Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti seçilib

Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti seçilib

02.05.2025 [16:43]

Azərbaycan Velosiped Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Gənclər və idman naziri Fərid Qayıbov yığıncağı açıq elan etdikdən sonra federasiyanın baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib. Federasiya prezidenti Mədət Quliyev təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinə seçki keçirilib. “Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov federasiyanın prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Zaur Axundov bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

34 il öncə, bu gün...

16 Dekabr 11:42  

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Sosial

Sosial

Horovluya növbəti köç

16 Dekabr 08:24  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31