Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Sumqayıtda yataqxanada yanğın olub, 11 nəfər təxliyə edilib

Sumqayıtda yataqxanada yanğın olub, 11 nəfər təxliyə edilib

21.01.2025 [11:28]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib. Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb. Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

Paylaş:
Baxılıb: 355 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Yarımçıq...

09 Dekabr 15:07

MEDİA

Şuşada mühüm iclas

09 Dekabr 11:35

İqtisadiyyat

Mədəniyyət

Ədəbiyyat

Analitik

Analitik

Dekabrın 25-dək...

09 Dekabr 09:15

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31