Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

22.02.2026 [20:14]

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy” başa çatıb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında iki gün davam edən turnirdə 6 ölkədən 66 gimnast medallar uğrunda mübarizə aparıb.

Azərbaycan yarışı 6 mükafatla başa vurub.

Batut gimnastikası üzrə qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl, fərdi proqramda Selcan Mahsudova gümüş, sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, kişilərdə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü bürünc medal qazanıb.

Tamblinq üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş mükafata sahib çıxıb.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31