formalaşır. 2023-cü ilin mart ayında baş tutan Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Milli Məclis və Qazaxıstan parlamenti Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi təsdiqləyibər.
Eyni zamanda, TDT- da birləşən ölkələr sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərirlər. Yeni geosiyasi reallıqlar fonunda TDT-da birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılması qarşılıqlı icarət dövriyyəsinin, eləcə də daşımaların artması üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzv dövlətləri tərəfindən Səmərqənd şəhərində imzalanan “Sadələşdirilmiş gömrük dəhlizi” Sazişini dəstəkləyirlər. Ötən il dekabrın 11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində TDT Gömrük Xidməti Rəhbərlərinin 9-cu iclası keçirilib. İclasda “Sadələşdirilmiş gömrük dəhlizi” Sazişinin texniki şərtlərinin reallaşdırılması, həmçinin TDT çərçivəsində gömrük xidmətləri arasındakı əməkdaşlıq, vahid tranzit şəbəkəsinin formalaşdırılması, risklərin analizi nəticəsində əldə edilən məlumatlar, təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 23:30

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15
