Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın basketbol yığması Ermənistanı məğlub edib

Azərbaycanın basketbol yığması Ermənistanı məğlub edib

09.07.2024 [16:57]

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar Ermənistanla üz-üzə gəliblər. Cəbəllütariqdə oynanılan görüş komandamızın 86:59 hesablı qələbəsi ilə yekunlaşıb.

Evren Alkayanın rəhbərlik etdiyi kollektiv növbəti oyununu iyulun 10-da Gürcüstan seçməsinə qarşı keçirəcək.

Oğlanlardan ibarət komanda isə bu gün A qrupunda yarışa ev sahibliyi edən Albaniya seçməsi ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28