Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

15.02.2025 [22:18]

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Kanadanı təmsil edən Fransua Qotye Drapönü məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kiloqramda Rəşid Məmmədəliyev həlledici qarşılaşmada dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşiharaya uduzaraq gümüş mükafata yiyələnib.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə üçüncü yer uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanakanı üstələyərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparır.

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31