Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / Azərbaycan və Serbiya nümayəndələri arasında ekspert görüşü keçirilib

Azərbaycan və Serbiya nümayəndələri arasında ekspert görüşü keçirilib

27.02.2025 [21:58]

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən iki ölkə nümayəndələrinin iştirakı ilə “44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları” mövzusunda ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbaut xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Serbiyadan olan nümayəndə heyətinə “Ərazi bütövlüyünə aparan yol - 44 günlük Vətən müharibəsi”, “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda həyata keçirilən islahatlar”, “Müdafiə strategiyası” və “Suverenliyi bərpa etmək üçün antiterror tədbirləri” mövzularında brifinqlər təqdim olunub.

Ekspert görüşü zamanı hərbi əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olublar.

Burada təqdim olunan brifinqdə Serbiya nümayəndə heyətinə müasir standartlara uyğun avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin tarixi, fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələri barədə məlumat verilib.

Qonaqları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 266 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Oktyabr 08:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31